Humafəran Hərbi Hava Qüvvələrinin İmam Xomeyni (r.ə) ilə 19 bəhmən 1357-ci ildəki tarixi beyətinin ildönümü günü İslam İnqilabının Ali Rəhbəri Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdə o heyrətamiz beyətin bir dönüş nöqtəsi olduğunu dedi. Ali Rəhbər vurğuladı ki, o böyük və tarixi hərəkatın qalıcılığı, davamlılığı və effektivliyinin səbəbi bir media işi və hadisənin yaradıcı bir şəkildə doğru-düzgün çatdırılması olmuşdur: “Bu gün də düşmənlərin gerçəklərin, nailiyyətlərin, İslam dövlətinin qəhərmancasına addımlarının təhrifi istiqamətində həyata keçirdiyi hücumlara qarşı mübarizə aparmaq üçün müdafiə hərəkatına, təxirəsalınmaz təbliğat cihadına əsaslanan bir hibrid hücuma ehtiyac var”.
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar günü) səhər istehsalçılar və sənaye fəallarından bir qrupu ilə görüşdə qeyd etdi ki, ABŞ-ın iqtisadi müharibəsinə qarşı mübarizədə sahibkarlar, iqtisadi fəallar və fəhlələr Müqəddəs Müdafiənin zabitləri, ixlaslı və səmimi döyüşçüləridirlər.
İslam İnqilabının Rəhbəri Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud ildönümü günü bur qrup Əhli-beyt (ə) məddahı ilə təşkil edilmiş görüşdə Həzrət Siddiqeyi-Kübranın (s.ə) şəxsiyyətinin bəzi üstün yönlərindən, o cümlədən onun ictimai fəaliyyətləri və xalqa minnətsiz xidmətlərindən danışaraq heyətlərin böyük maarifləndirmə cihadının mərkəzi olduğunu dedi: “Heyətlər cəmiyyətin, xüsusilə gənclərin suallarına düzgün və əsaslı cavab verən aydınladıcı mənbə olmalıdır”.
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar günü) səhər Qum əhalisinin ayrı-arı təbəqlərindən olan bir qrup nümayəndəsi ilə virtual görüşü zamanı 19 dey 1356-cı ilin dini etiqadın dərinliyinin və rasionallıqla müşayiət olunan dini qeyrətin göstəricisi olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin ildönümünə həsr edilmiş sonuncu matəm gecəsi keçirildi.
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi.
İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş matəm mərasimi keçirildi.
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş ikinci matəm mərasimi keçirildi.
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş birinci matəm mərasimi keçirildi.
İslam İnqilabının Rəhbəri bu gün səhər saatlarında (01.01.2022) Şəhid Hacı Qasim Süleymaninin ailəsi və bir neçə silahdaşı ilə görüşündə “sədaqət” və “ixlas” prinsiplərinin Süleymani məktəbinin məğzi, rəmzi və göstəricisi olduğunu vurğuladı.
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər bir qrup tibb işçisi və sağlamlığın keşiyində duran şəhidlərin ailələri ilə görüşdə Həzrət Zeynəbi-Kubranın (s.ə) davranışı və sözlərinin qadın cinsinin ruhi, mənəvi və əqli gücü və əzəmətinin təcəllası və göstəricisi olduğunu dedi.
Bu gün səhər gənc elita və elmi potensialları yüksək olan istedadlı gənclərlə görüşdə elitanın xalqın gözünün işığı olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri problemlərin elmi həlli üçün elita və elmi cəmiyyətin bir yerə toplaşmasının zəruri olduğunu vurğuladı: “İran gənclərinin elitarlıq potensialı ölkənin elmi boşluğunun dünya səviyyəli elmlə doldurulmasına, elmin qlobal sərhədlərinin aşılmasına, yeni İslam mədəniyyətinin yaradılmasına, ölkənin parlaq gələcəyinin gerçəkləşməsinə zəmin yarada bilər”.
Həzrət Ayətullah Xamenei dörd illik yeni bir dövr üçün Mədəni İnqilab Ali Şurasının üzvlərinin təyin edilməsi fərmanında əvvəlki üzvlərə, xüsusilə yeni dövrdə olmayan alim və ustadlara çəkdikləri zəhmətlərə gösrə təşəkkür edərək mədəniyyətin inqilab sistemi və məzmununa əsaslanan ümumi forması və tərtibatının yadların media və mədəni hücumlarına qarşı yeganə müdafiəçi olduğunu bildirdi.
Rəhmət peyğəmbəri Həzrət Muhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövlud ildönümü münasibətilə İslam İnqilabının Ali Rəhbəri dövlət rəhbərləri və “Beynəlxalq İslami Vəhdət Konfransı”nın iştirakçılarından bir qrupu ilə görüşdə “İslamın insan həyatının bütün yönlərini əhatə etdiyini bəyan etmək və yayamaq”, habelə “müsəlmanların vəhdətinin gücləndirilməsi”nin İslam ümmətinin iki mühüm vəzifəsi olduğunu dedi: “İslami vəhdət Quranın vacib və prinsipial əmridir.
Əfqanıstanın Qunduz əyalətində məsciddə baş vermiş dəhşətli partlayış hadisəsi və nəticədə çoxlu sayda namaz qılanın həlak olması münasibətilə müraciət ünvanlayan Həzrət Ayətullah Xamenei bu böyük cinayəti törədənlərin cəzalandırılması və belə bir faciənin təkrarlanmasının qarşısının alınmasının zəruri olduğunu dedi.
İslam İnqilabının Rəhbərinin iştirakı ilə bu gün (cümə axşamı) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Əli ibn Musa ər-Rzanın (ə) şəhadət gününə həsr edilmiş matəm mərasimi keçirildi.
Bu gün (çərşənbə axaşamı) səhər İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə əziz Peyğəmbərin (s) vəfatı və onun böyük nəvəsi Həzrət İmam Həsən Müctəbanın (s) şəhadət ildönümünə həsr edilmiş matəm mərasimi keçirildi.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün Silahlı Qüvvələrin hərbi akademiyalarının İmam Hüseyn (ə) adına Hərbi Akademiyada təşkil edilmiş məzun tədbirindəki video çıxışı zamanı qürur mənbəyi olan bu qüvvələrin məğrur İran xalqının, habelə əziz və qüdrətli vətənin təhlükəsizliyinin möhkəm qalası olduğunu dedi: “Yadların regiona müdaxiləsi ixtilaf və ziyana səbəb olur. Bütün problemlər yadların müdaxiləsi olmadan həll edilməlidir.
İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil edilmiş şəhidlər sərvəri Həzrət Əbaəbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinin “Ərbəin” mərasimi vizual bağlantı vasitəsiləTehran Univeristetindən yayımlandı.
İslam İnqilabının Ali Rəhbəri bu gün (şənbə) səhər Tokio olimpiya və paraolimpiya oyunlarının medalçıları ilə görüşdə ölkəmizin qəhərmanlarına səmimi qəlbdən təşəkkür etdi: “Beynəlxalq arenalarda ölkəyə başıucalıq gətirən idmançıların ən mühüm çempionluq mesajı üzdə mümkün görünməyən işlərin mümkün ola biləcəyi mesajı, əzmkalıq, ümid və sevincin cəmiyyətə və gənclərə ötürülməsidir”.