
Xəbərlər


Ölkə ictimaiyyətinin minlərlə xanım təmsilçiləri ilə görüş
İslam İnqilabının Rəhbəri bu gün səhər ictimaiyyətinin minlərlə xanım təmsilçiləri ilə görüşdə Həzrət Fatimənin (s.ə) yaradılış aləminin heyrətamiz varlıqlarından biri olduğunu qeyd etdi. O, İslamın qadınla bağlı konsepsiyasının mühüm prinsiplərindən söz açaraq dedi: “İslamda qadın və kişi bir-birini tamamlayır. Pak həyata nail olmaq üçün çalışmaq, elmi, mədəni, incəsənət, sosial-siyasi təsir, iqtisadi fəaliyyət və beynəlxalq məsələlər sahəsində intellektual və mənəvi qabiliyyətlər baxımından qadınla kişi arasında heç bir fərq yoxdur”.

Əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsinin görüşü
İnqilabin Rəhbəri bu gün səhər saatlarında əhalinin ayrı-ayrı təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə “Suriya hadisələrinin ayrı-ayrı qatlarının izahı, İranın bu ölkədəki mövcudluq məntiqinin təsviri, gələcəkdə regionda baş verəcək dəyişikliklər prosesinin şərhi və Suriya hadislərindən alınan dərslər və ibrətlər" mövzusunda çıxış edərək bildirdi: “Bu hadisələr ABŞ və sionist rejiminin birgə planının nəticəsidir.

İsfahan əyalətinin 24 min şəhidinin anım konqresinin təşkilatçıları ilə görüş
İslam İnqilabının Ali Rəhbərinin 21 aban 1403-cü il (11 noyabr 2024) tarixində keçirilmiş “İsfahan əyalətinin 24 min şəhidinin anım konqresi”nin təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın tam mətni bu gün İsfahanda konqresin keçirildiyi məkanda yayımlandı.

Hərbi Dəniz Qüvvələrinin komandanlarından bir qrupunun görüşü
Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin məsul şəxsləri və komandanları ilə görüşdə Hərbi Dəniz Qüvvələri Günü kimi tarixə düşmüş 7 Azər 1359-cu il tarixini (1980-ci ilin 28 noyabrı) və həmin tarixdə Peykan hərbi gəmisinin düşmən BƏƏS-ə qarşı göstərdiyi qəhrəmanlığı hörmətlə anaraq müasir dünyamızda Hərbi Dəniz Qüvvələrinin həyati və təyinedici bir qüvvə olduğunu dedi.

Müxtəlif siniflərdən olan minlərlə bəsicinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər müxtəlif siniflərdən olan minlərlə bəsici ilə görüşdə bu misilsiz fenomenin İranın mədəniyyəti, milli kimliyi və tarixindən doğduğunu dedi.

Camiətuz-Zəhra (s.ə) Universitetinin rəhbər, müəllim və tələbə heyəti ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta Camiətuz-Zəhra (s) Universitetinin rəhbərləri, müəllimləri və tələbələrindən bir qrupu ilə görüşdə bu nüfuzlu qurumu İslam İnqilabından doğan, qadınların dini məlumat və təsir səviyyəsinin artmasına səbəb olan bənzərsiz hadisələrdən biri kimi qiymətləndirdi.

Beynəlxalq "Cəfər ibn Əbi Talib" Simpoziumunun təşkilatçıları ilə görüş
İnqilabın Rəhbəri Həzrət Ayətullah Xameneinin 19 Avqust 2024-cü il tarixində keçirilmiş "Cəfər ibn Əbi Talib" Beynəlxalq Simpoziumunun təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın mətni bu gün səhər saatlarında Qum şəhərində simpoziumun təşkil edildiyi yerdə yayımlandı.

Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Ekspertlər Məclisinin üzvləri ilə görüşdə bu Məclisin İnqilaba ən çox aidiyyəti olan qurumlardan olduğunu vurğulayaraq İnqilabı dayandırmaq və milləti hərəkətdən saxlamaq üçün bəzi maraqların və fəaliyyətlərin olduğunu bildirdi: “Rəhbərliyin əsas vəzifəsi ölkənin İnqilabın məqsədlərinə doğru istiqamətini qorumaqdır. Buna görə də rəhbərin təyin edilməsində müstəsna rolu olan Ekspertlər Məclisi əvəzedilməz əhəmiyyət kəsb edir”.

Sionist rejimin son törətdiyi cinayətdə dünyasını dəyişmiş şəhidlərin ailələrinin görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günorta sionist rejimin son cinayətində Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin şəhadətə yetirilmiş hərbçilərinin ailələri ilə görüşdə bu şəhidlərin məqamının uca olduğunu vurğulayaraq dedi: “Bütün şəhidlər üstün dərəcəyə malikdirlər və Allah dərgahında ilahi nemətdən onlara ruzi bəxş edilir.

