Ali Məqamlı Rəhbərin xəstəxanaya yatırıldığı 4-cü gün Ayətullah Nuri Həmədani və Ayətullah Ələvi Qorqani ona baş çəkərək tam yaxşılaşıb sağlığına qovuşması üçün dualar etdilər.
Ali Məqamlı Rəhbərin xəstəxanaya yatırılmasının 3-cü günü Ayətullah Misbah Yəzdi və Ayətullah Gerami Qumi onu ziyarət edərək sağlığı və salamatlığı üçün dualar etdilər.
“İslam alimləri Fələstinin müqavimətinə dəstək verir” adı altında keçirilən forumun iştirakçılarından bir qrupu bu gün (çərşənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenini xəstəxanada ziyarət etdi.
Xəstəxanaya yatırıldığı ikinci gün Xubriqan Məclisinin üzvü Ayətullah Seyid Möhsün Xərazi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneini ziyarət edərək onun tam sağalması üçün dua etdi.
Bu gün (bazar ertəsi) günortadan sonra İran İslam Respublikasının dövlət rəsmilərindən bir qrupu cərrahiyyə əməliyyatı keçirmiş Həzrət Ayətullah Xameneini xəstəxanada ziyarət etdi.
Bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın Ali İslami Məclisinin sədri Höccətül-İslam vəl-muslimin Seyid Əmmar Həkim xəstəxanaya gələrək Həzrət Ayətullah Xameneini ziyarət etdi.
Bu gün (çərşənbə axşamı) günortadan sonra Ayətullah Cavadi Amoli keçirdiyi cərrahiyyə əməliyyatından sonra xəstəxanada həkim nəzarəti altında olan Ali Məqamlı Rəhbərə baş çəkərək Allahdan onun tam sağalmasını arzu etmişdir.
Livan “Hizbullah” hərəkatının baş katibi cənab Seyid Həsən Nəsrullah bu gün günortadan sonra Ali Məqamlı Rəhbərə zəng edərək səhhəti ilə maraqlandı, Həzrət Ayətullah Xameneinin ümumi vəziyyətinin yaxşı olmasından sevindiyini bildirərək Allah-Taaladan onun tez bir zamanda sağlamlığına qovuşmasını dilədi.
Bu gün (bazar ertəsi) günortadan sonra Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədri Ayətullah Haşimi Rəfsəncani, Keşikçi Şuranın katibi Ayətullah Cənnəti və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbərin yatdığı xəstəxanaya gələrək onu ziyarət etdilər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cərrahiyyə əməliyyatından çıxdıqdan 1 saat sonra İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Həsən Ruhani yatdığı xəstəxanaya gələrək onu ziyarət etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin təşkilinə ölkə üzrə cavabdeh olan rəsmilərlə bu gün (bazar günü) səhər baş tutan görüşündə qeyd etdi ki, həcc ziyarəti İslam ümmətinin vəhy diyarının mənəvi gözəlliklərindən bəhrələnməsi, Allah-Taala ilə arasında olan rabitəni möhkəmləndirməsi, eləcə də müsəlmanların İslam dünyasındakı problemlərin aradan qaldırılması naminə öz aralarında fikir mübadiləsi aparmaları üçün böyük bir fürsətdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə ölkə, region və dünyadakı vəziyyəti, yeni qlobal sistemin formalaşmasından xəbər verən göstəriciləri hərtərəfli təhlil edərək hazırkı qlobal sistemi, Qərb ağalığının əməli və ideoloji əsaslarının sarsıtmış əsl səbəbləri açıqladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, cəmiyyətdə mənəvi-psixoloji rahatlığın təmin olunmasını, inflyasiyanın kontrolda saxlanmasını, milli valyutanın dəyərinin sabitləşdirilməsini və səhiyyə sistemi ilə bağlı dövlət proqramının icrasını ötən 1 ildə 11-ci hökumətin həyata keçirdiyi dəyərli və təqdirəlayiq tədbirlər sırasında qeyd etmək olar.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şəhid Əsnaf və Tacirlər Milli Konqresinin icraiyyə komitəsinin üzvləri ilə 26 xordad 1393-cü ildə keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün səhər eyni məqsədlə Milli Teleradionun konfrans zalında baş tutan iclasda oxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər Naziri, İİR-in xarici ölkələrdəki səfirlik və nümayəndəliklərin rəsmiləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, ölkənin diplomatik korpusu İranın milli mənafeyini, hədəflərini və kapitalını müdafiənin ön sıralarında durur.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) dövlət rəsmiləri, müsəlman ölkələrinin İrandakı səfir və attaşeləri, habelə xalqın müxtəlif təbəqələrini təmsil edən yüzlərlə insanla görüşdü.
Bu gün günortadan sonra ölkənin müxtəlif universitet və ali təhsil müəssisələrini təmsil edən minə yaxın tələbə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə üz-üzə görüşərək tələbə ictimaiyyətinin narahat edən məsələləri, öz rəy və görüşlərini onunla bölüşdülər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə “Nəhcül-bəlağə”nin dərin mənalı, ali təlimlərindən bəziləri haqda söhbət açdı, həmçinin bir neçə mənəvi-əxlaqi məqama toxundu.
Həzrət İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində mədəniyyət xadimlərindən, fars şeiri və ədəbiyyatının ustadlarından, ölkənin qocaman və gənc qələm sahiblərindən, eləcə də Tacikistan, Hindistan, Əfqanıstan və Pakistanın farsdilli şairlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.