Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məkkədə həcc ziyarətində olan zəvvarlara ünvanladığı müraciətdə imperializm sisteminin müsəlmanlar arasına konflikt salmaq məqsədi ilə yürütdüyü siyasətlərə toxunaraq qeyd edir ki, müsəlman ölkələrinin başçılarının, habelə İslam dünyasının bütün aydınlarının vəzifəsi vəhdət yaratmaq, xalqları məlumatlandırmaq, müsəlman ölkələrində baş verən faciələri dərhal dayandırmaqdır.
İnqilabın Rəhbəri təsdiqetmə mərasimində hökumətin üç əsas strategiyasını bəyan etdi
İnqilabın Rəhbəri təsdiqetmə mərasimində hökumətin üç əsas strategiyasını bəyan etdi
Bu gün (cümə axşamı) səhər dövlət məmurları, mülki və hərbi şəxsiyyətlər, xarici ölkələrin səfirlərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə prezidentlik səlahiyyətlərinin təsdiqi mərasimi keçirildi və İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqın səsini təsdiqləyərək Höccətül-İslam vəl-müslimin doktor Həsən Ruhanini İran İslam Rspublikasının prezidenti vəzifəsinə təyin etdi.
Ali Məqamlı Rəhbərin dövlət məmurları, İslam ölkələrinin səfirləri və xalqla görüşü oldu
Ali Məqamlı Rəhbərin dövlət məmurları, İslam ölkələrinin səfirləri və xalqla görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan qabaq dövlət məmurları, xalqın müxtəlif təbəqələrdən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə bayram görüşündə qeyd etdi ki, İslam dünyasının ən böyük problemi və ona vurulmuş ən böyük yara ixtilaf və təfriqədir.
İslam İnqilabının Ali Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Heydər Əli-İbadi və onunla birlikdə gəlmiş nümayəndə heyəti ilə görüşü zamanı İŞİD-lə mübarizədə İraqın bütün siyasi və dini cərəyanları arasında yaradılmış vəhdət və birliyi yüksək qiymətləndirdi.
İmam Əliyə (ə) həsr edilmiş matəm mərasimi keçirildi
İmam Əliyə (ə) həsr edilmiş matəm mərasimi keçirildi
Səmimi inanclıların imamı Həzrət Əli ibn Əbutalibin (ə) şəhadətinin ildönümü günlərinə təsadüf edən Mübarək Ramazan ayının iyirminci günü İslam İnqilabının Ali Məqamlı Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrdən olan nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o həzrətə matəm mərasimi keçirildi.
Təqvalıların rəhbəri İmam Əliyə (ə) matəm mərasimi keçirildi
Təqvalıların rəhbəri İmam Əliyə (ə) matəm mərasimi keçirildi
Təqvalıların rəhbəri Həzrət Əmirül-möminin İmam Əlinin (ə) zərbətlənməsinin ildönümü günü İslam İnqilabının Ali Məqamlı Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o əzəmətli imama həsr edilmiş matəm mərasimi keçirildi.
İnqilabın Rəhbəri İmam Həsənin (ə) mövluduna həsr edilmiş gecədə bir qrup şairlə görüşdü
İnqilabın Rəhbəri İmam Həsənin (ə) mövluduna həsr edilmiş gecədə bir qrup şairlə görüşdü
Əhli-beytin (ə) kərəm və səxavət sahibi olan nümayəndəsi Həzrət İmam Həsəni-Müctəbanın (ə) mövlud axşamı mədəniyyət işçiləri, Fars ədəbiyyatı və poeziyasının ustad sənətkarları, ölkənin gənc və veteran şairlərindən bir qrupu, habelə Hindistan, Əfqanıstan və Türkiyədən gəlmiş şairlər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Tələbələrlə görüşdə Ali Məqamlı Rəhbərin Tehranda baş vermiş terror hadisələrinə reaksiyası
Tələbələrlə görüşdə Ali Məqamlı Rəhbərin Tehranda baş vermiş terror hadisələrinə reaksiyası
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra tələbələrlə üç saatlıq görüşü zamanı onların elmi və akademik məsələlər, habelə ölkənin siyasi, mədəni və iqtisadi sahələri ilə bağlı münasibətlərini və fikirlərini dinlədikdən sonra tələbələri İslam dövlətinin hegemoniya ilə davamlı mübarizəsində ön sıralarda olmağa çağırdı.
Rəhbər İmam Xomeyni (r.ə) ziyarətgahına toplaşmış xalq izdihamı qarşısında çıxış etdi
Rəhbər İmam Xomeyni (r.ə) ziyarətgahına toplaşmış xalq izdihamı qarşısında çıxış etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra xalqın həmişəyaşar və ulu öndəri dahi Xomeyninin (r.ə) vəfatının iyirmi səkkizinci ildönüm mərasiminə toplaşmış böyük xalq izdihamı qarşısında çıxış edərkən dedi: “İnqilabçı ruhiyyəsi, təfəkkürü və davranışından bəhrələnmə dahi İmamın (r.ə) verdiyi böyük dərsdir.

Seçilmiş ünvanlar