Minlərlə tələbə və şagirdlə görüş
İnqilabın Rəhbəri bu gün səhər minlərlə tələbə və şagirdlə görüşdə İran xalqının ABŞ-nın zülmü və hegemoniyasına qarşı ən azı 70 ildən artıq davam edən mübarizəsinin əsas səbəblərinə aydınlıq gətirərək vurğuladı: “İran xalqının ABŞ-nin imperializminə qarşı islami, milli, məntiqi, rasional və insani prinsiplərə əsaslanan mübarizəsi beynəlxalq hüquq normalarına uyğundur.

Təhlükəsizlik şəhidlərinin minlərlə ailə üzvü ilə görüş
İnqilabın Rəhbəri bu gün səhər təhlükəsizlik şəhidlərinin hörmətli ailə üzvlərinin minlərlə nümayəndəsi ilə görüşdə bu şəhidləri haqq yolunun ən ali şəhidləri adlandırdı.

Kermanşah əyalətinin 9800 şəhidinin xatirəsinə həsr edilmiş milli konfransın təşkilatçıları ilə görüş
İslam İnqilabının Ali Rəhbərinin 1403-cü il mehr ayının 15-də (6 oktyabr 2024) Kermanşah vilayətinin 9800 şəhidinin xatirəsinə həsr edilmiş Milli Konfransın təşkilatçıları ilə görüşdə verdiyi bəyanatın mətni bu gün konfransın Kermanşahda keçirildiyi yerdə yayımlandı.

Fars əyalətinin15 min şəhidin xatirəsinə həsr edilmiş konfransın təşkilatçıları ilə görüş
İnqilabın Rəhbəri bu gün günorta Fars əyalətinin 15 min şəhidinin xatirəsinə həsr edilmiş konfransın təşkilatçıları ilə görüşdə regional hadisələrin, müqavimətin mübarizəsi və cihadının bölgənin taleyini və tarixini dəyişən amil olduğunu dedi.

Prezidentin İnqilabın Rəhbəri ilə görüşü
Prezident cənab Pezeşkiyan bu gün günortadan sonra İnqilab Rəhbəri ilə görüşdən sonra dedi: “Bu günki görüşdə ən çox müzakirə olunan mövzular ölkənin iqtisadi problemləri və onlardan çıxış yolları ilə bağlı oldu”.

Elitlər, üstün elmi istedadlar və qəbul imtahanında yüksək nəticə əldə edənlərin bir qrupunun görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər yüzlərlə elmi elit, olimpiadalar və universitetlərə qəbul imtahanlarının qalibləri ilə görüşdə elitadan müxtəlif sektorlarda maksimum dərəcədə istifadə edilməsi və ölkənin işlərində onların effektiv potensialından faydalanmaq üçün zəmin yaradılmasının vacibliyini qeyd edərək dedi: “Bu gün elitanın ən mühüm vəzifəsi və cihadı yeni bir elmi hərəkat və inqilab yaratmaqdır”.

Müqavimət və Müqəddəs Müdafiə qaziləri və fəallarının görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər minlərlə qazi, Müqəddəs Müdafiə və müqavimət fəalı ilə görüşdə məcburi müharibənin başlamasının səbəblərini açıqlayaraq İslam Respublikasının dünyaya hakim kəsilmiş korrupsioner və batil sistem qarşısındakı cazibələri və yeni sözünün olması amillərinə toxundu: “Müqəddəs Müdafiə vətənin layiqli müdafiəsi ilə yanaşı, dinin müdafiəsi və Allah yolunın müvahidləri idi. İslamı diriltdi, İran xalqına izzət, ölkədə mənəvi ruha rəvac verdi”.

Dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və vəhdət konfransının qonaqlarının görüşü
İslam İnqilabının Rəhbəri sonuncu peyğəmbər həzrət Məhəmməd Mustafa (s) və İmam Sadiqin (ə) mövlud ildönümü münasibətilə bu gün səhər saatlarında dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri, vəhdət konfransında iştirak etmiş qonaqlar, habelə xalqın müxtəlif təbəqlərindən olan insanlarla görüşdə Peyğəmbərin (s) böyük dərsinin ümmət yaratmaq olduğunu dedi.

İranın Paris 2024 Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş nümayəndə heyətinin üzvlərinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Olimpiya və Paralimpiya medalçıları və ezam olmuş karvanların digər üzvləri ilə görüşdə İran xalqının istedad və potensiallarının, milli, siyasi və dini kimliyinin parlamasının iranlı idmançıların bu yarışlardakı iştirakının ən bariz nəticəsi olduğunu dedi.
