İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Tacikistan Respublikasının prezidenti cənab İmaməli Rəhman və onu müşayiən edən nümayəndə heyəti ilə görüşdə vurğuladı: “İki ölkənin müxtəlif sahələr üzrə əməkdaşlıqlarının inkişaf potensialları mövcud səviyyədən çox yüksəkdir. İran hökumətinin qonşularla əlaqələrin gücləndirilməsi siyasətinə əsasən iki ölkə arasındakı əlaqələr əsaslı şəkildə dəyişməlidir”.
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər İslami Şura Məclisinin sədri və üzvləri ilə görüşdə qeyd etdi ki, Xürrəmşəhrin fəthi acı bir hadisənin şirin bir hadisəyə çevrilməsinin və milli qurtuluşun simvoludur.
İslam İnqilabının Rəhbəri əhali və sosial sahə üzrə fəaliyyət göstərən mehriban fəallara ünvanladığı müraciətdə onlara öz təşkkürünü bildirərək nəsil artımı və ölkənin işçi qüvvəsinin gəncləşdirilməsi üçün səy göstərilməsinin, ölkəni əhalinin qocalığı kimi qorxulu gələcəkdən xilas etmək üçün həll yolu axtarılmasının həyat əhəmiyyətli siyasət və ən zəruri vaciblərdən olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (günortadan sonra) Şeyx Təmim bin Həməd Ali Sani və onu müşayitə edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlıqların artırılmasının zəruruliyini vurğulayaraq regionun problemlərinin həlli yolunun xarici amillərin müdaxiləsindən kənar danışıqlar olduğunu bildirdi.
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər yüzlərlə müəllim və pedaqoqla görüşdə təhsilin mədəniyyət yaradan bir nəsil tərbiyə etdiyini dedi.
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər bir qrup işçi və fəhlə ilə görüşü zamanı onların istehsal çadırının əsas sütunu olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) Suriyanın prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, Suriya xalqı və dövlətinin müqaviməti və beynəlxalq bir müharibədə qələbə çalması Suriyanın etibarı və iftixar hissinin artmasına səbəb oldu: “Dövlət başçısı və İran hökumətinin Suriya ilə olan əməkdaşlıqların inkişaf etdirməsi istəyi, şövqü və böyük iradəsinə əsasən, keçmişlə müqayisədə iki ölkə arasındakı əlaqələrin daha çox inkişaf etdirilməsinə çalışmaq lazımdır”.
Ali Rəhbərlik İdarəsinin İstihlal şöbəsi elan edir ki, 01 may tarixində qürub vaxtı şəvval ayının ayı görünmədi. Sabah 02 may 2022-ci il, bazar ertəsi hicri qəməri tarixi ilə 1443-cü il mübarək Ramazan ayının 30-cu günüdür.
İslam İnqilabının Ali Rəhbəri “Beynəlxalq Qüds Günü” münasibətilə etdiyi teleçıxışı zamanı Fələstin xalqını xeyirli gələcəyin gözlədiyini xəbər verən əlamətlərin olduğunu, o cümlədən müqavimət meydanının bütün Fələstini əhatə etdiyini, qarşılığında işğalçı rejim və onun əsl hamisi olan ABŞ-ın zəiflədiyini vurğulayaraq qeyd etdi ki, son illər Fələstində baş verən hadisələr sionist rejimlə olan bütün sazişlərin ləğvi deməkdir.
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) günortadan sonra yüzlərlə tələbə və tələbə təşkilatlarının nümayəndələri ilə görüşdə qeyd etdi ki, universitet inqilabın ən ümdə məslələrindəndir. O, universitetə inqilabçı, əksinqilabçı və mertəce baxışların mühüm və davamlı mübarizəsinin nəticələrinə aydınlıq gətirərək dedi: “İslam Respublikası bu gün öz universiteti ilə fəxr edir. Gənc tələbə bu gün təfəkkür və düşüncəsinə əsaslanmalı, ölkənin əsas məsələlərini dərindən anlamalı, hər növ ruh düşkünlüyü və ümidsizliyi özündən uzaq tutaraq ölkə rəhbərliyindən inqilab ideyalarını, habelə ciddi və həqiqi iş tələb etməlidir”.
