
Xəbərlər


İnqilabın Rəhbəri korona ilə mübarizənin ölkənin birinci dərəcəli məsələsi olduğunu dedi
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər korona xəstəliyinin vəziyyəti və sürətlə yayılması ilə bağlı etdiyi teleçıxışı zamanı onu ölkənin birinci dərəcəli və təxirəsalınmaz məsələsi olduğu dedi. O, xəstəliklə mübarizə istiqamətində qərarların qəbul edilməsi və qarşıda duran vəzifələrə qəti şəkildə əməl edilməsinin zəruriliyini vurğulayaraq məsul şəxslərə və əhaliyə bir sıra tövsiyələr verdi.

Ali Rəhbər on üçüncü prezidentin səlahiyyətinin təsdiqnamə mərasimində iştirak etdi
On üçüncü prezidentin vəzifə səlahiyyətlərinin icrasına başlamasının təsdiqi münasibətilə bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə mərasim təşkil edildi. İslam İnqilabının Ali Rəhbəri xalqın səsini təsdiq edərək Höccətül-İslam Seyid İbrahim Rəisini İran İslam Respublikasının prezidenti təyin etdi.

İnqilabın Rəhbəri hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər prezident və on ikinci hökumətin nümayəndələri ilə sonuncu görüşündə bütün müsəlmanları, xüsusilə əziz İran xalqını mübarək Qədiri-Xum bayramı münasibətilə təbrik etdikdən sonra xalqa xidmət fürsətinin ilahi bir nemət olduğunu dedi: “Bu nemətin şükrünü yerinə yetirmək üçün var gücü ilə İnqilabın məqsədlərini həyata keçirmək lazımdır”.

İnqilabın Rəhbəri Xuzistan əhalisinin gileylərinin haqlı olduğunu dedi
İslam İnqilabının Ali Rəhbəri bu gün günortadan sonra COVİran Barakat vaksininin ikinci dozasını qəbul etdikdən sonra xəstəliyə qarşı mübarizə aparan səhiyyə və müalicə qurumlarına, xüsusilə milli vaksinin istehsalında əməyi olan alim və tədqiqatçılara təşəkkür etdi.

İnqilabın Rəhbəri İslam ölkələrinin geriliyinin həlli yolunun müqavimət olduğunu dedi
Həzrət Ayətullah Xamenei Həcc günləri münasibətilə dünya müsəlmanlarına ünvanlandığı müraciətində aşiqlərin Beytullah ziyafətinə olan həsrətlərinin davam etməsinin keçici bir imtahan olduğunu, Həcc mesajlarının təsirdən düşməməsi, təcavüzkar qüvvələrin, xüsusilə ABŞ-a qarşı müqavimətin zəruriliyinin bu ilahi mesajlardan olduğunu bildirdi.

İslam İnqilabının Ali Rəhbəri məhkəmə sisteminin sədri və məsul şəxləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər Ayətullah Behiştinin şəhadətinin ildönümü və məhkəmə sistemi günü münasibətilə ali məhkəmənin sədri və məsul şəxslərini qəbul etdi.

İslam İnqilabının Ali Rəhbəri COVİran Barakat vaksininin birinci dozasını qəbul etdi
Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər COVİran Barakat vaksininin birinci dozasını qəbul etdi. İranın gənc alimləri və tədqiqatçılarının səylərinin nəticəsi olan bu vaksin təzəlikcə yerli elmi qaynaqlara əsasən istehlak lisenziyası aldı və İran dünyada karona əleyhinə vaksin istehsal edən altıncı ölkəyə çevrildi.

İnqilabın Rəhbəri İran xalqının seçkilərdəki iştirakı münasibətilə müraciət ünvanladı
Böyük İran xalqının 28 xordad (18 iyun) seçkilərindəki qəhrəmancasına və izdihamlı iştirakından sonra İslam İnqilabının Ali Rəhbəri ünvanladığı müraciətində seçkilərin böyük qalibinin İran xalqı olduğunu dedi.

İnqilabın Rəhbəri səhər saatlarında İmam Xomeyni (r.ə) adına hüseyniyədə səs verdi
İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə) səhər saatlarında İmam Xomeyni (r.ə) adına hüseyniyəyə gələrək 110-cu səyyar seçki qutusunun olduğu yerdə on səkkizinci prezident, şəhər və kəndlərin altıncı islami şuraları, xubriqan məclisinin beşinci əlavə və İslami Şura Məclisinin on birinci əlavə seçkilərinə qatılaraq səs verdi.

İslam İnqilabının Rəhbərinin prezident və şuraların seçkilər öncəsi teleçıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) günortadan sonra televiziya vasitəsilə etdiyi çıxışında Cümə günü baş tutacaq seçkilərin bütün ümdə iqtisadi və qeyri-iqtisadi məsələlərə təsir göstərəcək tale yüklü bir hadisə olduğunu dedi.

