
Xəbərlər


Dövlətin məsul şəxsləri, İslam ölkələrinin nümayəndələri və müxtəlif təbəqələrdən olan insanların görüşü
İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) besətinin (peyğəmbərliyə seçilməsi) ildönümü münasibətilə bu gün səhər üç qüvvənin rəhbərləri, dövlətin məsul şəxslərindən bir qrupu, İslam ölkələrinin səfirləri və müxtəlif təbəqələrdən olan insanlar İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

“Kaşanın 1880 şəhidi” Milli Anım Konqresinin təşkilatçıları ilə görüş
İslam İnqilabının Rəhbəri 26 dey 1403-cü il (15 yanvar 2025) tarixində təşkil edilmiş “Kaşanın 1880 şəhidi” adlı Milli Anım Konqresinin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gecə Kaşan şəhərində tədbirin keçirildiyi məkanda yayımlandı.

İstehsalçılar və iqtisadi fəallarla görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər yüzlərlə sahibkar, investor və iqtisadi fəalla görüşdə özəl sektorun irəliləyişləri və təşəbbüslərinin ümid və hərəkət səbəbi olduğunu dedi.

“İnkişafın öndərləri, özəl sektorun nailiyyətləri və imkanları üzrə milli tədbir” sərgisini ziyarət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər 2.5 saat müddətində “İnkişafın öndərləri, özəl sektorun nailiyyətləri və imkanları üzrə milli tədbir” sərgisini ziyarət etdi.

İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra İraqın baş naziri cənab Məhəmməd Şiya əl-Sudani ilə görüşdə cənab Sudaniyə abadlıq və təhlükəsizlik tədbirləri istiqamətində gördüyü yaxşı işlərə görə təşəkkür etdi: "İraq nə qədər çox abad və təhlükəsiz olarsa, İran İslam Respublikası üçün də faydalı olar".

19 dey 1356-cı il qiyamının ildönümü münasibətilə Qum əhalisi ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Qum əhalisinin 19 dey 1356-cı (1978) il tarixli qiyamının ildönümü münasibətilə bu şəhərin minlərlə sakini ilə görüşdü.
Şəhid Süleymaninin vəfatının beşinci ildönümündə Hərəmin müdafiəsi və müqavimət şəhidlərinin ailələri ilə görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər general Süleymaninin şəhadətinin beşinci ildönümü münasibətilə generalın ailəsi, Hərəm müdafiəçiləri və müqavimət şəhidlərinin ailələrindən bir qrupu ilə görüşdə Hacı Qasim Süleymaninin bəzi şəxsi keyfiyyətləri və davranışlarından danışdı: “Bu xüsusiyyətlərdən dərs alaraq Süleymaninin məktəbinin əsas məqsədi olan “İslam və Quranın gerçəkləşdirilməsi” yolunda hərəkət etmək lazımdır”.

XXXI Ümumrespublika Namaz Konfransına müraciət
Həzrət Ayətullah Xamenei XXXI Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə səmimi fəaliyyətlərinə görə Höccətül-İslam vəl-muslimin Möhsün Qəratiyə təşəkkürünü bildirərək namazın qəlbə, ruha, fərdi və sosial fəaliyyətlərə təsir etməsi üçün namaz qılanlara ilk vaxtda namaz qılmağı, diqqət və qəlbin hüzurunun qorunmasını tövsiyə etdi. O, bu sözlərini hər kəsdən daha çox gənclərə ünvanladığını vurğuladı.

Minlərlə Əhli-beyt (ə) şair və məddahları ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər iki dünya xanımlarının ən üstünü Həzrət Fatimeyi-Zəhranın (ə) mübarək mövludunun ildönümü münasibətilə Əhli-Beyt (ə) şairləri, məddahları və müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə keçirilən görüşdə Həzrət Fatimeyi-Zəhranın (ə) "həqiqət yolunda mübarizə, dayanıqlılıq, şücaət, aşkar və güclü məntiq və arqumentlər" baxımından bütün bəşəriyyət üçün mükəmməl bir nümunə olduğunu dedi.

Ölkə ictimaiyyətinin minlərlə xanım təmsilçiləri ilə görüş
İslam İnqilabının Rəhbəri bu gün səhər ictimaiyyətinin minlərlə xanım təmsilçiləri ilə görüşdə Həzrət Fatimənin (s.ə) yaradılış aləminin heyrətamiz varlıqlarından biri olduğunu qeyd etdi. O, İslamın qadınla bağlı konsepsiyasının mühüm prinsiplərindən söz açaraq dedi: “İslamda qadın və kişi bir-birini tamamlayır. Pak həyata nail olmaq üçün çalışmaq, elmi, mədəni, incəsənət, sosial-siyasi təsir, iqtisadi fəaliyyət və beynəlxalq məsələlər sahəsində intellektual və mənəvi qabiliyyətlər baxımından qadınla kişi arasında heç bir fərq yoxdur”.

Əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsinin görüşü
İnqilabin Rəhbəri bu gün səhər saatlarında əhalinin ayrı-ayrı təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə “Suriya hadisələrinin ayrı-ayrı qatlarının izahı, İranın bu ölkədəki mövcudluq məntiqinin təsviri, gələcəkdə regionda baş verəcək dəyişikliklər prosesinin şərhi və Suriya hadislərindən alınan dərslər və ibrətlər" mövzusunda çıxış edərək bildirdi: “Bu hadisələr ABŞ və sionist rejiminin birgə planının nəticəsidir.

Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi
İslam İnqilabının Ali Rəhbəri və Əhli-beyt (ə) səvərlərdən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi
Həzrət Siddiqeyi-Kübranın (ə) məzlumcasına şəhadətə yetdiyi axşamın ildönümü münasibətilə Əhli-beyt (ə) səvərlərdən bir qrupu İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Rəhbəri ilə birlikdə matəm məclisi keçirdi.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş matəm mərasimi
Həzrət Zəhrayi-Mərziyyənin (ə) şəhadət gecəsi İslam İnqilabının Ali Rəhbəri və Əhli-beyt (ə) səvərlərdən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə xanımlar xanımının şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi.

Həzrət Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi
İslam İnqilabının Rəhbəri və Əhli-beyti (ə) sevən insanlardan bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Zəhranın (s.ə) şəhadət ildönümünə həsr edilmiş matəm mərasiminin ikiinci gecəsi keçirildi.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) matəm mərasiminin birinci gecəsi
İslam İnqilabının Ali Rəhbəri və ismət və paklıq ailəsinin (ə) matəmini saxlayan insanlardan bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə həzrət Fatimeyi-Zəhraya (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

İsfahan əyalətinin 24 min şəhidinin anım konqresinin təşkilatçıları ilə görüş
İslam İnqilabının Ali Rəhbərinin 21 aban 1403-cü il (11 noyabr 2024) tarixində keçirilmiş “İsfahan əyalətinin 24 min şəhidinin anım konqresi”nin təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın tam mətni bu gün İsfahanda konqresin keçirildiyi məkanda yayımlandı.

Hərbi Dəniz Qüvvələrinin komandanlarından bir qrupunun görüşü
Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin məsul şəxsləri və komandanları ilə görüşdə Hərbi Dəniz Qüvvələri Günü kimi tarixə düşmüş 7 Azər 1359-cu il tarixini (1980-ci ilin 28 noyabrı) və həmin tarixdə Peykan hərbi gəmisinin düşmən BƏƏS-ə qarşı göstərdiyi qəhrəmanlığı hörmətlə anaraq müasir dünyamızda Hərbi Dəniz Qüvvələrinin həyati və təyinedici bir qüvvə olduğunu dedi.
