Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Ali Rəhbəri Pakistanın baş naziri və onu müşayiət edən heyətlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Pakistanın baş naziri və onu müşayiət edən heyətlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Pakistanın baş naziri Cənab İmran Xan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İranla Pakistan arasındakı əlaqələrin çox dərin və xalqlar səviyyəsində olduğunu qeyd etdi və vurğuladı ki, iki dövlət arasındakı əməkdaşlıqların artırılması üçün bu imkandan istifadə etmək lazımdır:
İslam İnqilabının Ali Rəhbəri Sepahın minlərlə komandanı ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Sepahın minlərlə komandanı ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) komandanları ilə görüşdə Sepahın yüksəliş və inkişaf yolunda inkişaf etməkdə olan qürurverici bir qurum olduğunu dedi və mühüm tövsiyələr verdi: “İnanıram ki, Sepah bundan daha çox inkişaf edə bilər”.
İslam İnqilabının Ali Rəhbəri qanunvericilik sisteminin ümumi siyasətlərini elan etdi
İslam İnqilabının Ali Rəhbəri qanunvericilik sisteminin ümumi siyasətlərini elan etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin icrasına müvafiq olaraq, qanunvericilik sisteminin ümumi siyastələrini elan etdi və onun əlavəsinin əhəmiyyətinə əsasən, dedi: “Üç qüvvənin siyasətləri elan edilməlidir. Üç qüvvə fəaliyyətlərin qrafikini müəyyən etməli və nailiyyətlər haqqında məlumat verməlidir”.
İslam İnqilabının Ali Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər xalq tərəfindən Xubriqan Məclisinə seçilmiş nümayəndələrlə görüşdə ölkənin mövcud şəraiti, şüarların yayılması, İslam Respublikasının inqilabçı və siyasi gücü və onun regionda genişlənməsinin ümumi təhlilini verərək Müqəddəs Müdafiə dövrünün dərslərindən faydalanmağın və onun cəmiyyətdə dərinləşdirilməsinin zəruri və mühüm olduğunu dedi: “Ölkənin inkişafının davamlılığı Allaha təvəkkül, müqavimət, gələcəyə ümid, gənclərə, xüsusilə inqilabçı gənclərə etimad, xalq, xüsusilə inqilab qüvvələri arasında birlik və vəhdət, daxili istehsala real dəstək, yadlardan tamamilə ümidin kəsilməsi məsələləri ilə şərtlənir”.
Şami-qəriban mərasimi keçirildi
Şami-qəriban mərasimi keçirildi
“Şami-qəriban” axşamı İslam İnqilabının Ali Rəhbəri, dövlət rəsmiləri, qəlbində Əhli-beyt (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər ağası və öndəri Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasimi keçirildi.
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni adına (r.ə) hüseyniyyədə İmam Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni adına (r.ə) hüseyniyyədə İmam Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi keçirildi
Dövlət rəsmilərindən bir qrupu və İmam Hüseynə (ə) matəm saxlayan minlərlə insanın iştirak etdiyi bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali ilahi sınaqlar zamanı doğru duruş formasının necə olmasından danışdı: “İlahi vəd, peyğəmbələr və Allah dostlarının həyatının tarixi təcrübəsi göstərir ki, əgər ictimai təqvamız olsa, Allaha təvəkkül etsək və ilahi rəhbərdən ayrı düşməsək, Allah-taala problemləri adlamağımız üçün imkan yaradar”.
İsmail Həniə İslam İnqilabının Rəhbərinə göndərdiyi məktubda ona təşəkkürünü bildirmişdir
İsmail Həniə İslam İnqilabının Rəhbərinə göndərdiyi məktubda ona təşəkkürünü bildirmişdir
İslami Müqavimət Hərəkatının (Həmas) siyasi idarəsinin rəhbəri cənab İsmail Həniə Həzrət Ayətullah Xameneiyə göndərdiyi məktubda Həmasın nümayəndə heyəti ilə görüşdə Fələstin müqavimətini açıq şəkildə dəstəklədiyini və İranın Həması öz vəzifəsini yerinə yetirmək üçün ehtiyac duyduğu vasitələrlə təchiz etməyə hazır olduğunu elan etdiyi üçün ona öz təşəkkürünü bildirmişdir: “Bütün haqq, ədalət, azadlıq qüvvələri və onların əsas güc mənbəyi olan İran İslam Respublikası ilə birlikdə dəyişməz müqavimət səngərindəki iştirakımızın son qələbəyə qədər davam edəcək strategiyasının dəyişməzliyini bir daha elan edirik”.
İslam İnqilabının Ali Rəhbəri prezident və hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri prezident və hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər prezident və hökumət nümayəndələri ilə görüşdə məsul şəxslərin xalqa xidmət fürsətinin qədrini bilməsinin vacibliyi və üç qüvvə ilə əməkdaşlıq və qarşılıqlı əlaqə yaradılmasının zəruriliyinə işarə edərək iqtisadiyyat və mədəniyyətin ölkənin iki mühüm məsələsi olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbərinin Allah evinin ziyarətçilərinə müraciəti
İslam İnqilabının Ali Rəhbərinin Allah evinin ziyarətçilərinə müraciəti
Həzrət Ayətullah Xamenei Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətində qeyd edib ki, başda ABŞ olmaqla imperialistlərə qarşı nifrət səsinin ucaldılmasının mənası məzlum insanların öldürülməsi və müharibəçi fəaliyyətlərə nifərt, İŞİD və ABŞ-ın Bləkvoter kimi terrorçu mərkəzlərinin qınanması, İslam ümmətinin uşaq qatili olan sionizm və onun havadarları və himayədarlarına qarşı təhdid səsini ucaltması, ABŞ və köməkçilərinin həssas Qərbi Asiya və Şimali Afrika regionunda müharibə odunu qızışdıran davranışlarının qınanması deməkdir. O vurğulayıb ki, müsəlmanların bütün siyasi məsələlərinin başında Fələstin problemi dayanmalıdır:

Seçilmiş ünvanlar