
Xəbərlər


Ali Rəhbərin dəvəti ilə prezident və Nazirlər Kabinetinin işçlərinin iclası keçirildi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin dəvəti ilə bu gün (bazar) səhər ölkə başçısı və Nazirlər Kabinetinin işçilərinin birgə təşkil etdiyi iclasda məsul şəxslərin gecə-gündüz bilmədən göstərdikləri səy və təlaşı, inqilabçı və mübarizə ruhiyyəsi, əhalinin hər tək-təkinin əməkdaşlığı sayəsində ölkənin iqtisadi problemlərdən çıxa biləcəyini vurğulayan Ali Rəhbər inkişaf və qarşıya qoyulan məqsədlər istiqamətində sürətli hərəkətin davamlılıq şərtlərini açıqladı.

Ali Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın buraxılış mərasimində iştirak etdi
Bu gün (şənbə) Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının müdavimlərinin illik buraxılış mərasimi keçirildi.

İslam İnqilabının Ali Rəhbəri məhkəmə sisteminin sədri və məsul işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər məhkəmə sisteminin sədri və məsul işçiləri ilə görüşdə məhkəmə sisteminin ağır və rəhbərlik vəzifələrindən söz açaraq dedi: “Məhkəmə sistemi ümumi və fərdi hüquqların bərpası üçün ədalətin təzahür etdiyi məkan, xalqa əmin-amanlıq bəxş edən etibarlı sığınacaq olmalıdır.

İnqilabın Rəhbəri İslam Şurası Məclisinin sədri, üzvləri və bir qrup işçisi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İslam Şurası Məclisinin sədri, üzvləri və bir qrup işçisi ilə görüşdə qeyd etdi ki, parlament dövlətin möhkəm sütunu, mərhum İmamın dili ilə desək, üstün keyfiyyətlərin, yəni millətin ən üstün xüsusiyyətlərinin cövhəridir: “Millət vəkilləri qanun qəbul edərkən və üzərlərinə düşən əsas vəzifələrin icrası zamanı ölkənin prioritetləri, xalqın, xüsusilə zəif və orta təbəqələrin problemlərinin həlli, Qərb baxışlarından təsirlənmə, inqilabçılıq və aristokrat həyat tərzindən çəkinmə kimi mühüm məsələləri tam diqqət mərkəzində saxlasınlar”.

Ali Rəhbər dövlət rəsmiləri, İslam ölkələrinin səfirləri və xalq nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə günü) səhər dövlət rəsmiləri, İslam ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan bir qrup insanla Fitr bayramı görüşündə qeyd etdi ki, İsalm cəmiyyəti və İslam ümmətinin şərəf və heysiyyətini təmin edən ən mühüm amillərdən biri vəhdət və ixtilaflara son qoymaqdır.

İslam İnqilabının Ali Rəhbərinin Mübarək Fitr bayramının namazında söylədiyi xütbələr
İran İslam Respublikasının dindar və mömin əhalisi bir ay orucluq və ibadət fürsəti verdiyi üçün Allah-taalaya təşəkkür əlaməti olaraq Mübarək Fitr Bayramı günü ölkənin dörd bir yanında əzəmətli və izdihamlı bayram namazı təşkil etdi və kərəm sahibi olan Allahdan ən yaxşı arzularını dilədi.

İslam İnqilabının Ali Rəhbəri universitetlərin müəllimləri və elmi heyətləri ilə görüşdü
Bu gün (bazar günü) günortadan sonra universitetlər və elmi mərkəzlərin müəllimləri, elmi heyətlərinin üzvləri və tədqiqatçıları ilə görüşü zamanı universitetlərin ölkənin dərketmə qüvvəsini tərbiyə edən çox mühüm mərkəzlər olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei universitetlərin üç əsas zərurətinə – ölkənin problemləri ilə məşğul olmaq, tələbələrin kimliyi, mədəni və əxlaqi tərbiyəsi, universitetlərdə davamlı dəyişiklik və islahat aparılması məsələlərinə oxunaraq dedi: “Ölkənin problemləri elmi şəkildə həll edilməlidir.

