
Xəbərlər


Şəhidlər ağası İmam Hüseynin şəhadətinin qırxıncı günü ‒ Ərbəin günü münasibətilə mərasim keçirildi
Şəhidlər ağası imam Hüseynin (ə) şəhadətinin qırxıncı gününün ‒ Ərbəin gününün ildönümündə imam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə əza mərasimi təşkil edildi. Zəncanın imanlı əhalisinin, o cümlədən cavanlarının iştirak etdiyi bu mərasim imam Hüseynə (ə) qarşı aşıb-daşan sevgi və emosiya atmosferində baş tutdu.

Tehran Universitetinin müəllimləri, məsul rəsmiləri və Universitetin Elmi Şurasının üzvləri ilə görüş
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran Universitetinin yüzlərlə müəllimi, fakültə və tələbə şəhərciklərinin rəhbərləri və Universitetin Elmi Şurasının üzvləri ilə görüşdə elmi İİR-nın tərəqqisinin həqiqi mənbəyi və dayağı adlandıraraq təkidlə vurğuladı: “Ölkəmiz elmi tərəqqi yoluna çıxıb və bu yolu var-qüvvəsi ilə, mümkün qədər sürətlə davam etdirməlidir”.

Daxili İşlər Naziri, nazirliyin tabeliyində olan VVADQ Baş İdarəsinin sədri və qurumun məsul rəsmiləri ilə görüş
Mübarək “Fəcr dekadası” ərəfəsində 15 yaşdan yuxarı olan vətəndaşlara şəxsiyyəti təsdiq edən yeni ölkədaxili pasportların verilməsi ilə bağlı dövlət layihəsi ilk belə pasportun məhz İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə təqdim olunması ilə start götürdü.

Ali Məqamlı Rəhbər mərhum İmam Xomeyninin məqbərəsini ziyarət etdi
Bu gün səhər – ilahi mahiyyətə malik olan mübarək “Fəcr dekadası” və imam Xomeyninin (r.ə) vətənə tarixi qayıdışının ildönümü ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum İmamın (r.ə) müqəddəs məqbərəsini ziyarət etdi, imam Xomeyninin (r.ə) ruhuna “Fatihə” oxuyaraq İran İslam Respublikasının banisinin əziz xatirəsini dərin ehtiramla yad etdi.

Royan Embrioloji Tədqiqatlar İnstitutunun məsul rəsmiləri və tədqiqatçıları ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Royan Embrioloji Tədqiqatlar İnstitutunun məsul şəxsləri və burada çalışan tədqiqatçılarla görüşündə qeyd etdi ki, akademik sferada əsl cihad, aktual problemlərin dəqiqliklə seçimi, bu problemlərin həlli istiqamətində elmi biliklərdən səmərəli istifadə, habelə Allaha sonsuz iman sayəsində gerçəkləşdirilən gərgin fəaliyyət bu elmi mərkəzin əldə etdiyi müvəffəqiyyətin simvoludur.

Mavritaniya Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd Uld Əbdüləziz və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə xüsusilə qeyd etdi ki, müsəlman ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi İran İslam Respublikasının xarici siyasət kursunun başlıca prinsipidir. Eyni zamanda Ali Məqamlı Rəhbər hazırkı səfərin iki ölkə arasında müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün müsbət bir başlanğıc olacağına ümidvar olduğunu da bildirdi.

Mazandaran vilayətinin imanlı camaatı ilə izdihamlı görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mazandaran vilayətinin, o cümlədən Amol şəhərinin minlərlə sakini, həmçinin alimlər və vilayətin məsul vəzifəli şəxsləri ilə görüşündə baş verən tarixi əhəmiyyətli hadisələri ölkənin gələcək inkişaf yolunda irəliləyişi üçün ibrətamiz dərslər adlandıraraq, habelə xalqın ölkənin ictimai-siyasi həyatındakı müdrik və uzaqgörən iştirakı sayəsində ötən 30 il ərzində düşmənin İİR-nın əleyhinə cızdığı cürbəcür planların boşa çıxdığını qeyd edərək təkidlə vurğuladı.

Qayana Respublikasının prezidenti Barrat Caqdeo ilə görüş
İran İslam Respublisının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Qayana Respublikasının prezidenti Barrat Caqdeo və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Qayana dövlətinin yürütdüyü müstəqil xarici siyasətə toxunaraq qeyd etdi: “Dünya ictimaiyyətinə qarşı yönəlmiş ən böyük zülm superdövlətlərin ağalığı, hegemon qüvvələrin işğalçılıq siyasəti, dünya ölkələrinin “işğalçı” və “işğala məruz qalan” dövlətlərə bölünməsidir. Məhz buna görə də İran İslam Respublikası elə ilk başlanğıcdan öz siyasətini imperializmə qarşı mübarizə əsasında qurub”.

