Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşdü
Ali Məqamlı Rəhbər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə iki qonşu ölkə olan İran və Azərbaycan arasındakı tarixi, mədəni və dini bağların ikitərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv amil olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Biz siyasi iradəmizi ortaya qoyub əldə edilmiş razılaşmalara ciddi surətdə əməl etməklə təxribatçı planlara qalib gəlməli, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələri günü-gündən daha da möhkəmləndirməliyik”.
Ali Məqamlı Rəhbər Atom Enerjisi Təşkilatının rəsmiləri və mütəxəssisləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Atom Enerjisi Təşkilatının rəsmiləri və mütəxəssisləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – Milli Nüvə Texnologiyaları Günü səhər Atom Enerjisi Təşkilatının sədri, rəhbər işçiləri və mütəxəssisləri ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, nüvə texnologiyaları sahəsində əldə edilmiş irəliləyişin ölkəyə qazandırdığı ən mühüm nailiyyət milli özünəinamın çox dərin bir formada güclənməsi, digər elm sahələrində irəliləyişlər üçün zəmin yaranmasıdır.
Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə savaşı zamanı hərbi əməliyyatların getdiyi məntəqələri ziyarət etmiş insanlarla görüşdü
Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə savaşı zamanı hərbi əməliyyatların getdiyi məntəqələri ziyarət etmiş insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Karunun şərqində – Abadanın mühasirədən azad edilməsi uğrunda əməliyyatların getdiyi ümumi məntəqədə “Nur yolçuları” ekspedisiya qruplarının minlərlə üzvü ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə savaşı dövründə hərbi əməliyyatların getdiyi müxtəlif regionlarda insanların göstərdiyi fədakarlıqları və çəkdikləri əzab-əziyyətləri, bu əməliyyatlarda aparıcı rol oynamış döyüşçülərin və görkəmli şəxsiyyətlərin xatirəsini daim yad etməyin əhəmiyyətini bir daha vurğuladı.
Ali Məqamlı Rəhbər Əlimərdan xan Bəxtiyarinin Xatirəsini Anım Komitəsinin üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Əlimərdan xan Bəxtiyarinin Xatirəsini Anım Komitəsinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin 1392-ci il isfənd ayının 26-da (16 mart 2014-cü il) Əlimərdan xan Bəxtiyarinin Xatirəsini Anım Komitəsinin üzvləri ilə görüşü zamanı etdiyi çıxışın mətni bəxtiyari elinin bu böyük şəxsiyyətinin xatirəsini ehtiramla yad etmək məqsədilə bu gün (şənbə günü) günortadan sonra Məscid Süleyman şəhristanında, vəli-fəqihin Xuzistan ostanındakı nümayəndəsi Ayətullah Musəvi Cəzayirinin iştirakı ilə təşkil edilən mərasimdə oxundu.
Ali Məqamlı Rəhbər yeni ilin ilk günü İmam Rza (ə) hərəminin zəvvarları və ətrafda yaşayan əhali ilə görüşdü
Ali Məqamlı Rəhbər yeni ilin ilk günü İmam Rza (ə) hərəminin zəvvarları və ətrafda yaşayan əhali ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – baharın və yeni 1393-cü ilin ilk günü səhər İmam Rza (ə) hərəminin zəvvarlarından və ətrafda yaşayan əhalidən ibarət böyük bir izdihamla görüşdü. İnsanları yeni ilin gəlişi münasibəti ilə təbrik edən Ali Məqamlı Rəhbər öz çıxışında ölkənin yeni il üçün müəyyən edilmiş irimiqyaslı yol xəritəsinin, yəni “Xalqın əzmi, rəsmilərin cihad ruhlu fəaliyyəti ilə iqtisadiyyat və mədəniyyət ili” şüarının müxtəlif aspektlərindən danışdı, ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandırmanın mahiyyətini, mövcud potensialını və zəruri tələblərini şərh etdi, həmçinin son dərəcə mühüm bir sfera olan mədəniyyət sferası üçün arzulanan və arzulanmayan təzahürlərdən söz açdı.
Ali Məqamlı Rəhbər “Nur yolçuları” adlanan ekskursiya qruplarının təşkilatçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər “Nur yolçuları” adlanan ekskursiya qruplarının təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi günü) səhər ölkədə təşkil olunan “Nur yolçuları” adlı ekskursiya qruplarının təşkilatçıları ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər qeyd etdi ki, Müqəddəs Müdafiə dövründə döyüş əməliyyatlarının getdiyi məntəqələrə ekskursiyaların təşkil edilməsi böyük bir tarixi hadisə olan Müqəddəs Müdafiə savaşının şanlı epizodlarını xalqa və gənc nəslə tanıtdırmaq istiqamətində göstərilən, ilahi və inqilabi dəyərə malik son dərəcə layiqli bir təşəbbüsdür.