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) günortadan sonra məsul şəxslər və dövlət işçiləri ilə görüşdə ölkənin bütün problemlərinin mütləq həll edilə bilən olduğunu qeyd edərək ilin şüarının ayrı-ayrı yönlərinə aydınlıq gətirdi: “İslam Respublikasının güc sistemi və onun müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər İranı xalqların diqqətini cəlb edən bir nümunəyə çevirmişdir. Xalqda ümidsizlik yaratmaq və çıxılmazlıq hissi aşılamaq xalqa və inqilaba zülmdür”.
Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin icrasına müvafiq olaraq Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşdikdən sonra sosial təminatın təsdiq edilmiş ümumi siyasətlərini üç qüvvənin rəhbərlərinə və Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın rəhbərinə elan etdi.
İslam İnqilabının Ali Rəhbəri mübarək Ramazan ayının birinci günü “Quranla Ünsiyyət” adlı nurani məclisdə çıxış edərək Ramazan ayının ziyafət ayı, İlahi rəhmətin sonsuz süfrəsi olduğunu dedi. O qeyd etdi ki, qəlbi paklamaq, Quranla dərin düşüncə işığında ünsiyyət qurmaq insanın Kərim olan Allahın ziyafətindən istifadə edəcəyi ən mühüm cəhətlərdəndir.
İslam İnqilabının Ali Rəhbəri 1401-ci ilin ilk günü televiziya vasitəsilə çıxış edərək hər kəsi Novruz bayramı və yeni əsrin başlanması münasibətilə təbrik etdi.
İslam İnqilabının Ali Rəhbəri 1401-ci hicri şəmsi ilinin (2022-ci il) başlanması münasibətilə etdiyi çıxışda İran xalqını və bütün həmrəy olan xalqları, xüsusilə əzəmətli şəhid ailələrini, habelə müharibə veteranlarını, İran xalqının elm, sağlamlıq, təhlükəsizlik və müqavimət sahələrinin müxtəlif istiqamətlərinin fədakar insanlarını Novruz bayramı və varlıq aləminin parlaq günəşi Həzrət Bəqiyyətullahın (ə.f) mövlud günləri münasibətilə təbrik edərək yeni ili məşğulluq yaradan elm əsaslı istehsal ili adlandırdı.
Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli altıncı qurultayına ünvanladığı müraciətdə son günlərdə baş verən siyasi və hərbi hadisələrə işarə edərək cəbhələşmələrin tanınması, düzgün mövqe seçilməsi, proseslərdə haqq cəbhəsinin xeyrinə həlledici rol oynamaq üçün hazırlıqlı olmanın vacibliyini vurğuladı.
İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdə milli güc və qüdrətin bir-birinə bağlı olan komponentlərini qeyd edərək məişət və xalqla bağlı olan məsələlərin sadəliyinin mühüm əhəmiyyət kəsb etdiyini dedi.
Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər mübarək “Məbəs” bayramı münasibətilə çıxış edərkən qeyd etdi ki, İslam dini və Peyğəmbərin (s) göndərilməsinin bəşəriyyətə ən mühüm hədiyyəsi cahiliyyətlə mübarizə istiqamətində təfəkkür və rasionallığa, nəfsi təmizləmə və əxlaqi məzmunlara dəvətdir.
Təbriz əhalisinin 29 bəhmən 1356-cı il tarixli qiymanın ildönümü ərəfəsində İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər Azərbaycan əhalisinin bir qrup nümayəndəsi ilə keçirdiyi video görüşdə 29 bəhmən hərəkatının xalqın böyük meydan hərəkatının davamlılığına, sonda İnqilabın qələbəsinə zəmin yaratdığını dedi.