
Xəbərlər


Prezident və on dördüncü hökumətin idarə heyətinin görüşü
İslam İnqilabının Ali Rəhbəri prezident və 14-cü hökumətlə keçirilən ilk görüşdə hökumətin sürətli təşkilində göstərdiyi səylərə görə prezidentə və qiymətli yardımlarına görə parlamentə təşəkkür edərək təcili prioritetlərə riayət edilməsi kimi mühüm məsələlərə, o cümlədən, inflyasiya və bahalıq, müdirlər və həmkarların seçilmə forması, xalqın arasında olmaq, virtual məkanda qanuni idarəçiliyin olması zərurəti, iqtisadi problemlərin həllinin açarı kimi istehsala diqqət yetirilməsi məsələlərinə toxundu.

“Kohgiluye və Buyer-Əhməd Əyalətinin Şəhidləri” Milli Konqresinin üzvlərinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər “Kohgiluye və Buyer-Əhməd Əyalətinin Şəhidləri” Milli Konqresinin təşkilatçıları ilə görüşdə İran xalqını müxtəlif sahələrdə geri çəkilməyə vadar etmək üçün İranın bədxahlarının qorxu və psixoloji müharibə yaradilması istiqamətində əl atdıqları hiylələrə işarə edərək öz imkanlarını tanımaq və bədxahların imkanlarının böyük göstərilməsindən çəkinməyin bu hiylələrə qarşı mübarizə vasitəsi olduğunu vurğuladı: “Şəhidlər öz fədakarlıqları və mübarizələri ilə bu psixoloji müharibənin qarşısında dayanaraq onu zərərsizləşdirdilər. Onların anım mərasimlərində bu həqiqət işıqlandırılmalı və yaşadılmalıdır”.

Yəmənin Ənsarullah təşkilatının sözçüsünün görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Yəmənin Ənsarullah təşkilatının sözçüsü cənab Məhəmməd Əbdüs-səlamla olan qısa görüşdə Ənsarullahın lideri cənab Əbdülməlik Bədrəddinə salam göndərdikdən sonra Yəmən xalqına müqavimətinə və məzlum Qəzza əhalisinə verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Livan Hizbullahının baş katibinin müavininin görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Livan Hizbullahının baş katibinin müavini Höccətül-İslam vəl-müslimin Nəim Qasim ilə görüşdə “Əl-Əqsa fırtınası” əməliyyatı başlandığı gündən bu vaxta qədər Hizbullahın apardığı siyasətin tamamilə tədbirli, rasional və məsləhətə uyğun bir siyasət olduğunu vurğuladı: “İstiqamətin davamı da eyni çərçivədə olmalıdır”.

İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İslam İnqilabının Ali Rəhbəri Həzərt Ayətullah Xamenei bu gün günortadan sonra İraqın baş naziri cənab Məhəmməd Şiya Əs-Sudani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə xalqın və hökumətin onlarla milyonluq Ərbəin yürüşünü daha əzəmətli və arzuolunan səviyyədə keçirmək üçün göstərdikləri səy və fəaliyyətləri yüksək qiymətləndirərək İran İslam Respublikası ilə İraq arasında əldə edilmiş işgüzar sazişlərin izlənməsinin və başa çatdırılmasının iki dövlətin əlaqələrinin yeni dövr prioritetlərindən olduğunu dedi.

HƏMAS-ın siyasi bürosunun rəhbəri və FİCH-nın baş katibinin görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (çərşənbə axşamı) günortadan əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmail Həniə və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxalə ilə görüşdə Qəzzanın məzlum əhalisinin misilsiz müqavimətini yüksək qiymətləndirərək dedi: “Bu gün İslamın ən uca bayrağı Fələstin xalqı və Qəzza əhalisinin əlindədir. Bu müqavimət sayəsində İslamın əvvəlkindən daha çox yayılmasına zəmin yaranmışdır”.

Tacikistanın Prezidenti və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər Tacikistanın Prezidenti cənab İmoməli Rəhmon və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, İran İslam Respublikasının siyasəti və əsas prioritetinin region dövlətləri, xüsusilə eyni dildə danışan, ortaq mədəniyyət, tarixə və dinə malik olan dövlətlərlə olan əlaqələri inkişaf etdirməkdir: “İran İslam Respublikası keçmişdə olduğu kimi, Tacikistanla müxtəlif sahələrdə səmimi əməkdaşlıq etməyə hazırdır”.

Tehran əyalətindən olan şəhidlərin anım konqresinin təşkilatçıları ilə görüş
İslam İnqilabının Rəhbərinin 15 may 2024-cü il tarixində “Tehran Əyalətinin Şəhidlər Konqresi”nin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün axşam 25 iyul 2024-cü il tarixində cümə axşamı İmam Xomeyninin (ə) pak hərəmində konqresin keçirildiyi yerdə yayımlandı.

