Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər əzəmətli həcc toplantısına müraciət etdi
Ali Məqamlı Rəhbər əzəmətli həcc toplantısına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplantısına ünvanladığı müraciətdə ilahi sirlərlə dolu bu mərasimin İslam ümmətinin islahı yollarını araşdırmaq, İslam dünyasında baş verən mühüm hadisələr haqda dərindən düşünmək üçün böyük bir fürsət olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə 8 günlük səfərini müqəddəs İmam Rza (ə) hərəminin ziyarəti ilə başa vurdu
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə 8 günlük səfərini müqəddəs İmam Rza (ə) hərəminin ziyarəti ilə başa vurdu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 gün davam etmiş səfəri, vilayətin mömin və istiqanlı əhalisinin müxtəlif təbəqələri ilə görüşü bu gün (çərşənbə günü) günortadan sonra Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəminin ziyarəti ilə başa çatdı.
Ali Məqamlı Rəhbər nazirlərin iştirakı ilə Şimali Xorasana həsr olunmuş iclas keçirdi
Ali Məqamlı Rəhbər nazirlərin iştirakı ilə Şimali Xorasana həsr olunmuş iclas keçirdi
Ali Məqamlı Rəhbərin Şimali Xorasan vilayətinə səfərinin sonuncu – 7-ci günündə Nazilər Kabinetinin üzvləri Bocnurdda xüsusi iclas keçirdikdən sonra bu gün (çərşənbə günü) günorta Həzrət Ayətullah Xamenei ilə görüşərək vilayət əhalisinin problemlərinin həlli, vilayətin inkişaf tempinin sürətləndirilməsi istiqamətində qəbul etdikləri qərarları ona təqdim etdilər.
Ali Məqamlı Rəhbər Şimali Xorasan əhalisinin müxtəlif təbəqələrinin təmsilçiləri və vilayətin administrasiya rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Şimali Xorasan əhalisinin müxtəlif təbəqələrinin təmsilçiləri və vilayətin administrasiya rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şimali Xorasan əhalisinin müxtəlif təbəqələrindən seçilmiş nümayəndələr və vilayətin administrasiya rəsmiləri ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə xalqa təmənnasız xidmətin ölkə rəsmiləri ilə üçün ilahi nemət olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinin bəsiciləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinin bəsiciləri ilə görüşdü
Şimali Xorasan vilayətinə səfərinin 6-cı günündə – bu gün (bazar ertəsi) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri vilayətin minlərlə bəsicisi ilə görüşdü. Çıxışı əsnasında o vurğuladı: “Bəsic qızıl açardır, Yaradanın İran xalqına hədiyyəsidir. Bu günə qədər o, bir çox düyünləri açdığı kimi, gələcəkdə də ölkənin və cəmiyyətin ehtiyac duyduğu mühüm məsələləri irəli aparacaq”.
Ali Məqamlı Rəhbər on minlərlə Şirvan sakini ilə görüşdü
Ali Məqamlı Rəhbər on minlərlə Şirvan sakini ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şirvanın və ətraf məntəqələrin on minlərlə sakini ilə bu gün (bazar ertəsi) səhər izdihamlı bir atmosferdə baş tutan görüşündə İran xalqının düşmənlərinin son 30 ildə düçar olduqları uğursuzluqlara toxunaraq vurğuladı: “Rəsmilər iqtisadi məsələlərdə üç amilə: elmi yanaşmaya, tədbirli planlamaya və siyasətlərin sabit və ardıcıl şəkildə icrasına tam diqqət yetirməlidirlər ki, Allahın fəzli və xalqın sayıqlığı sayəsində, dünyanın hegemon dövlətləri İranla iqtisadi qarşıdurmada da məğlub olsunlar”.
Ali Məqamlı Rəhbər Şimali Xorasan gəncləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Şimali Xorasan gəncləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şimali Xorasanda yaşayan minlərlə tələbə və şagirdlə, həmçinin digər gənclərlə bu gün (bazar günü) səhər baş tutan izdihamlı görüşündə qeyd etdi ki, həyat tərzi islami tərəqqinin, yeni İslam sivilizasiyasının formalaşdırılmasının əsas və gerçək aspektidir.
