İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər etdiyi rəsmi müraciətlə Höccətül-İslam vəl-muslimin Abbasəli Əmid Zəncaninin vəfatı ilə əlaqədar mərhumun yaxınlarına və dostlarına başsağlığı verdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kirmanşah vilayətinə 9 günlük səfəri sona çatdıqdan sonra Ali Məqamlı Rəhbərlik Baş İdarəsi vilayətin cəsur və mübariz əhalisinə minnətdarlıq məqsədi daşıyan bəyannamə ilə çıxış etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinin müxtəlif təbəqələri təmsil edən mömin, cəsur və istiqanlı əhalisi ilə çoxsaylı görüşlərindən sonra bu gün (cümə axşamı) günorta vilayətə 9 günlük səfərini başa vuraraq paytaxt Tehrana döndü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin XX Ümummilli Namaz Konfransına ünvanladığı müraciətdə qeyd olunur ki, namazın gün boyunca təkrarlanması insanın qəflətə qərq olmaqdan yaxa qurtarması üçün bir şans və nemətdir. Müraciətdə aşağıdakı fikir də vurğulanır: “Namaz insanın bütün diqqətini toplayıb, səmimi-qəlbdən və agahlıqla Allah qarşısında durduğu, onun ruhuna sığal verən, mənəviyyat gövhərini cilalayaraq parladan bir andır”.
Ali Məqamlı Rəhbər Asiya Voleybol Çempionatında qazandığı uğur münasibətilə İran İslam Respublikasının voleybol millisinə təbrik müraciəti etdi. Müraciətin tam mətni: Mərhəmətli və Bağışlayan Allahın adı ilə! İran xalqına sevinc bəxş etdiyiniz üçün sizə təşəkkür edirəm!
Bu gün (cümə axşamı) səhər – Müqəddəs Müdafiə şəhidlərinin, əlil və veteranlarının anım günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı uğrunda və Məcburi Müharibədə həyatını itirmiş əziz şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək məqsədilə xalqa müraciət etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra şəhid Cəhanara qardaşlarının anasının vəfatı ilə əlaqədar etdiyi müraciətdə bu səbirli qadının dünyadan köçməsi ilə bağlı əziz şəhidlərin qohum-əqrəbasına və döyüş yoldaşlarına başsağlığı dilədi.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi mömin və allahpərəst həmvətənlərimizi Somalidə qıtlıq və quraqlıqdan əziyyət çəkən insanlara yardım etməyə çağırdı. Afrikanın şimal-şərq regionunda, xüsusilə də Somalidə quraqlığın şiddətli böhran həddinə çatması və bunun nəticəsində əmələ gələn qıtlıqla əlaqədar, Ali Məqamlı Rəhbərlik Baş İdarəsi elamnamə ilə çıxış edərək dəyərli həmvətənlərimizin hamısını bu rəhmət və bərəkət ayında Somalidə qıtlıqdan əziyyət çəkən müsəlmanlara yardıma tələsməyə çağırdı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yəzdin imam-cüməsi Höccətül-İslam Hacı Şeyx Məhəmmədəli Səduqinin vəfatı ilə əlaqədar başsağlığı verdi. Başsağlığı müraciətinin tam mətni: Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Yəzd vilayətinin imam-cüməsi və mənim həmin vilayətdəki nümayəndəm Höccətül-İslam Hacı Şeyx Məhəmmədəli Səduqinin bu fani dünyadan köçərək dostlarının və yaxınlarının qəlbini dağladığı haqda böyük təəssüf və kədərlə xəbər tutdum. Allah rəhmət etsin, yeri Behişt olsun!
