İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Özbəkistanın prezidenti cənab Şavkat Mirziyoyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İranla Özbəkistan dövlətləri arasında mövcud olan bənzərsiz tarixi, mədəni və elmi yaxınlığa işarə edərək dedi: “Müxtəlif sahələrdəki əlaqələrin inkişaf etdirilməsində bu ortaq cəhətlərdən istifadə edilməlidir”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra Fələstin İslami Cihad Təşkilatının baş katibi Ziyad ən-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İslami Cihadı son mübarizədəki qələbəsinə görə təbrik etdikdən sonra sionist rejimin hazırki vəziyyətinin yetmiş ilə bundan əvvəlkindən fərqləndiyini dedi: “Sionist rejimi bu gün passivlik və əksül-əməl mövqeyindədir.
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər nüvə texnologiyasının k/t, tibb, səhiyyə, sənaye, ekologiya, su və elektrik stansiyası sahələri üzrə nailiyyətlərinin sərgisini 1,5 saat gəzdikdən sonra nüvə sənayesi üzrə məsul şəxslər, ekspertlər və qürur bəxş edən alimlərdən bir qrupu ilə görüşdə bu sənayenin İranın müxtəlif sahələr istiqamətindəki inkişafının açarı olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Türkmənistan Xalq Məsləhət Şurasının sədri cənab Qurbanqulu Berdiməhəmmədovla görüşdə İran və Türkmənistanın ohum və çoxlu sayda ortaq mədəni cəhətlərə malik ölkələr odluğunu dedi: “Bu ortaq mədəni cəhətlər müxtəlif sahələrdə, xüsusilə enerji və yol sahəsindəki əlaqələrin əvvəlkindən daha çox inkişaf etdirilməsi üçün mühüm bir zəmindir”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Omanın sultanı cənab Heysəm ibn Tariq Ali Səid və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İranla Omanın əlaqələrinin qədim, köklü və yaxşı olduğunu dedi: “Biz iki ölkənin bütün sahələrdəki əlaqələrinin inkişafının hər iki tərəfin xeyrinə olduğuna inanırıq”.
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər on birinci məclisin sədri və deputatlarla görüşdə bu məclisi ümumilikdə inqilabçı, gənc, dinamik, ölkədə mövcud olan problemləri ortadan qaldırmaq üçün yaxşı qərarlar qəbul etmiş bir məclis hesab etdiyini bildirərək, şəraitin və cinah mülahizələrin təsirinə düşməmək kimi qanunverici zərurətlərə aydınlıq gətirdi: “Parlamentin son ilində yeddinci inkişaf proqramının araşdırılması və təsdiqi, ilin şüarı, yəni inflyasiyanın idarə edilməsi və istehsalın artırılması məqsədinin həyata keçirilməsi üçün lazım olan qanunların qəbul edilməsi, yarımçıq qalmış layihələrin araşdırılması kimi böyük işləri dayanmadan çalışaraq sona çatdırın”.
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Xarici İşlər Nazirliyinin məsul şəxsləri və İran İslam Respublikasının səfirləri ilə görüşdə uğurlu xarici siyasətin prinsip və parametrlərinə aydınlıq gətirərək yalvarıcı diplomatiyadan çəkinmə mənasını ifadə edən “izzət”, hesablanmış və müdrikcəsinə əlaqələr və fəaliyyətlər məzmununu ifadə edən “hikmət”, çətin maneələri dəf etmək və yola davam etmək üçün uyğunlaşma mənasını ifadə edən “məsləhət” anlayışının dövlətin diplomatik fəaliyyətinin üç əsas açar prinsipi olduğunu dedi.
İslam İnqilabının Rəhbəri bu gün səhər Həcc ziyarətinin təşkilatçıları, cavabdeh şəxsləri və Allah evinin ziyarətçilərindən bir qrupu ilə görüşdə Həcc ziyarətinə düzgün baxış bucağının olmasının və bu vacib əməlin əhəmiyyətinin dərk edilməsinin çox mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Həcc – məqsədi İslam ümmətini ucaltmaq, müsəlmanların qəlblərini bir-birinə yaxınlaşdırmaq, İslam ümmətini küfr, zülm, insani və qeyri-insani bütlər qarşısında birləşdirmək olan qlobal və mədəni bir məsələdir”.
Müəllimlərin cəmiyyətin ən yaxşı və şərəfli sinfi olduğunu deyən Həzrət Ayətullah Xamenei ölkənin bütün şəhər və kəndələrinin bu dözümlü, zəhmətkeş və məsuliyyətli mücahidlərinə çəkdikləri zəhmətlərə görə təşəkkür etdi: “Ölkənin gələcəyini qurmaq üçün ayıq, savadlı, düşüncəli, məntiqli, imanlı, iradəli, İslam əxlaqına malik və milli məsuliyyəti olan bir nəsil yetişdirilməsinin əhəmiyyəti heç bir işlə müqayisə edilə bilməz”.