İmam Xomeyninin (r.ə) Fərmanının İcra Fondunun müdiri məlumat verdi
Həzrət İmam Xomeyninin (r.ə) Fərmanının İcra Fondunun müdiri doktor Məhəmməd Müxbir İslam İnqilabının Ali Rəhbərinə ünvanladığı bir məktubda tamamilə yerli elmi baza əsasında əldə edilən COVİran Barakat vaksinindən istifadə lisenziyasının əldə edilməsi və İranın dünyada vaksin istehsal edən altı ölkədən birinə çevrilməsi münasibətilə təbrikini bildirərək bu böyük uğurun Allah-taalanın lütfünün, İnqilabın Rəhbərinin xeyir-duası və dəstəklərinin, istedadlı və mücahid gənclərin səy və fəaliyyətinin nəticəsi olduğunu yazmışdır.
Ali Rərhəbrlik İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsi bəyanat yaydı
Həzrət Ayətullah Xameneinin bəzi KİV-lərdə dərc edilən istiftaatının ardınca Ali Rəhbərlik İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsi bəyanat yaydı:

İnqilabın Rəhbərinin İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə teleçıxışı oldu
Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə etdiyi teleçıxışında İslam Respublikası nəzəriyyəsinin irəli sürülməsi və gerçəkləşdirilməsinin, yəni xalis İslam bünövrəsinə və İslamın dərinliklərindən qaynaqlanan xalq hakimiyyətinə əsaslanan hökumət təşkilinin mərhum və əzəmətli İmamın ən mühüm təşəbbüslərindən olduğunu dedi: “Düşmənlərin İslam Respublikası və İmam Xomeyni dövlətinin süquta uğrayacağı ilə bağlı verdikləri proqnozlara rəğmən, bu dövlətin davamlılığının əzəmətinin sirri respublika və İslam sözlərinin birlikdəliyi, yəni İslam və xalqın vahid hakimiyyətidir. Bundan sonra da bu iki sözün birlikdəliyi davamlı inkişafın zəmanətçisi olacaq”.

İnqilabın Ali Rəhbərinin İslami Şura Məclisinin nümayəndələri ilə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər İslami Şura Məclisinin sədri və üzvləri ilə videokonfrans formatında keçirdiyi görüşdə seçkilərin son vəziyyəti ilə bağlı mühüm məsələlərdən danışdı.
İnqilabın Rəhbərinin Fələstin müqavimət qüvvələrinin qələbəsi münasibətilə bəyanatı
Sionist rejimlə on iki günlük müharibədə qələbə çalmış Fələstinin müqavimət qüvvələrini təbrik edən Həzrət Ayətullah Xamenei bəyanat verdi.

İslam İnqilabının Rəhbərinin tələbə təşkilatları ilə videokonfrans formatında görüşü oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) günortadan sonra tələbə təşkilatları ilə videokonfrans formatında keçirdiyi görüş zamanı dəyişiklik istəyi ilə bağlı əsas strategiyaya işarə edərək bütün idarəetmə sahələri və ümumi həyat tərzinin müəyyən hissələrində sıçrayış yaradılmasının, metod və funksiyaların yeniliyi ilə müşayiət olunan cihadın zəruriliyini qeyd edərək ilk növbədə 28 xordad seçkilərində iştirakın əhəmiyyətli olduğunu vurğuladı və bu işitrakın mühüm nəticələrinə aydınlıq gətirdi: “İkinci növbədə isə yaxşı və arzuolunan seçimlə mömin, inqilabçı, bacarıqlı, işbilən, xaqla olan, ümid dolu, gənclərə və daxili imkanlara inanan, sözün həqiqi mənasında ədalət tələb edən və antikorrupsioner olan bir adamı iş başına gətirmək lazımdır”.

İslam İnqilabının Ali Rəhbərinin “Beynəlxalq Qüds Günü” münasibətilə teleçıxışı
İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının sonuncu cüməsi, eyni zamanda Beynəlxalq Qüds Günü etdiyi çıxışı zamanı qüvvələr balansının İslam dünyası və müqavimət cəbhəsinin xeyrinə dəyişməsinə, qarşılığında ABŞ və sionist rejimin aşkar iflasına işarə edərək bir neçə zəif dövlətlə olan əlaqələrin adiləşdirilməsinin işğalçı rejimin süqutuna mane olmayacağını dedi.

İslam İnqilabının Ali Rəhbərinin televiziya vasitəsilə canlı çıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) günortadan sonra televiziya vasitəsilə yayımlanan canlı çıxışında böyük İran xalqına müraciət etdi.