İslami Şura Məclisinin nümayəndələrinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər parlamentin sədri və nümayəndələri ilə görüşdə parlamentin cavabdehliyinin zəruriliyi, parlamentlə yeni hökumət arasında konstruktiv qarşılıqlı fəaliyyət, mühüm məsələlərdə ölkənin əsas dayaqlarından vahid səsin eşidilməsi, parlament müzakirələrində və nümayəndələrin digər fəaliyyətlərində etik qaydaların rəhbər tutulması, qanunvericilik aktlarında olmalılar və olmamalılar, ifrat və təfritsiz monitorinq, nümayəndələrin fəaliyyətinin monitorinqi üzrə kollegiyanın səmərəli fəaliyyəti, qlobal məsələlərdə və xarici siyasətdə parlamentin ciddi iştirakı kimi 8 mühüm məsələni qeyd edərək seçilmiş prezident və parlamentin ortaq məsuliyyət hissi əsasında mömin, məhsuldar, inqilabçı, gələcəyə ümidli, təmizliyi və dürüstlüyü ilə tanınan, milli baxışı, İslam Respublikasına dərin inancı olan, əqidəli insanlardan ibarət bir heyətin formalaşaraq ölkəni və xalqı idarə edəcəklərinə ümidvar olduğunu dedi.

Prezident səlahiyyətlərinin icraçısı və on üçüncü hökumətin üzvlərinin görüşü
İslam İnqilabının Rəhbəri bu gün səhər prezidentin səlahiyyətlərini icra edən cənab Müxbir və on üçüncü hökumətin üzvləri ilə görüşdə qeyd etdi ki, xalq kütlələrinin (elit və xüsusi adamların deyil) problemlərinin həlli üçün dayanmadan səy göstərmək, daxili imkanlara dərin inam, dini və inqilabi mövqelərini açıq şəkildə ifadə etmək, yorulmamaq, ümidsizliyə qapılmamaq, xarici siyasətdə qarşılıqlı fəaliyyətə və ləyaqətə hörmət, böyük planlar həyata keçirmək üçün çalışmaq, təvazökarlıq, dözümlülük, mənəviyyat, zikr və təvəssül şəhid Rəisinin üstün fərdi və fəaliyyət xüsusiyyətlərindən idi: “Əziz Rəisi bir nümunə və meyar olaraq göstərdi ki, ölkə başçısı kimi bu intellektual, mənəvi və əməli keyfiyyətlərə malik olmaq və əməldə onları izləmək olar”.

Prezident seçilmiş cənab doktor Məsud Pezeşkiyanın görüşü
Prezident seçilmiş cənab doktor Məsud Pezeşkiyan bu gün günortadan sonra İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Cənab doktor Səid Cəlilinin görüşü
Cənab doktor Səid Cəlili bu gün günortadan sonra İslam İnqilabının Rəhbəri ilə görüşdü.

İnqilabın Rəhbəri “Şəhid Mütəhhəri Ali Məktəbi”nin yeni rəhbərliyi ilə görüşdü
Həzrət Ayətullah Xamenei seçkilərin birinci mərhələsindəki fəallığın proqnozların əksinə olaraq gözlənilən həddən aşağı olduğunu dedi: “Bunun da səbəbləri var. Politoloq və sosioloqlar həmin səbəbləri araşdırırlar”.

“Hərəm Müdafiəçiləri və Müqavimət Cəbhəsinin Şəhidləri” beynəlxalq konqresin təşkilatçıları ilə görüş
İnqilabın Rəhbəri 30 xordad 1403-cü il tarixində keçirilmiş “Hərəm Müdafiəçiləri və Müqavimət Cəbhəsinin Şəhidləri” beynəlxalq konqresi təşkil edən rəsmiləri ilə keçirdiyi görüşdə verdiyi bəyanat bu gün (09.04.1403, şənbə) səhər konqresin keçirildiyi İmam Rzanın (ə) ziyarətgahında yayımlandı.

İnqilabın Rəhbəri “Qədir” bayramı münasibətilə xalqın minlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər mübarək “Qədir” bayramı münasibətilə minlərlə həmvətənlə görüşdə “Qədir” hadisəsinin İslam hakimiyyətinin, islami həyat modelinin davamlılığına zəmin yaradan bir hadisə olduğunu dedi.

İslam İnqilabının Rəhbəri Məhkəmə sisteminin məsul şəxsləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər məhkəmə sisteminin məsul şəxsləri ilə görüşdə insanların problemləri və ixtilaflarının ədalət əsasında həll edilməsi və qanunun qırmızı xəttinin aşılmasının qarşısının alınmasının məhkəmə sistemininin əsas vəzifələrindən olduğunu dedi: “Məhkəmə sisteminin ən mühüm vəzifəsi ədaləti heç bir tərəddüdsüz və cəsarətlə icra etməsidir”.

İnqilabın Rəhbəri elmi olimpiadaların medalçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta respublika və beynəlxalq səviyyəli şagird və tələbə olimpiadalarında medal qazanmış bir qrup gənclə səmimi görüşdə elit gənclərin zəngin, dərin və həqiqi ümid səbəbi olduğunu dedi: “Ölkənin bir elmi yüksəlişə ehtiyacı var. Gənc elitlər bu milli ehtiyacı təmin edən əsas amildir”.

İnqilabın Ali Məqamlı Rəhbəri Suriyanın prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) Suriyanın prezidenti cənab Bəşşar Əsəd və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə müqavimətin Suriyanın üstün xüsusiyyəti olduğunu dedi: “Suriyanın regionda xüsusi mövqeyə malik olmasının səbəbi də məhz bu üstün xüsusiyyətidir. Bu mühüm xüsusiyyət qorunub saxlanmalıdır”.
