
Xəbərlər


Ali Məqamlı Rəhbər silahlı qüvvələrin komandanları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şərşənbə günü) günorta silahlı qüvvələrin yüksək rütbəli zabitləri, habelə vəli-fəqihin bu qüvvələrdəki nümayəndəliyində çalışan rəsmi şəxslərlə görüşdü. Ali Məqamlı Rəhbər bütün silahlı qüvvələrə müdafiə hazırlığını yüksəltməklə yanaşı, özlərində dini-mənəvi stimulu da qoruyub saxlamağı və gücləndirməyi tövsiyə etdi.

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Qarabağinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qərbi Azərbaycan əhalisinin Xubriqan Məclisindəki nümayəndəsi Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əliəkbər Qarabağinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər üçlü hakimiyyət qüvvələrinin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin üç hakimiyyət strukturunun rəsmiləri ilə bu gün (çərşənbə axşamı) günorta keçirdiyi görüş zamanı onların hamısını birliyə, həmrəyliyə, səmimi əməkdaşlığa, milli istehsalı dəstəkləmək, bu istiqamətdə kütləvi mədəniyyət formalaşdırmaq üçün ciddi səy göstərməyə çağırdı.

Ali Məqamlı Rəhbər Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) günortadan sonra Türkiyə Respublikasının baş naziri cənab Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər iki ölkə arasında əməkdaşlığı əvvəlkindən də artıq dərinləşdirmək lazım olduğunu vurğulayaraq dedi: “İran İslam Respublikası Türkiyə ilə əməkdaşlığı genişləndirməyin vacib olduğuna ciddi surətdə inanır. İran və Türkiyə müxtəlif məsələlərlə bağlı nə zaman həmrəy olublarsa, bu həmrəylik İranın, Türkiyənin, eləcə də İslam dünyasının xeyrinə olub”.

Ali Məqamlı Rəhbər müqəddəs İmam Rza (ə) hərəmini ziyarətə gəlmiş insanlar və yaxınlıqda yaşayan əhali ilə görüşdü
1391-ci ilin gözəl və təravət dolu baharının ilk günündə – bu gün günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 8-ci imam Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs məqbərəsini ziyarətə gəlmiş insanlar, eləcə də yaxınlıqda yaşayan əhali ilə görüşərək bu böyük izdihamın qarşısında çıxış etdi. İran xalqının düşmənin siyasi, iqtisadi, hərbi və təhlükəsizlik müstəvisindəki cürbəcür iddialı bəyanatlarına baxmayaraq, 1390-cı ildə qazandığı müxtəlif uğurlar haqqında ətraflı danışan Ali Məqamlı Rəhbər bildirdi ki, dünyaya ağalıq etmək niyyətində olan hegemon dövlətlərin İslam dövlətinə qarşı apardıqları ədavətin səbəbi İranın öz neft resurslarını qeyrətlə qorumasıdır.
Ali Məqamlı Rəhbər 1391-ci hicri-şəmsi ilinin gəlişi münasibətilə xalqa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1391-ci hicri-şəmsi ilinin gəlişi münasibətilə xalqa ünvanladığı müraciətində qeyd edir ki, İran xalqının iqtisadiyyatın müxtəlif sferalarında cihad əzmi ilə iştirak edərək əlindən gələn səy və zəhməti əsirgəməməsi bir zərurətdir. Müraciətdə deyilir: “İqtisadi cihadın mühüm bir hissəsi də milli istehsaldır. Xalqımız əzm, təpər və uzaqgörənliklə, habelə rəsmilərin işləri düzgün planlaması sayəsində daxili istehsal problemini çözə bilsə, heç şübhəsiz, düşmənin yaratdığı maneələrə qalib gələcək”.

Ali Məqamlı Rəhbər Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın üzvlərini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın növbəti 5 illik səlahiyyət müddəti üçün üzvlərinin təyin olunması haqda sərəncam imzaladı.

Ali Məqamlı Rəhbər Vəqflər və Xeyriyyə İşləri Komitəsinin rəhbər işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Vəqflər və Xeyriyyə İşləri Komitəsinin sədri və vəli-fəqihin komitə üzrə nümayəndəsi, habelə komitənin digər məsul kadrları ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşü zamanı vəqfin mühüm bir dini təsisat olduğunu qeyd edərək aşağıdakıları vurğuladı: “Camaatı vəqfə daha çox təşviq etməklə, həmçinin ianə verənin, verdiyi ianə ilə bağlı haqqını düzgün təmin etməklə vəqf ənənəsini cəmiyyətdə əvvəlkindən də geniş surətdə yaymaq lazımdır”.

