
Xəbərlər


İslam İnqilabının Ali Rəhbərinin Mübarək Fitr bayramının namazında söylədiyi xütbələr
İran İslam Respublikasının dindar və mömin əhalisi bir ay orucluq və ibadət fürsəti verdiyi üçün Allah-taalaya təşəkkür əlaməti olaraq Mübarək Fitr Bayramı günü ölkənin dörd bir yanında əzəmətli və izdihamlı bayram namazı təşkil etdi və kərəm sahibi olan Allahdan ən yaxşı arzularını dilədi.

Ali Məqamlı Rəhbər Tehranda qılınan möhtəşəm Fitr bayramı namazına imamətlik etdi
Müvəhhid möminlərin ən sevincli bayramında vüqarlı İran mənəviyyat və ibadət nuruna qərq oldu. Paytaxt Tehranın imanlı əhalisi bir aylıq orucluq və ibadətin şükrü olaraq, Ali Məqamlı Rəhbərin imamətliyi ilə yaddaşlarda qalacaq bir təntənə və möhtəşəmliklə mübarək Fitr bayramı namazını qıldı.

Ayətullah Xameneinin imamətliyi ilə Tehranda cümə namazı qılındı
İslam İnqilabının qələbəsinin 33-cü ildönümü ərəfəsində, Fəcr ongünlüyünün yaşandığı bu günlərdə Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehranda möhtəşəm izdihamlı cümə namazı qılındı. Namazın xütbələrində İslam İnqilabının qazandığı nailiyyətləri, ölkədaxili məsələləri, düşmənlərin təhdidlərini, regionda və beynəlxalq arenadakı vəziyyəti ətraflı təhlil edən Həzrət Ayətullah Xamenei parlamentin 9-cu çağırışına seçkilərlə bağlı məqamlara da toxundu.

Ali Məqamlı Rəhbərin imamətliyi ilə bayram namazı qılındı
Bu gün mübarək Ramazan bayramı şərafətli İran xalqının iman və tövhid nurunun işığına yığışaraq Allaha həmd və sitayiş etdiyi əzəmətli bir yığıncağa çevrildi, mömin və təkallahlı xalqımız bayram dualarında Uca Yaradanından ən gözəl arzu və diləklərini dilədi.
Bu ümummilli sevinc və şadlıq əhval-ruhiyyəsinin fonunda Tehran camaatı bir aylıq ibadət və orucluğun şükrü olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehran Universitetində və kilometrlərlə uzanan ətraf küçələrdə dillərə düşəcək bir təntənə ilə bayram namazı qıldı.

Ali Məqamlı Rəhbərin mərhum Ayətullah Hacı Ağaəli Safinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət Ayətullah Hacı Şeyx Lütfullah Safiyə ünvanladığı müraciətdə mərhum Ayətullah Hacı Ağaəli Safinin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.

Cənab Zərğaminin “Səda və Sima” dövlət teleradiokompaniyasının rəhbəri vəzifəsinə yenidən təyin olunması
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei verdiyi fərmanla cənab Seyid İzzətullah Zərğaminin “Səda və Sima” dövlət teleradiokompaniyasında rəhbərlik müddətini uzatmaqla yanaşı bir sıra mühüm məqamlara da toxundu: “"Səda və Sima" dövlət teleradiokompaniyasının hazırkı nailiyyətlərindən və güclü cəhətlərindən istifadə etməklə, həmçinin nöqsanların aradan qaldırılmasına səy göstərməklə maarifçilik və mədəniyyət istiqamətində çalışan bu orqan ən bariz simvolları din, əxlaq, optimist ruh və intellekt olan bir KİV səviyyəsinə çatdırılmalıdır”.