Ali Məqamlı Rəhbər müqavimət iqtisadiyyatının struktur komponentlərini, zərurətlərini və bu iqtisadiyyatın gerçəkləşməsi üçün tələb olunan şərtləri şərh etdi
Ali Məqamlı Rəhbər müqavimət iqtisadiyyatının struktur komponentlərini, zərurətlərini və bu iqtisadiyyatın gerçəkləşməsi üçün tələb olunan şərtləri şərh etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müxtəlif strukturların rəsmiləri, iqtisadiyyat sferasının fəalları, elmi, media və nəzarət mərkəzlərinin rəhbərləri ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə müqavimət iqtisadiyyatının siyasətlərinin struktur komponentlərini, bu siyasətlərin işlənib hazırlanması zərurətini yaratmış və bu prosesdə stimul rolunu oynamış amilləri, habelə onların gerçəkləşdirilməsi sahəsində tələb olunan şərtləri və rəsmilərdən olan gözləntiləri şərh etdi.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və məclis üzvləri görüşdü
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və məclis üzvləri görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə etdiyi mühüm çıxışı zamanı dünyadakı bəzi reallıqları sadalamaqla yanaşı, hazırkı həssas və mürəkkəb şəraitdə İslam dövlətinin rəsmilərinin öhdəsinə düşən başlıca vəzifələrdən danışdı.
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan əhalisi ilə görüşdü
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan ostanının Təbriz və digər şəhərlərinin minlərlə sakini ilə bu gün (bazar ertəsi) səhər keçirdiyi izdihamlı görüşdə 22 bəhmən yürüşündə və İslam İnqilabının 35-ci ildönümü ilə əlaqədar keçirilən irimiqyaslı tədbirlərdə öz milli iqtidarını möhtəşəm və əzəmətli şəkildə nümayiş etdirdiyinə görə böyük İran xalqına sonsuz təşəkkürünü bildirərək qeyd etdi ki, builki yürüşün verdiyi iki önəmli mesaj mübarizlik və vəhdət mesajlarıdır.
Ali Baş Komandan Hərbi Hava Qüvvələrinin komandanları, rəsmiləri və şəxsi heyətdən olan bir qrup hərbçi ilə görüşdü
Ali Baş Komandan Hərbi Hava Qüvvələrinin komandanları, rəsmiləri və şəxsi heyətdən olan bir qrup hərbçi ilə görüşdü
İslam İnqilabının ALi Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərindən və sıravi heyətindən bir qrupu ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, müstəqillik, işğalçı və müdaxiləçi dövlətlərə qarşı mübarizə kimi prinsiplər İslam İnqilabının əsas dayaqlarından biridir. O dedi: "Amerika rəsmilərinin qeyri-etik bəyanatları hər kəs üçün ibrətverici olmalıdır. İran xalqı son müzakirələri və həmin müzakirələr zamanı amerikalıların səsləndirdiyi fikirləri diqqətlə nəzərdən keçirməlidir".
Ali Məqamlı Rəhbər Türkiyənin baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər Türkiyənin baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkiyənin baş naziri cənab Rəcəb Teyyib Ərdoğanla bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə iki ölkə arasında hazırda mövcud olan qardaşlıq, sevgi və dostluğun son bir neçə əsr ərzində misilsiz olduğunu qeyd edərək vurğuladı: “Hər iki tərəfin sahib olduğu geniş imkan və potensial ikitərəfli əlaqələrin mümkün qədər çox genişləndirilməsi və dərinləşdirilməsi üçün münbit zəmindir”.
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, İslami Vəhdət Konfransının iştirakçıları və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşdü
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, İslami Vəhdət Konfransının iştirakçıları və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Böyük İslam Peyğəmbəri Həzrət Mustafanın (s) tarixin axarını dəyişmiş mübarək mövludu, həmçinin İmam Cəfər Sadiqin (ə) bərəkət dolu mövludu ilə əlaqədar olaraq, hökumət rəsmilərindən bir qrupu, İslami Vəhdət Konfransının qonaqları və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər İslam dünyasını sonuncu peyğəmbərin (s) gözləntilərini reallaşdırmağa çağıraraq aşağıdakıları vurğuladı: “Bu gün İslam dünyası üçün ən mühüm məsələ vəhdətdir. Bütün məkrli planlara baxmayaraq, vəhdət, gözüaçıqlıq və islami oyanış sayəsində İslam ümmətinin gələcəyi parlaq və ümidverici olacaq”.
Ali Məqamlı Rəhbər Tehran Şəhər Şurasının üzvləri, şəhərin bələdiyyə başçısı və bələdiyyə rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Tehran Şəhər Şurasının üzvləri, şəhərin bələdiyyə başçısı və bələdiyyə rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran İslami Şurasının sədri və şura üzvləri, şəhər bələdiyyə başçısı, onun müavinləri və paytaxt Tehranın müxtəlif məntəqələrinin bələdiyyə üzvləri ilə bu gün (bazar ertəsi) günortadan əvvəl keçirdiyi görüşdə qeyd etdi ki, islami həyat tərzi atmosferinin yaradılması üçün paytaxt Tehranda tikilən binaların memarlıq üslubuna xüsusi diqqət yetirmək lazımdır. O vurğuladı: “Tehran meqapolisinin, həmçinin bütövlükdə ölkənin idarəçiliyinə ilahi niyyətlə, elm və müdrikliyə əsaslanaraq xalqa xidmət etmək psixologiyası, başqa sözlə desək, cihad əzmli idarəçilik ruhiyyəsi hakim olmalıdır ki, problemləri geridə qoyaraq irəli getmək mümkün olsun”.
