
Xəbərlər


Ali Məqamlı Rəhbər Əsələviyədəki Cənubi Pars sənaye zonasının inkişafı layihələrinə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin ilk iş həftəsində – bu gün Əsələviyə şəhərindəki Cənubi Pars zonasında həyata keçirilən neft, qaz və neft-kimya sənayesinə aid istehsal və inkişaf layihələrinə baxış keçirdi.

Ali Məqamlı Rəhbər Ayətullah Hacı Şeyx Məhəmməd Sadiqi Tehraninin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dahi və mütəfəkkir ruhani alim Ayətullah Hacı Şeyx Məhəmməd Sadiqi Tehraninin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Ali Məqamlı Rəhbər Hacı Şeyx Cavad Həsənəlinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mömin və pəhrizkar ruhani alim Hacı Şeyx Cavad Həsənəlinin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Ali Məqamlı Rəhbər səkkizinci imam Əli İbn Musa Rizanın (ə) müqəddəs ziyarətgahının on minlərlə zəvvarı və qonşuluqda yaşayan əhali ilə görüşdü
Bu gün – 1390-cı ilin ilk günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məşhəd şəhərində səkkizinci imam Əli İbn Musa Rizanın (ə) müqəddəs məqbərəsini ziyarətə gəlmiş on minlərlə zəvvar və qonşuluqda yaşayan əhali ilə görüşdü.

Ali Məqamlı Rəhbərin Novruz bayramı və 1390-cı ilin gəlişi münasibətilə müraciəti
Mübarək Novruz bayramı, baharın və yeni ilin gəlişi münasibətilə ölkənin dörd bir yanındakı əziz həmvətənlərimizi, həmçinin başqa ölkələrdə, dünyanın müxtəlif yerlərində yaşayan iranlıları, Novruza dəyər verən və ehtiramla yanaşan digər xalqları təbrik edirəm.

Ali Məqamlı Rəhbər strateji texnologiyalar sərgisinə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 5 saatdan artıq müddətdə strateji texnologiyalar sərgisinə baxış keçirdi və müxtəlif bölümləri təmsil edən rəsmilərin verdiyi məlumatlar əsasında, ölkənin alim və tədqiqatçılarının əldə etdiyi elmi-texnoloji nailiyyətlərin bir hissəsi ilə tanış oldu.

Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüşdü. Ali Məqamlı Rəhbər məclisin yeni rəyasət heyətinin üzvlərini seçərkən müdrik və tədbirli davrandıqlarına görə xalqın görkəmli şəriət ekspertlərinə təşəkkürünü bildirdi.

Ali Məqamlı Rəhbər Ayətullah Hacıağa Həsən İmaminin vəfatı ilə əlaqədar başsağlığı verdi
Həzrət Ayətullah Xamenei Ayətullah Hacıağa Həsən İmaminin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün İsfahan camaatına, Teoloji Mərkəzə, görkəmli ruhani alimlərə və mərhumun ailəsinə müraciət etdi.

Ali Məqamlı Rəhbər “Təbii sərvətlər” həftəsi çərçivəsində ən böyük şəhər botanika bağının əsasının qoyulması mərasimində iştirak etdi
Bu gün “Təbii sərvətlər” həftəsi çərçivəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Tehran şəhərinin cənubunda – Hava Qüvvələri qarnizonunun əvvəlki yerində – ölkədə ən böyük botanika bağının əsasının qoyulmasına rəsmi surətdə start verildi.

