İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei mehdiçilik üzrə ixtisaslaşmış ustadlar, mütəxəssislər, müəlliflər və məzunlarla bugünkü görüşü zamanı tarix boyu peyğəmbərlərin fəaliyyətinin və qatlaşdıqları əziyyətlərin hədəfi kimi, mehdiçilik mövzusunun çox yüksək əhəmiyyət kəsb etdiyinə toxunaraq qeyd etdi ki, İmamın (ə.f) zühurunu gözləmək mehdiçilik əqidəsinin ayrılmaz hissəsidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkədə keçirilmiş 28-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak etmiş ustadlar, münsiflər, Quran hafizləri və qarilərlə, habelə ölkənin Quran ictimaiyyətinin bir qrup təmsilçisi ilə görüşdü. Ali Məqamlı Rəhbər Quranı İslam ümmətinin vəhdət, izzət və iqtidarının ən mühüm amili adlandıraraq qeyd etdi ki, region xalqlarının qiyamı Quranda əksini tapmış ilahi vədlərin qəti surətdə gerçəkləşməsinin açıq-aydın nişanəsidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun komandanları və Vəli-fəqihin Korpus üzrə Nümayəndəliyinin rəsmiləri ilə bugünkü görüşündə qeyd etdi ki, İslam İnqilabının həqiqi keşikçisi olmaq İslam dövlətinin müəyyən edilmiş uca amallara doğru mütərəqqi, sürətli, optimist və inqilabi hərəkatını qorumaqdır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü. İran xalqını və İslam ümmətini mübarək Məbəs bayramı münasibətilə təbrik edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, besət günü – yəni İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün seçildiyi gün Allahın ən böyük neməti, ilin ən gözəl və bərəkətli günüdür.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri, yüksək vəzifəli rəsmiləri, habelə ədliyyə orqanlarında çalışan bir qrup hakim və digər əməkdaşlarla bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, İran xalqının ötən 33 il ərzindəki tərəqqi və irəliləyişinin başlıca amili çətinliklər qarşısında gözüaçıqlıqla göstərdiyi səbirdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan qabaq Sudan Respublikasının prezidenti Ömər Əl-Bəşir və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Ali Məqamlı Rəhbər son dövrdə regionda baş qaldırmış xalq hərəkatlarının müsəlman ölkələrində və regionda əsaslı bir dəyişikliyin başlanğıcı olduğunu qeyd edərək bildirdi: “Ümidvaram ki, yaxın gələcəkdə Şimali Afrikada möhkəm bir müsəlman ittifaqının şahidi olacağıq”.
Həzrət Ayətullah Xamenei həmçinin Pakistan Respublikasının prezidenti cənab Asəf Əli Zərdari ilə bu gün günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, İran və Pakistan xalqlarını birləşdirən tarixi, mədəni və dini bağlar iki ölkə arasındakı münasibətlərin mümkün qədər çox genişləndirilməsi üçün zəmin yaradır. Ali Məqamlı Rəhbər Tehran-İslamabad əlaqələrinin hərtərəfli surətdə gücləndirilməli olduğunu da vurğuladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraq Respublikasının prezidenti cənab Cəlal Talebani ilə bu gün günortadan sonra baş tutan görüşü zamanı bildirdi ki, İraq və regionun problemlərinin mənşəyi amerikalıların bu ölkəyə qəsbkar müdaxiləsidir. O dedi: “Bu müstəmləkəçi müdaxiləyə baxmayaraq, regionda gedən proseslər Amerikanın Orta Şərq siyasətinin zəifləməyə doğru getdiyini göstərir və xalqlar bu reallıqdan yararlanmalıdır”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əfqanıstan Respublikasının prezidenti cənab Hamid Kərzay və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün günortadan əvvəl keçirdiyi görüşdə qeyd etdi ki, İran İslam Respublikası yadellilərin Əfqanıstandan çıxarılmasını, əfqan xalqının həqiqi hakimiyyət və istiqlalının bərqərar edilməsini arzulayır.
Əmirəl-möminin Əli ibn Əbi-Talibin (ə) mübarək doğum günü ərəfəsində Ali Məqamlı Rəhbərin görüşünə gələn şer-sənət adamlarından bir qrupu əksəriyyət etibarilə din, əxlaq, habelə islami oyanış mövzularına həsr etdikləri əsərlərindən bəzilərini onun üçün oxudular.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının sədri və şura üzvləri ilə bu gün günortadan sonra baş tutan görüşündə xalqın milli kimliyini, mənəvi portretini ifadə edən bir anlayış kimi mədəniyyətin olduqca yüksək rola malik olduğunu qeyd etdi. Mədəniyyətin geniş bir dairəni əhatə etdiyini, fərdi və sosial həyatın müxtəlif sferalarına dərindən təsir göstərdiyini vurğulayan Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının öhdəsinə böyük və önəmli vəzifə düşdüyünü bildirərək dedi: “İmperializm cəbhəsinin mədəniyyət sahəsində İslam dövləti əleyhinə geniş əhatəli və dolaşıq hücumlar həyata keçirdiyi bir şəraitdə aidiyyəti olan mərkəz və qurumlar, habelə icraçı sektorlar üçün strateji siyasətləri müəyyən etmək, onları istiqamətləndirmək vəzifəsi bu meydanda baş qərargah sayılan Mədəni İnqilab Ali Şurasının öhdəsinə düşür”.
