Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Məhkəmə hakimiyyətinin sədrinin məktubu və İnqilabın Rəhbərinin həmin məktuba cavabı
Məhkəmə hakimiyyətinin sədrinin məktubu və İnqilabın Rəhbərinin həmin məktuba cavabı
Məhkəmə hakimiyyətinin sədri İslam İnqilabının Ali Rəhbərinə ünvanladığı məktubda düşmənlərin İran xalqına qarşı apardıqları iqtisadi müharibəyə, bir qrup iqtisadi cinayətkar və korrupsionerin belə bir şəraitdə düşmənlərin hədəfləri ilə səsələşən bəzi cinayətlərinə işarə edərək ölkə iqtisadiyyatı sahəsində qanun pozuntusuna yol vermiş şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun və İslam Cinayət Məcəlləsi çərçivəsində qətiyyətli və sürətli tədbirlər görülməsinə icazə verilməsini istəmişdir.
Ali Rəhbər İranın xarici ölkələrdəki səfirləri və XİN-in işçiləri ilə görüşdü
Ali Rəhbər İranın xarici ölkələrdəki səfirləri və XİN-in işçiləri ilə görüşdü
Bu gün (şənbə) səhər İranın xarici ölkələrdəki səfirləri, Xarici İşlər Nazirliyinin işçiləri və məsul vəzifəli işçiləri ilə görüşdə sözün həqiqi mənasında milli maraqların təmin edilməsi və qorunmasının xarici siyasətin əsas məqsədi olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dövlətinin diplomatik zərurətlərinə aydınlıq gətirdi.
İslam İnqilabının Ali Rəhbəri builki həcc ziyarətinin təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri builki həcc ziyarətinin təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər builki Həcc ziyarətinin təşkilaçıları və cavadeh şəxsləri ilə görüşü zamanı bildirdi ki, Həcc mənəviyyat və siyasətin çulğalaşmasının simvoludur və müsəlmanların bəlli zaman və məkanda toplaşması onun ən mühüm xüsusiyyətidir: “Həqiqi həcc bir tərəfdən müşriklərə nifrətlə müşayiət edilən, digər tərəfdən isə müsəlmanların vəhdəti, qəlb və səs birliyinə zəmin yaradan həccdir”.
Ali Rəhbərin dəvəti ilə prezident və Nazirlər Kabinetinin işçlərinin iclası keçirildi
Ali Rəhbərin dəvəti ilə prezident və Nazirlər Kabinetinin işçlərinin iclası keçirildi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin dəvəti ilə bu gün (bazar) səhər ölkə başçısı və Nazirlər Kabinetinin işçilərinin birgə təşkil etdiyi iclasda məsul şəxslərin gecə-gündüz bilmədən göstərdikləri səy və təlaşı, inqilabçı və mübarizə ruhiyyəsi, əhalinin hər tək-təkinin əməkdaşlığı sayəsində ölkənin iqtisadi problemlərdən çıxa biləcəyini vurğulayan Ali Rəhbər inkişaf və qarşıya qoyulan məqsədlər istiqamətində sürətli hərəkətin davamlılıq şərtlərini açıqladı. 
İslam İnqilabının Ali Rəhbəri məhkəmə sisteminin sədri və məsul işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri məhkəmə sisteminin sədri və məsul işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər məhkəmə sisteminin sədri və məsul işçiləri ilə görüşdə məhkəmə sisteminin ağır və rəhbərlik vəzifələrindən söz açaraq dedi: “Məhkəmə sistemi ümumi və fərdi hüquqların bərpası üçün ədalətin təzahür etdiyi məkan, xalqa əmin-amanlıq bəxş edən etibarlı sığınacaq olmalıdır.
İnqilabın Rəhbəri İslam Şurası Məclisinin sədri, üzvləri və bir qrup işçisi ilə görüşdü
İnqilabın Rəhbəri İslam Şurası Məclisinin sədri, üzvləri və bir qrup işçisi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İslam Şurası Məclisinin sədri, üzvləri və bir qrup işçisi ilə görüşdə qeyd etdi ki, parlament dövlətin möhkəm sütunu, mərhum İmamın dili ilə desək, üstün keyfiyyətlərin, yəni millətin ən üstün xüsusiyyətlərinin cövhəridir: “Millət vəkilləri qanun qəbul edərkən və üzərlərinə düşən əsas vəzifələrin icrası zamanı ölkənin prioritetləri, xalqın, xüsusilə zəif və orta təbəqələrin problemlərinin həlli, Qərb baxışlarından təsirlənmə, inqilabçılıq və aristokrat həyat tərzindən çəkinmə kimi mühüm məsələləri tam diqqət mərkəzində saxlasınlar”.
Ali Rəhbər dövlət rəsmiləri, İslam ölkələrinin səfirləri və xalq nümayəndələri ilə görüşdü
Ali Rəhbər dövlət rəsmiləri, İslam ölkələrinin səfirləri və xalq nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə günü) səhər dövlət rəsmiləri, İslam ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan bir qrup insanla Fitr bayramı görüşündə qeyd etdi ki, İsalm cəmiyyəti və İslam ümmətinin şərəf və heysiyyətini təmin edən ən mühüm amillərdən biri vəhdət və ixtilaflara son qoymaqdır.
İslam İnqilabının Ali Rəhbəri universitetlərin müəllimləri və elmi heyətləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri universitetlərin müəllimləri və elmi heyətləri ilə görüşdü
Bu gün (bazar günü) günortadan sonra universitetlər və elmi mərkəzlərin müəllimləri, elmi heyətlərinin üzvləri və tədqiqatçıları ilə görüşü zamanı universitetlərin ölkənin dərketmə qüvvəsini tərbiyə edən çox mühüm mərkəzlər olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei universitetlərin üç əsas zərurətinə – ölkənin problemləri ilə məşğul olmaq, tələbələrin kimliyi, mədəni və əxlaqi tərbiyəsi, universitetlərdə davamlı dəyişiklik və islahat aparılması məsələlərinə oxunaraq dedi: “Ölkənin problemləri elmi şəkildə həll edilməlidir.
İslam İnqilabının Ali Rəhbəri tələbələrlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri tələbələrlə görüşdü
Ayrı-ayrı universitetlərin yüzlərlə tələbəsinin İslam İnqilabının Ali Rəhbəri ilə 3 saatlıq səmimi, coşqulu və yüksək əhval-ruhiyyə içərisində keçən görüşündə tələbələrin ayrı-ayrı elmi, mədəni, siyasi, sosial və sinfi təşkilatlarının nümayəndələri üç güc strukturu və ayrı-ayrı qurumlarla bağlı tənqidlərini, təkliflərini və tələblərini bildirdilər.
Ali Rəhbər güc strukturlarının rəhbərləri və hökumət işçilərindən bir qrupu ilə görüşdü
Ali Rəhbər güc strukturlarının rəhbərləri və hökumət işçilərindən bir qrupu ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra güc strukturlarının rəhbərləri, hökumət və dövlət işçilərindən bir qrupu ilə görüşü zamanı ABŞ-ın İran xalqı və İslam Respublikası sistemi ilə fundamental, dərin və davamlı düşmənçiliyindən söz açaraq dedi: “Məsul şəxslər vəzifələrinə əməl edəcəkləri təqdirdə ABŞ-ın son hadisə çərçivəsindəki məğlubiyyəti qəti və şübhəsizdir”.

Seçilmiş ünvanlar