Ali Məqamlı Rəhbər Şimali Xorasanın şəhid ailələri, əlil və veteranları ilə görüşdü
Ali Məqamlı Rəhbər Şimali Xorasanın şəhid ailələri, əlil və veteranları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şimali Xorasan vilayətində yaşayan şəhid ailələri, əlil və veteranlarla bu gün (şənbə günü) günortadan sonra keçirdiyi görüşdə qeyd etdi ki, gənc nəslin simasında İslam İnqilabına qoşulan yeni və saysız-hesabsız pöhrələr şəhidlərin qanının bərəkəti sayəsində ortaya çıxmış heyrətamiz bir təzahürdür.
Ali Məqamlı Rəhbər İsfərayen əhalisi ilə görüşdü
Ali Məqamlı Rəhbər İsfərayen əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) – Şimali Xorasan vilayətinə səfərinin 4-cü günündə Darülquran İsfərayen rayonunda olaraq Təxti adına İdman Kompleksində saatlarla onu gözləmiş on minlərlə şəhər əhalisi ilə görüşdü.
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinin ali və orta məktəb müəllimləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinin ali və orta məktəb müəllimləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Şimali xorasan vilayətinin ali və orta məktəb müəllimləri, universitet elmi şuralarının üzvləri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər uşaqları lap erkən çağlardan gözəl keyfiyyətlər əsasında formalaşan şəxsiyyət kimi yetişdirmək lazım olduğunu qeyd edərək vurğuladı: “Ölkənin ən başlıca ehtiyacı gənc nəsildə gələcəyə ümid, sevinc və özünəinam əhval-ruhiyyəsinin yaradılmasıdır”.
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinin ruhani ictimaiyyəti ilə görüşdü
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinin ruhani ictimaiyyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şimali Xorasan vilayətinin ilahiyyatçı alimləri, tanınmış ruhaniləri və dini təhsil alan tələbələri ilə bu gecə (çərşənbə günü) baş tutan görüşündə ruhaniyyətin İslam dövlətindən ayrılmaz olduğunu, İslam İnqilabının qələbəsinin ruhanilərə din təlimlərini yaymaq üçün böyük fürsət yaratdığını qeyd edərək vurğuladı: “Teoloji mərkəzlər və ruhani ictimaiyyəti elm sahəsində ikiqat səy göstərib dərin elmi biliklərlə silahlanmaqla, həmçinin yeni təfəkkür tərzi ilə tanış olub gənc nəsil, xüsusilə tələbələrlə mütəmadi əlaqə saxlamaqla İslam dövlətinə xidmət etməli, onun gücləndirilməsi istiqamətində çalışmalıdırlar”.
Ali Məqamlı Rəhbər Şimali Xorasan əhalisi ilə görüşdü
Ali Məqamlı Rəhbər Şimali Xorasan əhalisi ilə görüşdü
Ətrək diyarı möhtəşəm və unudulmaz bir gün yaşadı. Şimali Xorasan vilayətinin mərkəzi olan Bocnurd bu gün müsəlman İranının döyünən qəlbi idi. Şimali Xorasan əhalisinin bir neçə həftə davam etmiş intizarından sonra, nəhayət, bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu vilayətə səfərinə başladı.
Ali Məqamlı Rəhbər ölkə elitasının yüzlərlə gənc təmsilçisi ilə görüşdü
Ali Məqamlı Rəhbər ölkə elitasının yüzlərlə gənc təmsilçisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə elitasının minə yaxın gənc, parlaq istedadlı təmsilçisi ilə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, ziyalı gənclər arasında mövcud olan sevinc və optimizm əhval-ruhiyyəsini qoruyub saxlamaq və daha da gücləndirmək, gənc istedadların elm və tədqiqat sahəsində inkişafı üçün daha geniş imkanlar yaratmaq, Qərbin elmi inkişafından qorxub-çəkinmək əvəzinə, daxili elmin inkişafına diqqət yetirmək, ölkə elitasında xalqın gələcəyinə qarşı məsuliyyət hissini gücləndirmək, indiyə qədər əldə edilmiş elmi nailiyyətlərlə qane olmamaq ölkənin sürətli elmi inkişaf tempini davam etdirmək üçün zəruri şərtlərdir.

Seçilmiş ünvanlar