Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Səqqez şəhərinin cəsur və mehriban əhalisi ilə izdihamlı görüş
Səqqez şəhərinin cəsur və mehriban əhalisi ilə izdihamlı görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətinə səfərinin sonuncu səkkizinci günü, bu gün səhər Səqqez şəhərinin hələ bir həftə öncədən Rəhbərin gəlişinin intizarında olan qəhrəman və şücaətli əhalisi ilə görüşündə vilayət sakinlərinin daim uzaqgörən və ayıq-sayıq olmasını yüksək qiymətləndirərək təkidlə dedi: “Kürd milliyyətli əhalinin İslam dininə, İslami dövlət quruluşuna daimi sədaqəti bizim bölgəyə bu dəfəki səfərimizdə bütün İran xalqı üçün, İslam Respublikasının dostları və düşmənləri üçün bir qədər də aşkar olan gözəl bir həqiqətdir”.
Bicar şəhərinin imanlı, mehriban və alicənab sakinləri ilə izdihamlı görüş
Bicar şəhərinin imanlı, mehriban və alicənab sakinləri ilə izdihamlı görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstana səfərinin yeddinci günü – bu gün səhər Bicar şəhərinin imanlı, mehriban və alicənab sakinləri ilə baş tutan izdihamlı görüşündə üç amili ‒ “birlik, hamılıqla iştirak və məlumatlı olma”nı İran xalqının tərəqqisinin, sarsılmaz qüdrətinin və böyük təntənəsinin davamlılığının qarantı adlandırdı. O, xalqın prezident seçkilərində məlumatlı formada iştirakının zəruriliyini vurğulayaraq əlavə etdi: “Elə şəxsləri iş başına gətirin ki, imam Xomeyninin (r.ə) yolunu, o dahi insanın dəyərlərini, fundamental ideyalarını davam etdirə bilsinlər, dünyanın zorakı qüvvələrinin qarşısında müqavimət göstərməyi “dəyər” kimi qiymətləndirsinlər!”
İslam İnqilabının Rəhbəri Ayətullah Behcətin vəfatı ilə əlaqədar başsağlığı vermişdir
İslam İnqilabının Rəhbəri Ayətullah Behcətin vəfatı ilə əlaqədar başsağlığı vermişdir
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilahiyyatçı alim Həzrət Ayətullah Behcətin vəfatı ilə əlaqədar verdiyi başsağlığı müraciətində bu aliməqam fəqihin, ziyalı və arif şəxsiyyətin dünyadan getməsinin əvəzsiz bir itki olduğunu bildirmişdir. İslam İnqilabının Rəhbəri üz vermiş bu ağır müsibətlə əlaqədar Həzrət Bəqiyyətullaha (ruhlarımız Ona fəda olsun!), böyük ruhani alimlərə və mərceyi-təqlidlərə, mərhumun ailə üzvlərinə, qəlbində bu dahi şəxsiyyətə sevgi bəsləyən və onunla mənəvi bağlılıq hissi olan hər bir kəsə dərin hüznlə başsağlığı vermişdir.
Kürdüstan vilayətinin ali təhsil ocaqlarının minlərlə müəllim və tələbəsi ilə görüş
Kürdüstan vilayətinin ali təhsil ocaqlarının minlərlə müəllim və tələbəsi ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Kürdüstan vilayətinin ali təhsil ocaqlarının minlərlə ziyalı müəllim və tələbəsi ilə keçirdiyi izdihamlı görüşdə “inkişaf və tərəqqi”nin həqiqi meyarlarını, xarakterik cəhətlərini və aspektlərini sadalayaraq ziyalıları, ali təhsilli insanları tərəqqinin yerli modelinin işlənib-hazırlanması istiqamətində araşdırma və tədqiqatlar aparmağa çağıraraq xüsusi vurğuladı: “İslam İnqilabının dördüncü onilliyində “ədalət və tərəqqi” şüarının millətin devizinə çevrilməsi üçün xalqın özünəməxsus bir modelin layihəsini işləyib hazırlayaraq həyata keçirməsi lazımdır ki, İslam dövləti və böyük İran xalqı hazırkı onilliyin sonunda bu sferada əsaslı addımların atıldığının şahidi olsun”.
Mərivan şəhərinin imanlı, səmimi və qəhrəman əhalisi ilə görüş
Mərivan şəhərinin imanlı, səmimi və qəhrəman əhalisi ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstana səfərinin 5-ci günü – bu gün səhər (şənbə günü) Mərivan şəhərinin imanlı, qəhrəman və mehriban əhalisi ilə olduqca həyəcanlı atmosferdə keçən görüşdə “milli qürur”u İran xalqının parlaq gələcəyində təsirli rolu olan bir amil adlandıraraq vurğuladı: “Bu möhtəşəm gələcək gənclərə məxsusdur və həmin gələcək yalnız və yalnız İslami, etnik, milli göstərişlərə arxalanmaqla, yadellilərin buyruqlarına əməl etməkdən çəkinməklə gerçəkləşəcəkdir!”
Dövlət heyətinin üzvləri, ölkə və vilayətin müxtəlif orqanlarının səlahiyyətli nümayəndələri ilə görüş
Dövlət heyətinin üzvləri, ölkə və vilayətin müxtəlif orqanlarının səlahiyyətli nümayəndələri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam respublika prezidentinin birinci müavini, dövlət heyətinin üzvləri, Kürdüstanın vilayət başçısı, Vəliyyi-fəqihin Kürdüstan bölgəsi üzrə nümayəndəsi, Kürdüstan camaatını Xubriqan Məclisində və İslami Şurada təmsil edən nümayəndələr, o cümlədən ölkənin və vilayətin müxtəlif dövlət orqanlarında çalışan məsul şəxsləri ilə keçirilən görüşdə Kürdüstan vilayətində vəziyyətin yaxşılaşması və bu vilayətin inkişaf tempinin sürətlənməsi məqsədilə təsdiq edilmiş bütün layihələrin mütəmadi şəkildə tam məsuliyyətlə həyata keçirilməsini olduqca zəruri və mühüm bir məsələ adlandırdı.
