Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İİR ordusunun hərbi akademiyalarının birgə keçirdikləri müdavimlərin buraxılış, andiçmə və poqonlarla təltifetmə mərasimi
İİR ordusunun hərbi akademiyalarının birgə keçirdikləri müdavimlərin buraxılış, andiçmə və poqonlarla təltifetmə mərasimi
Bu gün səhər Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei İran İslam Respublikası ordusunun hərbi akademiyalarının birgə təşkil etdikləri müdavimlərin buraxılış, andiçmə və poqonlarla təltifetmə mərasimində gənc zabitləri, həmçinin ölkənin müxtəlif sferalarda çalışan imanlı və fəal gənclərini sülh, ədalət və dostluqla dolu bir dünyaya doğru hərəkətin avanqardları adlandıraraq bildirdi: “Dünyanın qoluzorlu istibdadçıları özlərinin “İranafobiya” planını gerçəkləşdirə bilməyəcəklər. Çünki İslam Respublikasının milli qüdrəti başqa xalqları nəinki təhdid etmir, hətta öz növbəsində milli qürur və tərəqqidə onlar üçün bir nümunədir”.
İslam İnqilabı Keşikçiləri Korpusunda vəzifə postlarına yeni təyinatlar
İslam İnqilabı Keşikçiləri Korpusunda vəzifə postlarına yeni təyinatlar
İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei ayrı-ayrılıqda verdiyi fərmanlarla səfərbərlik işi üzrə baş komandan, briqada generalı Məhəmmədrza Nəqdini “Gücsüzlərin Səfərbərlik Komitəsinin sədri” vəzifəsinə, baş komandan, keşikçi briqada generalı Seyid Məhəmməd Hüseynzadə Hicazini “Silahlı Qüvvələrin Baş Qərargahının ordunun sənaye baxımdan hazırlığı, mühafizəsi və sənaye tədqiqatları üzrə müavini” vəzifəsinə...
“Şəhidlərin və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə İnqilab Rəhbərinin müraciəti
“Şəhidlərin və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə İnqilab Rəhbərinin müraciəti
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Müqəddəs Müdafiə Hərəkatı dövründə şəhid olmuş və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə xalqa ünvanladığı müraciətdə şəhidləri İran tarixinə qızıl hərflərlə yazılmış bu mərhələnin simvolu adlandıraraq bildirmişdir:
Xubriqan Məclisinin sədri və məclis nümayəndələri ilə görüş
Xubriqan Məclisinin sədri və məclis nümayəndələri ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Xubriqan Məclisinin sədri və məclis nümayəndələri ilə görüşündə olduqca mühüm məsələlərə toxunaraq İslam dövlətinin tutduğu möhkəm pozisiyanı qeyd etmiş, həmçinin bu dövlətin güclü və ümidverici cəhətlərini sadalamışdır. Ali Məqamlı Rəhbər hazırkı şəraitdə düşmənin qarmaqarışıq və geniş əhatəli planlar hazırladığını demiş, habelə İslam Respublikasının əleyhdarlarının soyuq – psixoloji müharibə planının əsas cizgiləri və bu planın çoxcəhətliliyi barədə fikir bildirmişdir.
Hökumət nümayəndələri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
Hökumət nümayəndələri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
Bu gün ölkə rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin təmsilçiləri ilə görüşündə İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dini ilə bağlı əlamətdar günləri və bayramları, xüsusilə də mübarək Ramazan bayramını mövcud potensiala və imkanlara, İslam ümmətinin bugünkü və gələcək vəziyyətinə bir daha nəzər salınması, habelə zəif cəhətlərin və nöqsanların üzə çıxarılması üçün ən mühüm fürsət adlandıraraq qeyd etdi:
Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Fitr bayramı namazı
Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Fitr bayramı namazı
İmanlı və vüqarlı İran xalqı bir ay davam etmiş orucluq, ibadət və ixlasın şükrü olaraq iftixar dolu İran məmləkətinin dörd bir yanında həddən artıq böyük bir mənəvi əzəmətlə mübarək Ramazan bayramının namazını qıldı.
Tehran şəhərinin imanlı əhalisinin Tehran Universitetində və ətraf küçələrdə toplaşaraq İslam İnqilabının Ali Məqamlı Rəhbərinin imamətliyi ilə qıldığı bayram namazı isə bu möhtəşəm mənəvi qurultayın zirvəsində dururdu.
İncəsənət xadimləri, rejissorlar, yazıçılar və incəsənət sahəsinin fəallarından bir qrupu ilə görüş
İncəsənət xadimləri, rejissorlar, yazıçılar və incəsənət sahəsinin fəallarından bir qrupu ilə görüş
Bu gün axşam görkəmli incəsənət xadimlərindən, rejissorlardan, ssenari müəllifi və yazıçılardan, şairlərdən – bir sözlə, ədəbiyyat və incəsənət sahələrinin Müqəddəs Müdafiə Hərəkatı mövzusu istiqamətində çalışan fəal xadimlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşüb söhbət etmişlər.
Ölkə prezidenti, doqquzuncu və onuncu hökumət kabinetinin nümayəndə heyətinin üzvləri ilə görüş
Ölkə prezidenti, doqquzuncu və onuncu hökumət kabinetinin nümayəndə heyətinin üzvləri ilə görüş
Bu gün axşam ölkə prezidenti və hökumət nümayəndələri ilə görüşdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei təkidlə qeyd etmişdir ki, ədalət, fəsadla mübarizə, yoxsul təbəqənin himayə edilməsi, sadə və dəbdəbəsiz həyat tərzi, yoxsul, ehtiyaclı regionlara lazımi diqqət və qayğının göstərilməsi, o cümlədən xalqın üzləşdiyi müxtəlif problemlərin, xüsusən də inflyasiya və işsizlik problemlərinin həlli istiqamətində yorulmaq bilmədən səy göstərilməsinə davam etmək olduqca vacibdir.
Venesuela prezidenti ilə görüş
Venesuela prezidenti ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Venesuela Respublikasının dövlət başçısı cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə bunları qeyd etdi: “İran İslam Respublikası və Venesuela ikitərəfli münasibətləri və qarşılıqlı əməkdaşlığı daha da genişləndirməli və yenicə yaradılmış istiqlal cəbhəsinin əvvəlkindən də artıq güclənərək möhkəmlənməsi üçün münasib zəmin hazırlamalıdırlar”.
Bir qrup şair, ziyalı və mədəniyyət işçisi ilə görüş
Bir qrup şair, ziyalı və mədəniyyət işçisi ilə görüş
Dünən axşam imam Həsən Müctəbanın (ə) doğum gününə təsadüf edən bir gündə şairlərdən, ali təhsilli insanlardan, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində çalışan şəxslərdən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi atmosferdə görüşərək söhbət etmişlər.
Ali məktəb müəllimləri, Elmi Şuranın üzvləri, görkəmli ziyalılar, universitet rektorları və tədqiqat mərkəzlərinin rəhbərlərindən bir qrupu ilə görüş
Ali məktəb müəllimləri, Elmi Şuranın üzvləri, görkəmli ziyalılar, universitet rektorları və tədqiqat mərkəzlərinin rəhbərlərindən bir qrupu ilə görüş
Bu gün axşam ali məktəblərdə dərs deyən müəllimlərdən, Elmi Şuranın üzvlərindən, görkəmli ziyalılardan, universitetlərin rektorlarından və tədqiqat mərkəzlərinin rəhbərlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşüb söhbət etmişlər.

Seçilmiş ünvanlar