İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Qum əhalisi ilə keçirdiyi izdihamlı görüşdə qeyd etdi ki, xarici qüvvələrin İslam İnqilabının reallıqlarını təhrif etmək, 1356-cı ilin 19 dey, 1388-ci ilin 9 dey günü kimi tarixi hadisələri yaddaşlardan silmək üçün göstərdikləri səylərə qarşı mübarizə aparmaq vacibdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR Ordusunun Dəniz Qüvvələrinin rəsmiləri və yüksək rütbəli zabitləri ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə mübarizə və müqavimət ruhunun silahlı qüvvələrə nüfuz və etibar qazandırdığını qeyd etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Bəsic Təşkilatı Ali Şurasının üzvləri və əhalinin müxtəlif təbəqələrindən olan bəsicilərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, məntiqi bir təfəkkür olan bəsic təfəkkürünün əsasında iki başlıca prinsip durur: 1. üzərinə düşən dini və insani məsuliyyəti dərk etmək; 2. gözüaçıqlıq.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “İslam alimlərinin təkfirçi cərəyanlara yanaşması” adı altında keçirilən beynəlxalq konfransda iştirak edən alim və mütəfəkkirlər, eləcə də konfransın digər qonaqları ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, son illərdə təkfirçi cərəyanın yenidən baş qaldırması İslam dünyası üçün imperializm tərəfindən bilərəkdən yaradılmış bir problemdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın vitse-prezidenti cənab Nuri Maliki ilə bu gün (bazar ertəsi) səhər baş tutan görüşündə baş nazir olduğu dövrdə nümayiş etdirdiyi cəsarət, qüdrət və administrasiya bacarığına, İraqın sabitlik və suverenliyinin qorunması, ölkənin inkişafı istiqamətində göstərdiyi böyük xidmətlərə görə cənab Malikini təqdir etdiyini bildirərək dedi: “İraqda hakimiyyət dəyişikliyi getdiyi dövrdə Siz ölkədə asayiş və sabitliyin pozulmasının, iğtişaşların baş verməsinin qarşısını almaq üçün böyük bir iş gördünüz. Sizin bu əməyiniz İraqda heç vaxt unudulmayacaq”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cari ildə ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olmuş rəsmi şəxslərlə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə qeyd etdi ki, həcc ziyarətinin effektivliyini artırmaq, zəvvarların mənəvi-ideoloji ehtiyaclarını, həmçinin sual doğuran məqamları və İslam düşmənlərinin yalan təbliğatını cavablandırmaq üçün islahatçı və təşəbbüskar yanaşma əsasında fəaliyyət proqramları qurmaq vacib bir məsələdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sadiq mücahid, İslam İnqilabının vəfalı dostu mərhum Həbibullah Əsgərövladının ailə üzvləri və onun xatirəsinə anım tədbirlərinin təşkil edilməsi məqsədilə yaradılmış komitənin üzvləri ilə 17.10.1392-ci ildə (07.01.2014) keçirdiyi görüşdə mərhum Əsgərövladının 3 təqdirəlayiq xüsusiyyətə: dindarlıq, xoşxasiyyətlilik və sağlam düşüncəyə malik olduğunu bildirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gənc elm xadimləri, yerli və beynəlxalq elmi olimpiada və müsabiqələrin qalibləri ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, ölkədə elmi inkişafı universitetlər və elmi-tədqiqat mərkəzləri arasında bütün həlqələri tamamlanan bir zəncir, böyük bir şəbəkə formasında qurmaq lazımdır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Heydər Əl-Abadi və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, regionda böyük önəm kəsb edən bir ölkə kimi İraqın təhlükəsizliyi, rifahı, iqtidarı və nüfuzu İran İslam Respublikası üçün olduqca əhəmiyyətlidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Nəcəfabad rayonunun 2500 şəhid komandir və döyüşçüsünə həsr olunmuş milli konqresin təşkilatçıları ilə 10.04.1392-ci ildə (01.06.2013) keçirdiyi görüş zamanı səsləndirdiyi fikirlərin mətni bu gün (çərşənbə axşamı) səhər baş tutan konqresdə oxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə bildirdi ki, Qəzzanın 51 gün davam etmiş hərbi əməliyyatlar zamanı müqavimət göstərək qalib gəlməsi və İsrail rejiminin blokada şəraitində yaşayan əhali qarşısında acizlik nümayiş etdirməsi onu son dərəcə sevindirir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla bu gün – mübarək Qədir-Xum bayramı günü səhər baş tutan görüşündə qeyd etdi ki, Qədir-Xum hadisəsinin mahiyyətində iki əsas məsələ durur.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ordu və polis qüvvələrinin yüksək rütbəli zabitlərindən bir qrupu ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə Müqəddəs Müdafiə illərinin İran xalqı üçün başucalığı sayılan bir dövr olduğunu bildirdi.
İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Dr. Həsən Ruhani BMT Baş Asambleyasının Nyu-Yorkda keçiriləcək iclasına yola düşməzdən əvvəl İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək söhbət etdi.
Ali Rəhbərlik Məqamının baş ofisinə gələrək Həzrət Ayətullah Xamenei ilə görüşən mərcə-təqlid Ayətullah Sübhani Ali Məqamlı Rəhbərlə söhbət etdi, ona can sağlığı və uğurlarının daha da artmasını dilədi.
Bu gün (bazar günü) günortadan sonra Höccətül-İslam vəl-muslimin Hacı Seyid Cavad Qolpayqani və Höccətül-İslam vəl-muslimin Hacı Seyid Baqir Qolpayqani və Ayətullah Seyid Məhəmməd Hüseyni Zəncani Ali Məqamlı Rəhbəri xəstəxanada ziyarət edərək onun tam sağalıb yaxşılaşması üçün dualar etdilər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yunan-Roma güləşi üzrə Özbəkistanda keçirilən dünya çempionatında dünya birinciliyini qazanmış İran yığmasına təbrik müraciəti ünvanlayaraq milli komandanın üzvlərini və texniki heyətini bu qürurverici qələbə münasibətilə təbrik etdi.
Bu gün günortadan sonra yatdığı xəstəxanaya gələrək İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneini ziyarət edən Ayətullah Əmini onun tamamilə yaxşılaşıb sağlamlığına qovuşması üçün Uca Allahın dərgahına dualar etdi.
İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Ruhani Orta Asiyanın iki ölkəsinə 5 gün davam etmiş səfərdən qayıtdıqdan sonra bu gün (şənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin yatdığı xəstəxanaya gələrək ona ikinci dəfə baş çəkdi.
İsfahanın görkəmli alimlərindən olan Ayətullah Naseri Dövlətabadi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneini yatdığı xəstəxanada ziyarət edərək onun sağalıb yaxşılaşması, uğurlarının daha da artması üçün dualar etdi.