İslami Təbliğat üzrə Koordinasiya Şurasının və “Fəcr dekadası” qərargahlarının rəsmiləri ilə görüş
Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei İslami Təbliğat üzrə Koordinasiya Şurasının və ölkədəki “Fəcr dekadası” qərargahlarının məsulları ilə görüşündə qeyd etdi ki, İslam İnqilabının ərsəyə gəlməsində başlıca rol oynamış İran xalqının hamılıqla və izdihamlı iştirakı, eləcə də inqilabın fundamental şüarlarına səmimi-qəlbdən bağlılığı bu inqilabın və onun ötən 30 il ərzində ölkədə hər il qeyd olunan ildönümü mərasimlərinin ən mühüm spesifik xüsusiyyətidir.

Ali Məqamlı Rəhbərin professor Məsud Əliməhəmmədinin şəhadəti ilə əlaqədar başsağlığı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli müəllim, professor Məsud Əliməhəmmədinin şəhid olması ilə əlaqədar başsağlığı vermişdir.

Hüccətul-İslam Hacı Seyid Əli Qazi Əskərinin vəzifə postuna təyin olunması ilə bağlı fərman
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei verdiyi fərmanla cənab Hüccətul-İslam Hacı Seyid Əli Qazi Əskərini öz nümayəndəsi və iranlı hacıların kuratoru vəzifəsinə təyin etmişdir.

Qum şəhərinin əhalisi ilə izdihamlı görüş
Bu gün səhər İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei Qum şəhərinin minlərlə sakini ilə görüşündə bu il baş tutan ümumxalq 9 dey yürüşündə imanlı, uzaqgörən və qeyrətli İran xalqının möhtəşəm və həlledici iştirakını Allahın qüdrətinin təzahürü və İslam İnqilabının tarixində sarsılmaz bir hərəkat adlandıraraq təkidlə vurğuladı: “Hazırkı qarmaqarışıq və fitnə-fəsadla dolu şəraitdə İslam dövlətinin və İslam İnqilabının əleyhinə şüarlarla çıxış edən müstəmləkəçilər və dinin əleyhinə olan cərəyanlar illər boyu imam Xomeyniyə (r.ə) və İslam İnqilabına qarşı mübarizə bayrağı altında birləşmiş şəxslərdir. Bu həqiqəti dərk edən müdrik xalqımız isə İslam dövlətinin və İslam İnqilabının müdafiəsində həlledici rola malik olduğunu bir daha sübuta yetirdi”.

Ali Məqamlı Rəhbərin mərhum Ayətullah Hacı Ağaəli Safinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət Ayətullah Hacı Şeyx Lütfullah Safiyə ünvanladığı müraciətdə mərhum Ayətullah Hacı Ağaəli Safinin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.

Avropadakı İslami Tələbə Təşkilatları Aliansının üzvləri ilə görüş
Bu gün axşam Avropadakı İslami Tələbə Təşkilatları Aliansının üzvləri ilə görüşündə İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədəki elmi hərəkatı zəruri və təxirəsalınmaz bir ehtiyac adlandıraraq təkidlə xatırlatdı ki, belə bir mühüm tarixi etapdan uğurla keçmək üçün “elmi biliklərin mənimsənilməsi” və “Allah yolunda səylə çalışmaq” işində gənclərin payına olduqca həssas və təhlükəli bir missiya düşür.

Həzrət Əba Əbdullah Hüseynin xatirəsinə təşkil olunmuş əza mərasimi
Məhərrəm ayının doqquzuncu gecəsi – Aşura axşamında imam Xomeyni (r.ə) adına Hüseyniyyədə və ətrafdakı küçələrdə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdullah Hüseynin (ə) və onun vəfalı silahdaşlarının xatirəsinə həsr edilmiş möhtəşəm bir əza mərasimi quruldu.

Həcc mərasiminin təşkilatçıları və məsul rəsmiləri ilə görüş
İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həcc mərasiminin təşkilatçılıq və məsul rəsmiləri ilə görüşdə həcc ziyarətinin böyük tutuma malik olmasına işarə edərək təkidlə vurğuladı: “Həcc ziyarətinin əməl və ayinlərindən hər biri insanın mənəvi tərbiyəsinə müstəsna təsir etməkdən əlavə, həm də təbliğat və maarifləndirmə baxımından da böyük qabiliyyətə malikdir”.

Ali Məqamlı Rəhbərin dahi fəqih Ayətullah Müntəzirinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dahi fəqih Ayətullah Hacı Şeyx Hüseynəli Müntəzirinin (Allah rəhmət etsin!) vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.

HƏMAS-ın Baş Siyasət İdarəsinin sədri ilə görüş
Bu gün axşam İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei HƏMAS-ın Baş Siyasət İdarəsinin sədri cənab Xalid Məşəl və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Fələstin xalqının və HƏMAS da daxil olmaqla müqavimət göstərən qrupların mübarizəsini yüksək qiymətləndirərək belə vurğuladı: “Fələstinin yeganə nicat yolu mübarizə aparmaq, müqavimət göstərmək, əməli iş görüb zəruri addımlar atmaqla bərabər Allaha təvəkkül etməkdir”.