Bu gün – ümmətin İmam Xomeynidən (r.ə) ayrı düşdüyü günün 21-ci ildönümündə mömin və qədirbilən İran xalqı “Ruh-e xoda” (Allahın ruhu) adı verdiyi imamın müqəddəs hərəmini İran insanının İmam Xomeyni məktəbinə və kursuna dərin sədaqətinin təcəssüm etdiyi məkana çevirdi, ən coşqun emosiyalarını ifadə etməklə bir daha dahi Xomeyninin layiqli davamçısı Həzrət Ayətullah Xameneiyə ayıq-sayıq, gözüaçıq və mübariz olacağını söz verdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin Sədri və deputatlarla bu gün səhər baş tutan görüşündə imperialistlərin İran iqtisadiyyatını zəiflətmək, rəsmilər arasında ixtilaf yaratmaq, dini əqidə və emosiyaları donuqlaşdırmaq üçün hazırladıqları ssenari haqda ətraflı danışaraq parlament və hökumət arasında qarşılıqlı koordinasiyanın vacibliyini, son sözün qanuna aid olduğunu vurğuladı.
İki aləmin ən üstün xanımı, sonuncu peyğəmbər Məhəmmədin (s) qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) və xanımın bərəkətli övladı İmam Xomeyninin (r.ə) mübarək doğum günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə bu iffətli və əsl-nəcabətli qadının fəzilətli, tərifəlayiq keyfiyyətlərinin şerin-sözün dili ilə mədh olunduğu mövlud mərasimi keçirildi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin teoloji mərkəz və universitetlərində dərs deyən ziyalı xanımlarla, habelə zərif cinsin müxtəlif sferalardakı yüzlərlə görkəmli nümayəndəsi ilə bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, İslamda qadın evin böyüyü, ailənin gülüdür.
Bu gün səhər İran İslam Respublikasında “Ədalət” mövzusuna həsr edilmiş II Strateji İdeyalar Konfransı keçirildi. Konfransda İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei, habelə universitetlərdə və teoloji mərkəzlərdə fəaliyyət göstərən onlarla alim, mütəfəkkir, professor və tədqiqatçı bir araya gələrək fikir mübadiləsi apardılar.
Bu gün səhər təqribən 3 saat müddətində ölkənin sayılıb-seçilən nəşrlərinin və yüksək tirajlı kitabların sərgiləndiyi pavilyonlara baxış keçirən Həzrət Ayətullah Xamenei ən yeni kitablar və çap məhsulları ilə yaxından tanış oldu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətində xalqın seçilən nümayəndələrindən, möhtərəm şəhid ailələrindən, ruhani alimlərdən və vəzifəli şəxslərdən bir qrupu ilə görüşündə bu vilayəti “elm, ədəbiyyat və incəsənət”, “səmimiyyət, maariflənmə və sədaqət”, “qəhrəmanlıq, şücaət və mərdanəlik diyarı” adlandıraraq dedi: “İran xalqı özünün uzaqgörən, qətiyyətli, fasiləsiz və doğru hərəkatı sayəsində elmi və ictimai cəhətdən, siyasi nüfuz və milli qürur baxımından keçmişdəkindən daha yüksək status qazanıb”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, təlim-tərbiyənin ən mühüm vəzifəsi İslam Respublikası və İran xalqının əzəmətli hərəkatı üçün layiqli insanlar yetişdirməkdir. O vurğuladı: “Məhz buna görə də təlim-tərbiyə sistemində İran-İslam modeli əsasında elə bir müstəqil və mütərəqqi dəyişikliyin həyata keçirilməsinə ehtiyac var ki, nəticəsi mömin, Allaha təvəkkül edən, şərəfli, cəsur, novator, səbirli, gələcəyə inanan, yeni-yeni meydanlara atılmaq üçün gözəl xarakterə malik, riskli insanların yetişdirilməsi olsun”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Vilayətlər üzrə Ali Şuranın rəhbəri və üzvləri, habelə vilayət mərkəzlərinin bələdiyyə başçıları ilə bu gün səhər keçirdiyi görüşdə qeyd etdi ki, şəhər və kəndlərdə fəaliyyət göstərən islami şuralar İran İslam Respublikasının iftixar mənbəyi olan, xalqın müxtəlif rəy və görüşlərinə, istəklərinə əsaslanan bir strukturdur. Xalqa xidmət etmək üçün həmrəylik, koordinasiya və müsbət rəqabətin lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Düşmənləri sevindirən, onlara hay-küy qaldırmaq üçün bəhanə verən, dostların isə narahatlığına səbəb olan istənilən addım qınanır və ondan çəkinmək lazımdır”.