
Xəbərlər


İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kürdüstan vilayətinə səfəri ilə bağlı Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin bəyanatı
Əzəmətli iman, qəhrəmanlıq və müdriklik diyarı, başdan-başa mədəniyyət, incəsənət və ədəbiyyat məskəni, safqəlbli, nəcib və sədaqətli insanlar yurdu olan Kürdüstan son günlər ərzində İslam İnqilabının Ali Məqamlı Rəhbərini yüksək səviyyədə, böyük qonaqpərvərliklə qarşılamaqla hələ uzun müddət yaddaşlarda qalacaq günlər yaşadı. Şiə və sünnilərin bərəkətli vəhdəti tamamilə aşkar olan bütöv bir həqiqəti əks etdirdi. Bu həqiqət ondan ibarətdir ki, İranda yaşayan bütün etnik qruplar vahid bir xalqın – “birlik, hamılıqla iştirak, məlumatlılıq və uzaqgörənlik” kimi keyfiyyətləri özündə birləşdirən, bu əziz və vüqarlı məmləkətin parlaq gələcəyinin qarantı olan bir millətin ayrılmaz tərkib hissələridir.

İslam İnqilabının Rəhbəri Ayətullah Behcətin vəfatı ilə əlaqədar başsağlığı vermişdir
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilahiyyatçı alim Həzrət Ayətullah Behcətin vəfatı ilə əlaqədar verdiyi başsağlığı müraciətində bu aliməqam fəqihin, ziyalı və arif şəxsiyyətin dünyadan getməsinin əvəzsiz bir itki olduğunu bildirmişdir. İslam İnqilabının Rəhbəri üz vermiş bu ağır müsibətlə əlaqədar Həzrət Bəqiyyətullaha (ruhlarımız Ona fəda olsun!), böyük ruhani alimlərə və mərceyi-təqlidlərə, mərhumun ailə üzvlərinə, qəlbində bu dahi şəxsiyyətə sevgi bəsləyən və onunla mənəvi bağlılıq hissi olan hər bir kəsə dərin hüznlə başsağlığı vermişdir.

İslami Tələbə Təşkilatları Şurasının (Həmrəylik və Birliyin Möhkəmləndirilməsi İdarəsinin) müraciətinə cavab
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Tələbə Təşkilatları Şurasının (Həmrəylik və Birliyinin Möhkəmləndirilməsi İdarəsinin) müraciətinə cavab olaraq bu şuranın 26-cı illik iclasına ünvanladığı müraciətdə “gənclərin möhkəm iradəsi, ruh yüksəkliyi və enerjisi”ni azadlığın, müstəqilliyin, millətin şərəf və heysiyyətinə toxunan, azadlıq və müstəqilliyin əleyhinə çıxan düşmənlərlə qarşıdurmada əsas həlledici amil hesab etdiyini bildirmişdir.

İİR-nın Ali Məqamlı Rəhbərinin İraqda törədilmiş faciəli terror hadisəsi ilə əlaqədar başsağlığı müraciəti
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İraqda törədilmiş, imam Hüseyn (ə) zəvvarlarının məzlumcasına qətlinə səbəb olan faciəli terror hadisəsi ilə əlaqədar başsağlığı vermişdir.

Hüccətul-İslam Muvəhhidi Kermaninin vəfatı ilə əlaqədar başsağlığı müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli xətib, mərhum Əbuş-şəhid (şəhid atası) Hüccətul-İslam Hacı Şeyx Muhəmmədhüseyn Muvəhhidi Kermaninin vəfatı ilə əlaqədar başsağlığı vermişdir.

İmam Xomeyninin (r.ə) həyat yoldaşının vəfatı ilə əlaqədar Ayətullah Xameneinin başsağlığı məktubu
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) yaxın dostu və silahdaşı olmuş əziz xanımının vəfatı ilə əlaqədar olaraq bu möhtərəm ailəyə və ümumən bütün İran xalqına dərin hüznlə başsağlığı vermişdir.

Hüccətul-İslam Şeyx Hüseyn İraninin vəfatı ilə əlaqədar Həzrət Ayətullah Xameneinin başsağlığı məktubu
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum mücahid ruhani Hüccətul-İslam Hacı Şeyx Hüseyn İraninin vəfatı ilə əlaqədar bütün İran xalqına və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.

1388-ci il Novruz bayramı ilə əlaqədar Həzrət Ayətullah Xameneinin xalqa müraciəti
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin başlaması ilə əlaqədar xalqa ünvanladığı müraciətdə qarşıdan gələn yeni ilin əhəmiyyətli olduğunu qeyd edərək, həmçinin İran xalqının öz iman qüvvəsi ilə bu ildə gözlənilən bütün hadisələrdə və dəyişikliklərdə qələbə çalacağına ümidvar olduğunu bildirərək dedi: “Ölkə resurslarından tədbirli və məqsədəuyğun şəkildə istifadə olunmasının əsas və həyati əhəmiyyətli bir məsələ olduğunu nəzərə alaraq qarşıdan gələn yeni ili “bütün sahələrdə məqsədyönlü istehlak ili” elan etmək istəyirəm”.

Həzrət Ayətullah Xameneinin Hacı Şeyx Möhsin Mühəddisin vəfatı ilə əlaqədar başsağlığı
“Məfatihul cinan” və bir çox bu kimi dəyərli kitabların müəllifi olan mərhum Şeyx Abbas Quminin övladı Hüccətul-İslam Hacı Şeyx Möhsin Mühəddisin vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Həzrət Ayətullah Xameneinin Ayətullah Hacı Şeyx Lütfullah Safi Qulpayqaniyə övladının vəfatı ilə əlaqədar başsağlığı
İİR-ın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Lütfullah Safi Qulpayqaniyə əziz övladının vəfatı ilə əlaqədar başsağlığı vermişdir.