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Terrorizmlə Qlobal Mübarizə Konfransının işə başlaması ilə əlaqədar konfrans iştirakçılarına müraciət ünvanladı. Ali Məqamlı Rəhbərin müraciətində qeyd olunur ki, imperialist dövlətlər xeyli müddətdir terror əməlləri üçün şərait yaradır, terrorçu sionist rejimini dəstəkləyirlər. Onların mütəşəkkil terrorizmə göstərdiyi maliyyə və təbliğat dəstəyi isə artıq uzun bir siyahı əmələ gətirir.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi elamnamə ilə çıxış edərək bildirmişdir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə bağlı mötəbər məlumat və faktlar yalnız rəsmi mənbələr vasitəsilə yayımlanır. Buna görə də KİV-ə qeyri-mötəbər və əsassız məlumatları yaymaqdan ciddi surətdə çəkinmələri tövsiyə olunur.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tərəqqinin İran-İslam Modeli Mərkəzinin Ali Şurasına sədr və üzvlərin təyin olunması ilə bağlı sərəncam imzaladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Şiraz camaatı ilə görüşü əsnasında səsləndirdiyi fikirlərlə bağlı İran İslam Respublikasının Xəbər Agentliyi (İRNA) tərəfindən yanlış məlumatın yayılmasının ardınca Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi baş vermiş insidentdən təəssüf hissi keçirdiyini, İRNA xəbər agentliyinin bu addımını məsuliyyətsiz bir addım kimi qiymətləndirdiyini bildirərək bütün xəbər agentliklərindən və saytlardan xahiş edir ki, bu xəbərdən heç bir vəchlə istifadə etməsinlər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhid Zeynəddin qardaşlarının atası Hacı Əbdülrəzzaq Zeynəddinin vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Asiyanın Quanqcu şəhərində keçirilən paraolimpiya oyunlarında İran İslam Respublikasını təmsil etmiş əlil və veteran idmançılara ünvanladığı müraciətdə onlara özünün təqdir və minnətdarlığını ifadə etdi.
Vəhdət və qürur rəmzi, təkallahlılıq və mənəviyyat simvolu olan Kəbə həcc mövsümündə dünyanın hər yerindən cəlil Allahın çağırışına cavab verib, “Ləbbeyk!” deyə-deyə İslamın beşiyi olan bu məkana tələsən həsrətli və ümidli qəlbləri qarşılayaraq ev sahibliyi edir. Hal-hazırda İslam ümməti dünyanın dörd bir yanından göndərdiyi, bu məkana gəlib toplaşmış nümayəndələrinin gözü ilə özünün nə qədər genişmiqyaslı və müxtəlif tərkibli olduğunun, təkallahlılıq əqidəsinə əsaslanan bu dinin ardıcıllarının qəlbinə nə qədər dərin imanın hakim kəsildiyinin kiçik bir mənzərəsini müşahidə edə, bu böyük və misilsiz sərvəti lazımınca dərk edə bilər.
Həzrət Ayətullah Xameneinin müqəddəs Qum şəhərinə 10 günlük səfərinin ardınca Ali Məqamlı Rəhbərlik Baş İdarəsi rəsmi müraciətlə şəhərin imanlı, gözüaçıq, istiqanlı və cəsur əhalisinə, habelə böyük mərcə-təqlidlərə, möhtərəm din alimlərinə, dəyərli ruhanilərə, ağıllı və uzaqgörən ruhani tələbələrə dərin təşəkkür və minnətdarlıq edərək ümidvar olduğunu bildirdi ki, Ali Məqamlı Rəhbərin səfər çərçivəsində müxtəlif görüşlər zamanı verdiyi tövsiyə və istiqamətləndirmələr Qum şəhərinin başdan-başa qürur və iftixar salnaməsi olan tarixində yeni bir fəslin başlanğıcı olacaq.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei övladının ölümü ilə əlaqədar olaraq, Ayətullah Hacı Seyid Həsən Tahiri Xorrəmabadiyə müraciət edərək başsağlığı verdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən XIX Milli Namaz Konfransına ünvanladığı müraciətdə İslam məscidlərini “dünya və axirətin çulğalaşdığı, fərdlə cəmiyyətin qovuşduğu bir məkan” adlandıraraq vurğuladı: “Harada yerləşməsindən asılı olmayaraq, məscidlər xeyir-bərəkət məkanı, təfsir və hədis məktəbi, ictimai və siyasi maarifləndirmə minbəri, moizə və əxlaqi tərbiyə ocağı olmalıdırlar”.