İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Qasim Süleymaninin anasının vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim Ayətullah Hacı Seyidhəsən Tahiri Xorrəmabadinin vəfatı ilə əlaqədar etdiyi rəsmi başsağlığı müraciətində bu böyük alimin İmam Xomeyni (r.ə) hərəkatındakı rolunu, eləcə də İslam İnqilabının qələbəsindən sonrakı sədaqətli və effektiv fəaliyyətini yüksək qiymətləndirərək vurğulayır: “Sayıqlıq və mətinliklə yanaşı olan təqva və ixlas bu mücahid və mübariz ruhaninin qabarıq xüsusiyyətlərindən idi”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhid Ayətullah Səidinin həyat yoldaşı, Qumun imam-cüməsi Höccətül-İslam vəl-muslimin Seyid Məhəmməd Səidinin anasının vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 22-ci Ümummilli Namaz Konfransına ünvanladığı müraciətdə qeyd edir ki, namaza mənəvi keyfiyyət bəxş etmək, onu əhali arasında yayaraq kütləviləşdirmək möminlərin başda duran vəzifəsidir. Ali Məqamlı Rəhbər həmçinin vurğulayır: “Bu böyük vəzifəni ziyalılar və qələm sahibləri danışmaq və yazmaqla, media təmsilçiləri, tribunalardan geniş auditoriyaya səslənmək imkanına malik olan şəxslər cəlbedici və peşəkar layihələri ilə, nəhayət hökumət strukturlarının rəsmiləri də rəhbərlik etdikləri strukturun fəaliyyət sferasına uyğun şəkildə yerinə yetirə bilərlər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Bəqa təxəllüsü ilə yazan poeziya ustadı Əli Baqirzadəyə həsr olunmuş konfransa ünvanladığı müraciətdə qeyd edir ki, bu görkəmli şair və ədibə yüksək ehtiram ifadə etmək şeir və ədəbiyyatın haqqını vermək, poetik dilini, rəvan təbini yalnız düzlük və yaxşılıq yolunda işlətmiş uca bir insanı layiqincə dəyərləndirmək deməkdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ustad Abbas Keyməneşə (Müşfiq Kaşani) həsr olunmuş konfransa ünvanladığı müraciətdə ölkənin bu görkəmli şairinin yaradıcılığındakı bəzi qabarıq xüsusiyyətlərə toxunaraq qeyd edir ki, böyük şairlərə layiqli dəyər verilməsi, onlara yüksək ehtiramın göstərilməsi fars şeiri və ədəbiyyatının inkişafına, gənc istedadların həvəsləndirilməsinə səbəb olur. Müraciətdə deyilir: “Cənab Müşfiqin yaradıcılığının mühüm xüsusiyyətlərindən biri dini və inqilabi hədəflərə xidmət etməkdir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Asiya kubokunda çempion olması və dünya kubokuna vəsiqə qazanması ilə əlaqədar olaraq, İran İslam Respublikasının milli basketbol komandasına rəsmi təşəkkür müraciəti etdi.
Ali Məqamlı Rəhbər Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanması ilə əlaqədar olaraq, İranın futbol üzrə milli yığmasını rəsmi surətdə təbrik etdi.
Xalqın 11-ci prezident və 4-cü şəhər və kənd islami şuralarına seçkilərdə yaratdığı möhtəşəm və tarixi qəhrəmanlığın ardından İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran xalqına rəsmi surətdə təşəkkür və qədirdanlıq müraciəti edib.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Seyid Cəlaləddin Tahiri İsfahaninin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fars şeiri və ədəbiyyatının unudulmaz və görkəmli simalarından biri, böyük Xorasan şairi Məhəmməd Qəhrəmanın vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacıağa İzzəddin Hüseyni-Zəncaninin vəfatı ilə əlaqədar, mərhumun Məşhəd və Zəncandakı bütün mənəvi ardıcıllarına, möhtərəm ailə üzvlərinə, teoloji mərkəzlərə və ruhani alimlərə müraciət edərək başsağlığı verdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra inqilabın səmimi dostlarından olan cənab Hacı Mahmud Murtəzayifərin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei öhdəsinə düşən məsuliyyəti daim dərk edən, mücahid incəsənət xadimi və yazıçı Əmir Hüseyn Fərdinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei böyük fəqih Ayətullah Hacı Şeyx Qulamrza Rizvaninin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ötən gün Ərəbistanda dünyasını dəyişmiş din alimi, İslam mütəfəkkiri Ayətullah Dr. Əbdülhadi Əlfəzlinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Buşəhr ostanında baş vermiş zəlzələdən sonra hadisə nəticəsində xəsarət almış insanlara müraciət edərək onlara səbir və əcr dilədi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1392-ci ilin başlaması münasibəti ilə xalqa ünvanladığı müraciətdə ötən il İran xalqının bütün sferalarda, özəlliklə də imperialist dünyası ilə siyasi və iqtisadi mübarizədə nail olduğu irəliləyişə toxunaraq qeyd edir ki, qarşıdan gələn 1392-ci il inkişaf, dinamizm və təcrübə ilə, iqtisadiyyat və siyasət arenalarında İran xalqının cihad əzmli hərəkatı ilə müşayiət olunan ümidverici perspektivlərlə dolu bir il olacaq. O vurğulayır: “Məhz bu baxımdan da 1392-ci ili “İqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq ili” adlandırıram”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Ürvə” kitabının müəllifi Əllamə Ayətullah Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə mərhum Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdi məfkurəsini tədqiq etməyin, onun şəxsiyyətinin müxtəlif aspektlərini insanlara tanıtmağın vacib olduğunu vurğulayır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra görkəmli din alimi, mücahid qələm sahibi, vəli-fəqihin Laristan ostanı üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Hacı Seyid Müctəba Musəvi Larinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.