Ali Məqamlı Rəhbər Qum əhalisi ilə izdihamlı görüş keçirdi
Ali Məqamlı Rəhbər Qum əhalisi ilə izdihamlı görüş keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Qumda din alimlərini, ruhaniləri və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü. Ali Məqamlı Rəhbər Qum əhalisi qarşısında etdiyi çıxışda vurğuladı ki, 1356-cı ilin 19 dey günü baş vermiş hadisənin mühüm aspektlərindən biri də ən çətin şəraitdə böyük iman və uzaqgörənlik əsasında təşəbbüs göstərmək, addım atmaq, hərəkət etməkdir. O həmçinin dedi: “Həmin gün Qumda baş vermiş hadisədən alınan ən böyük dərs budur ki, çətinlikləri uğurla geridə qoymaq üçün böyük imanla, düşmənə qarşı gözüaçıq olub onun düşmənçiliyini unutmayaraq xalqın daxili güc və təşəbbüsünə, gənclərin istedadına arxalanmaq, gözünü kənara dikməmək lazımdır”.
Ali Məqamlı Rəhbər Mədəni İnqilab Ali Şurasının sədri və şura üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Mədəni İnqilab Ali Şurasının sədri və şura üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının sədri və şura üzvləri ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə mədəniyyət mövzusunun və Mədəni İnqilab Ali Şurasının mövqeyinin həyat əhəmiyyətli olduğunu açıqlayaraq şuranın qəbul etdiyi qərarların icrasının qarant altına alınması, mədəniyyət sahəsi ilə bağlı hökumət strukturlarının öhdəsinə düşən nəzarət və istiqamətləndirmə vəzifələri, mədəni təzahürlərə qarşı müdrik mövqeyin seçilməsi, universitetlərdə ardıcıl elmi inkişafın aparılması, humanitar elmlər sahəsində həyata keçiriləcək dəyişikliklərin əsaslarının işlənib hazırlanması, gözəl bir dil olan fars dilinin kənar təsirlərdən qorunması ilə bağlı mühüm məqamlara toxundu.
Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Nuri Maliki ilə bu gün günortadan əvvəl keçirdiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq dedi: “Müxtəlif sahələrdə əməkdaşlığın günü-gündən artırılması üçün olduqca geniş zəmin mövcuddur və İraqla əlaqələrin inkişaf etdirilməsi, regional əməkdaşlığın genişləndirilməsi üçün heç bir maneə yoxdur”.
Ali Baş Komandan Ordunun Hərbi Donanmasının komandanları və rəsmiləri ilə görüşdü
Ali Baş Komandan Ordunun Hərbi Donanmasının komandanları və rəsmiləri ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Hərbi Donanmasının komandanları və rəsmiləri ilə bu gün (bazar günü) günorta keçirdiyi görüşdə İslam dövlətinin, İran xalqının və İran ordusunun tutduğu yüksək mövqeyə toxunaraq qeyd etdi ki, həqiqi tərəqqi və iqtidarın nişanəsi ağıllı, əzmkar və lazımi qədər şücaətli kadrların varlığıdır. O dedi: “Ordunun Hərbi Donanmasının başlıca hədəfi İran xalqına layiq, İslam dövlətinin ideallarına uyğun bir hərbi qüvvə formalaşdırmaq olmalıdır”.
Ali Məqamlı Rəhbər on minlərlə bəsic komandanı ilə görüşdü
Ali Məqamlı Rəhbər on minlərlə bəsic komandanı ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei on minlərlə bəsic komandanı ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə bildirdi ki, bəsic İslam dövlətinin səbat, iftixar və ehtişamının təzahürüdür. O, Amerika başda olmaqla dünya imperializminin haqqı qəbul etməyən, aldadıcı metod və xüsusiyyətlərini şərh edərək qeyd etdi ki, düşməni məyus etməyin yeganə yolu xalqın güclü olub müqavimət göstərməsidir. Hökuməti və rəsmiləri qəti surətdə dəstəklədiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Nüvə məsələsində qırmızı xətlərə riayət olunmalıdır və xalqın hüququndan bir addım belə olsun geri çəkilmək olmaz”.
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə məsul olan rəsmilərlə görüşdü
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə məsul olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin ölkə üzrə təşkilinə cavabdeh olan rəsmilərlə bu gün (bazar ertəsi günü) səhər keçirdiyi görüşdə həcci ilahi hədiyyə, İslam dünyasının ortaq ehtiyacları ilə bağlı qarşılıqlı anlaşmanın yaradılması üçün tükənməz bir potensial adlandırdı. O dedi: “Bu gün İslam dünyasının ən böyük problemi məzhəblərarası konflikt alovunun körüklənməsidir ki, bu da ümmətə kənardan, qəsdən və xəbis niyyətlərlə yüklənmiş bir problemdir”.

Seçilmiş ünvanlar