Ali Məqamlı Rəhbər Kəşfiyyat Nazirliyində oldu, İmam Zamanın (ə.f) məxfi əsgərlərinin fəaliyyəti və nailiyyətləri ilə tanış oldu
Bu gün səhər Kəşfiyyat Nazirliyində olan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Zamanın (ə.f) məxfi əsgərlərinin fəaliyyətini və nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirməklə yanaşı, nazirliyin rəhbər işçiləri, ekspertləri və kadrları ilə də görüşdü. Nazirliyin yerləşdiyi məkana daxil olan zaman əvvəlcə şəhid olmuş üç məxfi əsgərin məzarını ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq Müqəddəs Müdafiədə şəhid olan insanların xatirəsini ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbər professor Əbülqasim Qorcinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli ziyalı və alim, professor Əbülqasim Qorcinin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Ali Məqamlı Rəhbər Ayətullah Seyid Məhəmmədəli Həkimin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Seyid Məhəmmədsəid Həkimə ünvanladığı müraciətdə ona möhtərəm atası Ayətullah Seyid Məhəmmədəli Həkimin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Ali Məqamlı Rəhbər Təbrizdə toxunmuş nəfis Quran xalçasına baxış keçirdi
Təbriz İslam Sənətləri Universitetinin rektoru bu gün günortadan əvvəl müavinlər, elmi şuranın üzvləri, fakültə dekanları və universitetdə çalışan sənət adamları ilə birgə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü. Görüş zamanı xalça üzərinə toxunmuş nəfis Qurani-Kərim sərgiləndi.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) kürəkəninin vəfatı ilə əlaqədar başsağlığı verdi
Bu gün səhər İnformasiyanın Toplanması və Kəşfiyyat Nazirliyində olan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Zamanın (ə.f) naməlum əsgərlərinin fəaliyyətini və nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirməklə yanaşı, nazirliyin rəhbər işçiləri, ekspertləri və kadrları ilə də görüşdü.

Hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
: İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hökumət adamları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə bu gün səhər baş tutan görüşündə iştirakçıları İslamın əzəmətli peyğəmbərinin (s) və İmam Sadiqin (ə) mübarək doğum günləri münasibətilə təbrik edərək qeyd etdi ki, regiondakı bəzi xalqların oyanışı bəşərin “İslam dini və əziz İslam peyğəmbəri” kimi həyatverici bir günəşdən bəhrələnmə qabiliyyətinin artmasının əlamətidir.

Ali Məqamlı Rəhbər ölkədə baş tutan 24-cü İslami Vəhdət Konfransının iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə baş tutan 24-cü İslami Vəhdət Konfransında iştirak etmək üçün gəlmiş qonaqlar və İslam mütəfəkkirləri ilə bugünkü görüşündə İslam dünyasında mövcud olan hazırkı şəraiti “olduqca həssas və tarixi bir period” adlandıraraq vurğuladı: “Bu həssas periodu düzgün dərk etmək, camaatın dinə imanını möhkəmləndirmək, vəhdəti qorumaq, Amerikanın ehtişamından qorxmamaq, Allahın möminlərə verdiyi qələbə vədinə optimist yanaşmaq bu gün İslam dünyasında milyonların həyata keçirdiyi misilsiz hərəkatın uğuru və qələbəsi üçün zəmin yarada bilər”.

Ali Məqamlı Rəhbərin Türkiyə Respublikasının prezidenti ilə görüşü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Türkiyə Respublikasının dövlət başçısı cənab Abdullah Gül və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran İslam Respublikası və Türkiyəni “iki müsəlman, dost və qardaş ölkə” adlandıraraq vurğuladı: “Ötən uzun illərlə müqayisədə hal-hazırda İran və Türkiyə arasında iqtisadi və siyasi baxımdan yüksək səviyyəli əlaqələr mövcuddur. Bu tarixi şansdan hər iki ölkənin malik olduğu bütün geniş imkanların reallaşdırılması istiqamətində istifadə olunmalıdır”.

Ali Məqamlı Rəhbər İslami Təbliğat Komitəsinin və Teoloji Təhsil Müəssisələrinə Sosial Dəstək Mərkəzinin sədrlərini və rəyasət heyəti üzvlərini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei qarşıdakı 5 il müddətinə Teoloji Təhsil Müəssisələrinə Sosial Dəstək Mərkəzinin yeni sədrinin və rəyasət heyəti üzvlərinin təyin olunması barədə sərəncam verdi.
