Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi ilə əlaqədar keçirilən əza mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi ilə əlaqədar keçirilən əza mərasimində iştirak etdi
Bu gecə (çərşənbə axşamı) məğrib və işa namazlarından sonra İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam Peyğəmbərinin (s) gül balası Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi ilə əlaqədar matəm mərasimi təşkil olundu. Höccətül-İslam vəl-muslimin Seyid Əhməd Xatəminin nitqi, cənab Mahmud Kəriminin mərsiyələri ilə davam edən məclisdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də iştirak etdi.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr olunmuş ilk əza gecəsində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr olunmuş ilk əza gecəsində iştirak etdi
Bu ərəfədə İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) vəfatı ilə bağlı matəm günləri yaşanır. Bu münasibətlə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq təcəssümü Xanım Zəhraya (s.ə) həsr olunan ilk əza məclisi təşkil olundu.
Ali Məqamlı Rəhbər müqəddəs İmam Rza (ə) məqbərəsinin toz alma mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər müqəddəs İmam Rza (ə) məqbərəsinin toz alma mərasimində iştirak etdi
Bu gün (çərşənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə, mənəvi bir ab-hava içərisində Allahın səkkizinci höccəti Həzrət İmam Rzanın (ə) qəbri-şərifinin toz alma mərasimi keçirildi.
Mərasim boyunca qarilər və Əhli-Beyt (ə) məddahları nurani ayələr qiraət edib, pak və məsum Əhli-Beytin (ə) şərəfinə mədhiyyələr oxuyaraq bu təntənəli ayinə xüsusi mənəvi-ruhani atmosfer bəxş etdilər.
Əmirəlmöminin Əlinin (ə) şəhadətinə həsr edilmiş əza mərasimi keçirildi
Əmirəlmöminin Əlinin (ə) şəhadətinə həsr edilmiş əza mərasimi keçirildi
Bu gün (bazar ertəsi) günorta xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə fəzilət sahiblərinin öndəri, imamlar atası Əli ibn Əbitalibin (ə) məzlumcasına şəhid edilməsinin ildönümü ilə əlaqədar matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində iştirak etdi
Bu gün səhər İmam Hüseyn (ə) adına Zabitlər və İnqilab Keşikçiləri Akademiyasının məzunlarının birgə buraxılış mərasimində iştirak edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin mömin, cihad əhval-ruhiyyəli, novator, enerji dolu və uzaqgörən hərbçilərə günü-gündən daha artıq ehtiyac duyduğunu bildirərək dedi: “Amerika” adlı böyük şeytanın siyasətlərinin son dərəcə həssas Orta Şərq regionunda məğlubiyyətə uğraması, təlatümə gəlmiş region xalqları arasında İslam şüarlarının ümidverici dirçəlişi İran xalqına verilmiş ilahi vədlərdən bir hissəsinin həyata keçməsi deməkdir. Bu yolda dözümlülük və sabitqədəmlik ilahi zəfərin tam olaraq gerçəkləşməsi ilə sonuclanacaq”.
Ali Məqamlı Rəhbər Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin “şame-qəriban” mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin “şame-qəriban” mərasimində iştirak etdi
Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın şəhadətinin “şame-qəriban” gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrinin və vəzifəli şəxslərin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunan matəm və əza mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) ərbəin mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) ərbəin mərasimində iştirak etdi
Şəhidlər ağası İmam Hüseynin (ə) və silahdaşlarının şəhadətinin 40-cı günündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və ölkənin müxtəlif universitetlərini təmsil edən tələbə heyətlərinin iştirakı ilə əzadarlıq mərasimi keçirildi, hüseyniyə başdan-başa İmama (ə) qarşı böyük sevgi və emosiyalarla dolub-daşdı.
Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş əzadarlıq mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş əzadarlıq mərasimində iştirak etdi
Aşura gecəsində – Hüseynin (ə), habelə onun ilahi mərifət sahibi olan ixlaslı silahdaşlarının şəhadət gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Əba-Əbdillah Hüseynə (ə) həsr edilmiş təntənəli əzadarlıq mərasimi keçirildi.

Seçilmiş ünvanlar