Ali Baş Komanda Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Silahlı Qüvvələrin yüksək vəzifəli şəxsləri və komandanları ilə görüşdə Əmirəl-mömininin (ə) kəlamına əsasən, bu qüvvələri dövlətin və xalqın möhkəm baryerləri adlandırdı: “Bu çox böyük mövqe ağır məsuliyyətlərlə müşayiət olunur. Allaha həmd olsun ki, Silahlı Qüvvələr bu fəxarətli mövqeyin qədrini bilərək öz vəzifələrinin icrası ilə məşğuldur”.
Əhli-beytin kərim şəxsiyyəti İmam Həsən Müctəbanın (ə) mübarək mövlud gecəsi fars dili və ədəbiyyatı üzrə mütəxəssislər, gənc və öndər şairlərdən bir qrupu İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü.
Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra ölkə rəhbərliyi və dövlət qulluqçuları ilə görüşdə məsul şəxslərin iradə və əzminin bütün il boyu inflyasiyanın idarə edilməsi və istehsalın artırılması üzərində mərkəzləşdirilməsinin zəruriliyini vurğulayaraq ilin şüarının gerçəkləşdirilməsi üçün lazım olan şərtlərə aydınlıq gətirdi və bir neçə mühüm iqtisadi tövsiyə verdi: “Əgər bu vacib şərtlərə əməl edilsə, onun inflyasiyanın azalması istiqamətindəki nəticələri və ilin sonunda xalqın nisbi asayiş hiss etməsi müşahidə ediləcək”.
İslam İnqilabının Rəhbəri yeni ilin ilk günü İmam Rzanın (ə) pak hərəminin qonşuları və ziyarətçilərinin önündə çıxış edərkən güclü tərəflərin gücləndirilməsi, zəif cəhətlərin və nöqsanların ortadan qaldırılması mənasını ehtiva edən dəyişmənin ölkənin əsas ehtiyacı olduğunu dedi.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Belarusiya Respublikasının prezidenti cənab Aleksandr Lukaşenko və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlıq potensialının mövcud səviyyədən çox-çox yüksək olduğunu dedi: “Hər iki tərəfin əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətindəki ruhiyyəsi və iradəsindən istifadə edərək əlaqələrin səviyyəsi daha da artırılmalıdır”.
İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin üzvləri ilə görüşdə bu yüksək və çox mühüm məclisin cümhuriyyətlə İslamın sintezinin təzahürü olduğunu vurğulayaraq xalqın ayrı-ayrı səhnələrdəki misilsiz, həyati və daimi iştirakından danışdı: “Dövlətin xalqa əsaslanan güclü təməli milli sərvətdir. Allah bununla dövlətin məsul şəxslərinə və alimlərinə qəti, tutarlı əsas vermişdir. Hər kəs bu böyük sərmayənin qorunması və artmasında fasilə vermədən çalışmalıdır”.
Həzrət Ayətullah Xamenei bu gün səhər “Mübarək Besət” bayarmı münasibətilə dövlətin məsul şəxsləri, İslam ölkələrinin nümayəndələri və səfirləri, Beynəlxalq Quran müsabiqələrinin qonaqları və iştirakçıları ilə görüşdə qeyd etdi ki, sonuncu peyğəmbərin (s) besətinin böyük və tükənməz xəzinələrindən istifadə bütün problemlərin əlacı, İslam ümmətini dünya və axirət səadətinə qovuşduran yodur: “Əgər İslam ölkələri Besət təlimlərinə əməl etsəydilər, xəbis və cinayətkar sionist rejimi İslam ümmətinin gözləri önündə fələstinli məzlumlara bu cür zülm edə, cinayət törədə bilməzdi.
Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdə Azərbaycan əhalisinin İranın birlik və azadlıq bayraqdarı olduğunu dedi. O, bu ilin tarixi 22 bəhmən yürüşünü yaratdığı üçün əzəmətli İran xalqına hörmət və ehtiramını bildirdi: “Bu coşqulu, məzmunlu və həqiqi qəhrəmancasına hərəkət millətin İnqilab xəttində möhkəm dayanmasının və bu xətdən sapmamasının nəticəsidir.
Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin yüzlərlə komandanı və şəxsi heyəti 1357-ci ilin 19 bəhmən hadisəsi və Hərbi Hava Qüvvələrinin humafərlər dəstəsindən bir qrupunun İmam Xomeyni (r.ə) ilə görüşünün ildönümü münasibətilə bu gün Ali Baş Komandanla görüşdü.
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər yüzlərlə istehsalçı, sahibkar və elm əsaslı sahələrin fəalları ilə görüşdə ölkənin parlaq gələcəyinin davamlı və sürətli inkişafa ehtiyaclı olduğunu dedi.