"Fələstinə dəstək" beynəlxalq konfransı
İslam İnqilabının Ali Dini Rəhbəri Ayətullah Xameneyi bu gün səhər "Fələstinə dəstək" beynəlxalq konfransının açılış mərasimində, İslam dünyasının ali məclis sədrləri və başçıları, eləcə də Fələstin və Livan islami müqavimət hərəkatının ali şəxsiyyətləri iştirak etdiyi məclisdə Livanın 33, Qəzzanın 22 günlük müharibələrində "İsrailin siyasi və nizami meydanda ağır və biabırçı məğlubiyyətinə" işarə edib müqaviməti Fələstinin yeganə nicat yolu kimi qiymətləndirərək təkidlə sionistlərin cinayətkar rəhbərlərinin mühakiməsinin zəruriliyini vurğuladı: “Fələstin məsələsinin həlli üçün İranın təklifi bütün işğal olunmuş ərazilərdə yaşayan müsəlman, xristian və yəhudilərin və Fələstin didərginlərinin arasında referendum keçirilməsidir. Bu yolla insan haqlarına uyğun şəkildə Fələstin xalqının seçimi bəlli olsun və yerinə otursun”.

İslam İnqilabı Rəhbərinin Əmir Kəbir Universitetində 5 naməlum şəhidin cənazə və dəfni barəsində söylədikləri
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Əmir Kəbir Texniki Universitetinin rektoruna və adı çəkilən universitetdə Vəliyyi-fəqihin nümayəndəliyinin rəhbərinə ünvanladığı məktubun haşiyəsində bu universitetdə müqəddəs müdafiədə şəhid olan 5 naməlum əsgərin cənazə və dəfni barəsində belə buyurmuşdur:

Həzrət Ayətullah Xameneinin Hindistan qitəsindəki İslami Təşkilatlar Birliyinə ünvanladığı məktub
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hindistan qitəsindəki İslami Təşkilatlar Birliyinin fəaliyyətinin 25 illiyi ərəfəsində – bəhmən ayının 25-26-da bu birliyin bütün Hindistan üzrə təhsil alan iranlı tələbələrin iştirakı ilə keçirilmiş 25-ci seçkiləri münasibətilə bəyanat verib.

«Ümid» milli peykinin orbitə çıxarılması xəbəri ilə əlaqəli məktublaşma
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İİR-nın prezidenti cənab Əhmədi Nejadın iranlı alimlərin «Ümid» milli peykini müvəffəqiyyətlə orbitə çıxarmasına dair yazdığı məktubuna cavab olaraq bildirmişdir ki, bu uğurlar əzəmətli İslam İnqilabının ürəklərdə yaratdığı ümidlərin doğrulmasını göstərən bir əlamətdir.

“Fələstin dövlətinin baş naziri” İsmayıl Haniyənin Həzrət Ayətullah Xameneiyə müraciəti
“Fələstinin qanuni dövləti”nin baş naziri” İsmayıl Haniyə Həzrət Ayətullah Xameneinin və qəhrəman İran xalqının Fələstin xalqını, xüsusilə də Qəzza və İslami müqavimət qüvvələrini misli-bərabəri görünməmiş cəsarətli dəstəklərinə minnətdarlıq məzmununda İslam İnqilabının Rəhbərinə etdiyi müraciətdə belə vurğulayır: «Özüm, Fələstin milləti və yaralı, lakin qalib Qəzza tərəfindən Ali Cənablarına və böyük İran millətinə İslami və dəyərli mövqeyinə görə ən yüksək salamlarımı göndərirəm”.

Həzrət Ayətullah Xameneinin HƏMAS-ın baş naziri İsmayıl Haniyəyə yazdığı məktub
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei HƏMAS-ın baş naziri İsmayıl Haniyəyə göndərdiyi məktubunda Qəzzanın məzlum, eyni zamanda “səbirli, fədakar və şücaətli” mücahidlərinin sionist rejiminin tam silahlanmış ordusunu məğlub etməsinə işarə edərək bildirmişdir: “Tarixin ən faciəli, dəhşətli cinayətlərindən birinin müqabilində sizin və Qəzza xalqının iman və şərəfli müqaviməti Amerikanı və sionist rejimini himayə edənləri, xainləri və İslam ümmətinin münafiqlərini rüsvay etmişdir. Həmçinin İslam ümmətinin bayrağını daha da ucaltmağa çalışmaq bəşər əleyhinə olan düşməni hər gün daha çox zillətə düçar edəcəkdir”.

Məzlum Qəzza əhalisinin dəhşətli qətli-amı ilə bağlı Həzrət Ayətullah Xameneinin bəyanatı
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei məzlum Qəzza xalqının cinayətkar sionistlər tərəfindən qətli-ama məruz qalması haqqında verdiyi bəyanatında bu hadisəni şiddətlə pislədi. O, cinayətkar Buş hökumətinin sionistlərlə iyrənc həmkarlığını, beynəlxalq təşkilatların, eləcə də bir sıra ərəb dövlətlərinin sükut və etinasızlığını bu cinayətlərə zəmin yaradan amillər kimi dəyərləndirdi. İslam İnqilabının Rəhbəri bazar ertəsi gününü Fələstin mücahidlərinin, azadlıqsevər xalqların, bir sözlə, bütün müsəlmanların “ümumi matəm günü” elan etməklə yanaşı alimləri və ziyalıları qaniçən sionizmin cinayətləri qarşısında öz ağır məsuliyyətlərini icra etməyə çağırdı.