Ali Məqamlı Rəhbər ölkənin neft və qaz sənayesinin imkanları ilə tanış oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər ölkənin neft sənayesinin elmi-tədqiqat laboratoriyasına gedərək bu mühüm və mürəkkəb sferanın imkanları ilə yaxından tanış oldu.

Ali Məqamlı Rəhbər xeyriyyə aksiyasına qoşuldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Xeyriyyəçilik bayramı ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına İmdad Komitəsinin himayəsi altında olan insanlara və ehtiyaclı ailələrə yardım məqsədilə 200 milyon rial məbləğində vəsait ayırdı. Vəsait komitənin İran Milli Bankı nəzdindəki 3333 saylı hesabına köçürüldü.

Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və üzvləri ilə bu gün (cümə axşamı günü) səhər baş tutan görüşündə 12 isfənd parlament seçkiləri günü xalqın tam zamanında, müdriklik və uzaqgörənliklə həyata keçirdiyi əzəmətli hərəkatı sonsuz təqdir edərək bu möhtəşəm iştirakın hansı təsir və mesajlara malik olduğunu açıqladı.

Ali Məqamlı Rəhbər Kiberməkan Ali Şurasının təsis edilməsi haqda sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidentinə Kiberməkan Ali Şurasının yaradılması ilə bağlı müvafiq göstəriş verməklə yanaşı, şuranın həqiqi və hüquqi üzvlərini təyin etdi.

Ali Məqamlı Rəhbər ağacəkmə aksiyasında iştirak etdi
Bu gün (çərşənbə axşamı) – Təbii resurslar həftəsi çərçivəsində qeyd olunan Ağacəkmə günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də aksiyaya qoşularaq 2 ting əkdi.

Ali Məqamlı Rəhbər 9-cu çağırış İslami Şura Məclisinə seçkilərdə iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 9-cu çağırış İslami Şura Məclisinə seçkilərin başladığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyədə quraşdırılmış səyyar seçki qutusuna yaxınlaşaraq səs verdi.

Ali Məqamlı Rəhbər xalqın müxtəlif təbəqələrinin nümayəndələri, şəhid ailələri, əlil və veteranlarla görüşdü
Xalqın müxtəlif təbəqələrinin minlərlə nümayəndəsi, şəhid ailələri, əlil və veteranlarla bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cümə günü baş tutacaq parlament seçkilərinin əvvəlki çağırışlara seçkilərlə müqayisədə daha həssas əhəmiyyət daşıdığını bildirdi. 9-cu çağırış İslami Şura Məclisinə səsvermədə xalqın genişmiqyaslı iştirakının son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Allahın lütfü ilə, cümə günü baş tutacaq seçkidə İran xalqı imperializmə 22 bəhməndəkindən daha möhkəm bir sillə vuracaq, öz güclü əzmini və iradəsini düşmənə sübut edəcək ki, imperialist bloku bu xalqın əleyhinə heç nə edə bilməyəcəyini anlasın”.

Ali Məqamlı Rəhbər ölkənin nüvə alimləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İranın Atom Enerjisi Təşkilatının sədri və rəhbər işçiləri, habelə ölkənin nüvə alimlərindən bir qrupu ilə görüşdü. O bildirdi ki, İranın nüvə alimlərinin nüvə elmi və texnologiyası sahəsində əldə etdiyi ən böyük uğur onların ölkədə milli qürur hissini formalaşdırmaları, dünya və region xalqları üçün bir xalqın təzyiqlər qarşısında müqavimət göstərmək, müstəqil olmaq, imperialist dövlətlərin elmi monopoliyasını qırmaq bacarığına gözəl bir nümunə nümayiş etdirmələridir.

Ali Məqamlı Rəhbərə qızılla işlənmiş nəfis bir əlyazma Quran hədiyyə olundu
Bu gün (bazar ertəsi) günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə qızılla işlənmiş nəfis bir əlyazma Quran hədiyyə olundu. Həzrət Ayətullah Xamenei ona təqdim olunmuş bu dəyərli sənət əsərini müqəddəs İmam Rza (ə) məqbərəsinin fonduna bağışladı.

Ali Məqamlı Rəhbər şəhid Qaşqayinin ailə üzvləri ilə görüşdü
Şəhid Mustafa Əhmədirouşənin dostu və həmkarı olmuş şəhid Rza Qaşqayinin ailə üzvləri bu gün (bazar günü) günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə mənəvi-emosional bir atmosferdə görüşdülər.