Kürdüstan vilayətinin yüzlərlə qəbilə və tayfa başçısı, nüfuzlu və mötəbər şəxsləri ilə görüş
Kürdüstan vilayətinin yüzlərlə qəbilə və tayfa başçısı, nüfuzlu və mötəbər şəxsləri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətinə səfərinin üçüncü günündə – bu gün axşam Kürdüstan, Qərbi Azərbaycan və Kirmanşahda yaşayan yüzlərlə tayfa və qəbilə başçısı, nüfuzlu və hörmətli şəxslərlə görüş keçirdi. Səmimi bir atmosferdə və böyük canlanma şəraitində keçən bu görüşdə Ali Məqamlı Rəhbər qəbilələri İslamın, İslam İnqilabının və İranın daim sədaqətli, iftixar doğuran əsgərləri, qeyrətli, mömin və qəhrəman sərhədçiləri adlandırdı. Ali Məqamlı Rəhbər xüsusilə vurğuladı: “Allah-Taalanın yardımı, camaatın, vəzifəli şəxslərin ayıq-sayıqlığı və uzaqgörənliyi, hamının səyi və əməyi sayəsində əzəmətli İran xalqını parlaq gələcək gözləyir!”
Kürdüstan vilayətinin yüzlərlə görkəmli xadimi ilə görüş
Kürdüstan vilayətinin yüzlərlə görkəmli xadimi ilə görüş
Bu gün səhər İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kürdüstan vilayətində yaşayan yüzlərlə tanınmış elm, ədəbiyyat, incəsənət, mədəniyyət, idman, siyasi-iqtisadi və ictimai xadimlə görüşündə bu vilayətin görkəmli xadimlərinin nümayəndələri çıxış edərək müxtəlif problemlərlə əlaqədar öz fikirlərini bildirmişlər.
Kürdüstan məntəqəsinin şəhid olmuş komandirlərinin ailə üzvləri ilə görüş
Kürdüstan məntəqəsinin şəhid olmuş komandirlərinin ailə üzvləri ilə görüş
Bu gün axşam İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan məntəqəsində qəhrəmanlıq salnaməsi yaratmış sərkərdə, qoşun başçısı və komandirlərdən bir qrupunun ailə üzvləri ilə görüşmüşdür. Başdan-başa xoş ünsiyyət və sevinc dolu atmosferdə keçən bu səmimi görüşdə şəhidlərin əziz xatirəsi dərin məhəbbətlə anıldı, İslam İnqilabının Rəhbəri bu vüqarlı ailələrin vəziyyəti ilə maraqlandı, onların qayğı və problemləri ilə yaxından tanış oldu.
Kürdüstan məntəqəsində yerləşən Silahlı Qüvvələrin birgə mərasimi
Kürdüstan məntəqəsində yerləşən Silahlı Qüvvələrin birgə mərasimi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün axşam Kürdüstan məntəqəsində yerləşən hərbi qüvvələrin keçirdiyi birgə hərbi tədbirdə “təhlükəsizliyin müdafiəsi və xalqın asayiş şəraitində yaşayışının təmin edilməsi”ni İran İslam Respublikasının Silahlı Qüvvələrinin varlığının fəlsəfəsi adlandırdı. Ali Baş Komandan xalqın, xüsusilə də hərbi qüvvələrin daimi hazırlığının gücləndirilməsini İran xalqının nüfuzunun və böyüklüyünün qorunub-saxlanmasının mühüm amili hesab etdiyini bildirdi.
Kürdüstan məntəqəsinin din alimləri, ruhaniləri və din elmlərini öyrənən tələbələri ilə görüş
Kürdüstan məntəqəsinin din alimləri, ruhaniləri və din elmlərini öyrənən tələbələri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Kürdüstan məntəqəsinin din alimləri, ruhaniləri və din elmlərini öyrənən tələbələri ilə keçirdiyi görüşdə “intellektual sərvətin, informasiyanın ötürülməsi metodlarının inkişafı və çoxşaxəliliyi”ni, həmçinin “İranda İslami hökumətin varlığı”nı hazırkı dövrün iki spesifik xüsusiyyəti adlandıraraq dedi: “Alimlər və ruhanilər müasir situasiyanı lazımınca qiymətləndirməli, diqqətli olmalı, dövrün bu iki spesifik xüsusiyyətindən istifadə edərək haqq-ədalətin dirçəldilməsi, zülm, fəsad və təxribatla mübarizə işində üzərlərinə düşən ağır vəzifəni yerinə yetirməlidirlər”.
Kürdüstan vilayətinin şəhid və müharibə əlillərinin ailə üzvləri ilə görüş
Kürdüstan vilayətinin şəhid və müharibə əlillərinin ailə üzvləri ilə görüş
Həzrət Ayətullah Xamenei bu gün axşam şəhidlərin və müharibə əlillərinin səbirli və başını dik tutmağı bacaran ailə üzvləri ilə görüşündə xalqın nümayəndələrinə, xüsusilə də gənclərə şəhidlərin xatirəsini uca tutaraq əbədi yaşatmağı tövsiyə etmiş, həmçinin onları hiyləgər düşmənin xalqın imanına, əqidəsinə və mədəniyyətinə etdiyi hücumlara qarşı ayıq-sayıq olmağa çağırmışdır.

Seçilmiş ünvanlar