İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və Məclisin beşinci mərhələsinə seçilmiş nümayəndələri ilə görüşündə bu məclisin həqiqətən, böyük bir hadisə olduğunu qeyd edərək onun inqilabi mahiyyətini və xəttini açıqladı.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşdə İran və Əfqanıstan xalqlarının çoxlu müştərək dini, mədəni və tarixi dəyərlərə, habelə ortaq sərhədlərə malik olduğunu dedi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Hindistanın baş naziri cənab Narendra Damodardas Modi ilə görüşdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər Tehranın elmi-dini mərkəzlərinin rəhbər heyəti, müəllim və tələbələri ilə görüşdü.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Polis Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşündə təhlükəsizlik məsələsinin birinci dərəcəli məsələ olduğunu qeyd etdi.
Bu gün (cümə axşamı) İslam dininin əzəmətli Peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsinin ildönümünə təsadüf edir. Günün birinci yarısı dövlət işçiləri, İslam dövlətlərinin səfirləri bir qrup şəhid ailəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Cənubi Koreya Respublikasının prezidenti xanım Park Geun-hye ilə görüşdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Fələstin İslami Cihad Hərəkatının baş katibi Cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşü zamanı regionun mövcud vəziyyətinin ümumi analizini verdi.
“İşçi və zəhmətkeşlər günü” ərəfəsində, bu gün səhər minlərlə işçi və zəhmətkeşlə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cəmiyyətin işçi və zəhmətkeş sinfinin inqilab və sistem qarşısındakı vəfa və sədaqət nümayişini yüksək qiymətləndirdi.
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün günün birinci yarısı İnkişafın İran – İslam Modeli Mərkəzinin Ali Şurasının üzvləri ilə görüşü zamanı bildirdi ki, İslam inqilabının məqsədi “İslam mədəniyyətini reallaşdırmaq”dır.
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra CAR-ın prezidenti Ceykob Zuma ilə görüşü zamanı iqtisadi-siyasi əməkdaşlıqların artırılmasının zəruriliyinə toxunaraq demişdir: “Müstəqil dövlətlər bir-birlərinə daha da yaxın olmalı, bəzi böyük güclərin təxribatçı fəaliyyətlərinə baxmayaraq, öz əməkdaşlıqlarını artırmalıdırlar.”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə günü səhər bütün ölkənin İslami Şagird Təşkilatları Birliyinin minlərlə üzvü ilə görüşdə İslam Respublikası quruluşunun imperializm cəbhəsi ilə üz-üzə gəldiyi mühüm sahələrdən birinin gənclər mövzusu olduğunu söylədi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə axşamı günü axşamüstü İtaliyanın baş naziri cənab Matteo Rentsi ilə görüş zamanı iki ölkə arasındakı əlaqələrin keçmişdə yaxşı səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığın genişlənməsindən razı qaldığını bildirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) axşamüstü Qazaxıstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayevlə görüşdə müxtəlif siyasi, iqtisadi, beynəlxalq sahələrdə və terrorizmlə mübarizədə iki ölkə arasındakı həmkarlığı genişləndirməyin vacibliyinə toxundu.
Ali Baş Komandan bu gün (bazar günü) Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə bayram görüşündə qeyd etdi ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin bir hərbi kollektiv kimi mahiyyətinin əsas göstəricisi onun döyüş bacarığına malik olmaqla yanaşı, həm də dini-mənəvi stimula köklənməsidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə günü günorta vaxtı hökumət kabinetinin üzvləri, parlamentin rəyasət heyəti, ədliyyə sisteminin yüksək çinli rəsmiləri və bəzi qurumların vəzifəli kadrları ilə bayram görüşündə onlara təşəkkür etdi.
İslam İnqılabının Rəhbəri bu gün (çərşənbə) səhər Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövludu tədbirindəki bir qrup Əhli -Beyt (a) məddahları və zakirləri ilə görüşündə Əhli -Beyt (ə)-ın həyatından praktik mövzuların gündəmə gətirdilməsinin, mədhiyə programlarının daha çox dərinləşməsi və ondan təsirlənməsinə səbəb olacağını bildirdi və düşmənlərin İran xalqı və İslam nizamına qarşı öz bütün imkanlarından davamlı şəkildə istifadə etdikləri məsələsinə toxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin ilk günündə İmam Rza (ə)-ın pak türbəsinin ziyarətçiləri və hərəmə toplaşanlar qarşısında etdiyi çıxışında Amerka və daxildə bəzilərinin bir-iki yalançı və saxta yolla İranın elitasının zehninə və ümumi xalqının fikirlərinə yeritdikləri “müstəmləkəçilik ideasının gizli və təhlükəli məqsədləri”nin həqiqi mənasını izah etməklə Müqavimət iqtisadiyyatı yolunda “əməli tədbirlər” üçün 10 əsaslı təklif irəli sürdü.