İslam İnqilabının Rəhbərinin övladları cümə günü 4 aban 1403-cü il tarixində (25 oktyabr 2024-cü il) Fələstin İslami Müqavimət Hərəkatı (Həməs) nümayəndəliyinin ofisinə gələrək Həzrət Ayətullah Xameneinin salamlarını, fələstinli mücahid və Həməsın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın şəhadəti münasibətilə verdiyi təbrik və başsağlığı mesajını bu hərəkatın nümayəndəsinə çatdırdılar.
Həzrət Ayətullah Xameneinin övladları Tehrana gətirilmiş bəzi livanlı yaralılar və Livan Hizbullahının islami müqavimətinin döyüşçülərini atalarının tərəfindən ziyarət etdilər.
İnqilabın Ali Rəhbərinin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Mərvi son günlər baş vermiş mədən qəzasının son vəziyyəti ilə tanış olmaq və mərhumların ailələrinin dərdinə şərik olmaq və təsəlli vermək məqsədilə Təbəsə səfər etdi.
Qəməri-Bəni-Haşim Həzrət Əbəlfəzl Abbasın mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar Günü ilə əlaqədar olaraq, bu gün (cümə axşamı) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən ezam edilmiş 4 nümayəndə heyəti paytaxt Tehranda yaşayan veteranlardan bir qrupunun mənzillərinə baş çəkərək, vətən uğrunda fədakarlıq etmiş bu insanların rəşadətini, səbir və müqavimətini təqdir edib.
Həzrət Əbülfəzl Abbasın (ə) mübarək doğum günü və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən ezam edilmiş 4 nümayəndə heyəti inqilab veteranlarından bir qrupunu mənzillərində və xəstəxanalarda ziyarət edərək göstərdikləri rəşadət və mübarizliyə görə bu fədakar insanlara öz ehtiram və minnətdarlıqlarını bildirdilər.