İmam Əlinin (ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi
Təqvalıların rəhbəri Həzrət Əmirül-möminin İmam Əlinin (ə) şəhadətinin ildönümü günü İslam İnqilabının Ali Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o böyük imama həsr edilmiş matəm mərasimi keçirildi.

Ali Rəhbər İmam Xomeyninin (r.ə) vəfat ildönümünə toplaşmış böyük xalq kütləsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra İmam Xomeyninin (r.ə) vəfatının 29-cu ildönümü münasibətilə toplaşmış qədirbilən xalqın saya gəlməz, məzmunlu və əzəmətli izdihamı qarşısında çıxış etdi.

Ali Rəhbər fars dili və ədəbiyyatının ustad nümayəndələrindən bir qrupu ilə görüşdü
Əhli-Beytin kərimi Həzrət İmam Həsən Müctəbanın (ə) mübarək təvəllüd gecəsi fars dili və ədəbiyyatı üzrə mütəxəssislər, gənc və qabaqcıl şairlərindən bir qrupu İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü.

İslam İnqilabının Ali Rəhbəri tələbələrlə görüşdü
Ayrı-ayrı universitetlərin yüzlərlə tələbəsinin İslam İnqilabının Ali Rəhbəri ilə 3 saatlıq səmimi, coşqulu və yüksək əhval-ruhiyyə içərisində keçən görüşündə tələbələrin ayrı-ayrı elmi, mədəni, siyasi, sosial və sinfi təşkilatlarının nümayəndələri üç güc strukturu və ayrı-ayrı qurumlarla bağlı tənqidlərini, təkliflərini və tələblərini bildirdilər.

Ali Rəhbər güc strukturlarının rəhbərləri və hökumət işçilərindən bir qrupu ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra güc strukturlarının rəhbərləri, hökumət və dövlət işçilərindən bir qrupu ilə görüşü zamanı ABŞ-ın İran xalqı və İslam Respublikası sistemi ilə fundamental, dərin və davamlı düşmənçiliyindən söz açaraq dedi: “Məsul şəxslər vəzifələrinə əməl edəcəkləri təqdirdə ABŞ-ın son hadisə çərçivəsindəki məğlubiyyəti qəti və şübhəsizdir”.

İslam İnqilabının Ali Rəhbəri “Qurani-Kərimlə ünsiyyət” adlı məclisdə iştirak etdi
Quranın baharı olan mübarək Ramazan ayının birinci günü İmam Xomeyni (r.ə) adına hüseyniyyə başdan-başa Allah kəlamınin nuru ilə işıqlanmışdı. Qarilər, minacat ifaçıları və məddahlar İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə “Qurani-Kərimlə ünsiyyət” adlı üç saatlıq bir məclis təşkil etdilər.

İslam İnqilabının Ali Rəhbəri Şrilankanın prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) günortadan sonra Şrilanka respublikasının prezidenti cənab Sirisna ilə görüşdü.

“İslam elmlərinin inkişafında şiənin rolu” konfransının iştirakçıları ilə görüş
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər “İslam elmlərinin təşəkkülü və inkişafında şiənin rolu” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları ilə görüşdü.

İslam İnqilabının Ali Rəhbəri minlərlə tələbə və müəllimlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei müəllim həftəsi münasibəti ilə bu gün (çərşənbə) səhər Müəllimlər Universitetində minlərlə tələbə və müəllimlə görüşdü.

İslam İnqilabının Ali Rəhbəri bu gün minlərlə işçi və sahibkarla görüşdü
Bu gün (bazar ertəsi) səhər “İş və zəhmətkeşlər günü” münasibəti ilə minlərlə işçi və sahibkarla görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hal-hazırda İslam Respublikasına qarşı ən əsas mübarizə planı iqtisadi müharibədir.

İslam İnqilabının Ali Rəhbəri Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdü
XXXV Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları bu gün (cümə axşamı) səhər İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü. Mərasimdə ustadlar və müsabiqənin qalibləri Quran oxuyaraq İmam Xomeyni (r.ə) adına hüseyniyyəni ilahi kəlamın tilavəti ilə ətirləndirdilər.
