Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər mərhum Hacı Abdullah Valinin ailəsi ilə görüşdü
Ali Məqamlı Rəhbər mərhum Hacı Abdullah Valinin ailəsi ilə görüşdü
Mərhum Hacı Abdullah Valinin vəfatının ildönümü ərəfəsində onun ailəsi ilə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei iş görərkən ixlaslı və dözümlü olmağın müsbət təsir və bərəkətlərinə toxunaraq dedi: “Hay-küysüz, ixlasla görülən işlər ümumilikdə İslam Respublikasının əsaslarına təsir göstərərək onu möhkəmləndirir”.
Ali Məqamlı Rəhbər parlamentin 9-cu çağırışında təmsil olunan deputatlarla görüşdü
Ali Məqamlı Rəhbər parlamentin 9-cu çağırışında təmsil olunan deputatlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın İslami Şura Məclisinin 9-cu çağırışına seçdiyi deputatlarla bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə aşağıdakıları vurğuladı: “Parlament öz mühüm və başlıca vəzifələrinə əməl edərkən canlı, dinamik və yüksək ruhlu bir parlamentin meyarlarını özündə əks etdirməklə yanaşı, müxtəlif aspektli siyasi, əxlaqi və maliyyə məsələləri baxımından da sağlam olmalıdır”.
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın buraxılış mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın buraxılış mərasimində iştirak etdi
Bu gün – rəcəb ayının ilk günü, Həzrət İmam Baqirin (ə) mövludu və Xürrəmşəhrin fəth olunduğu 3 xordad tarixində İmam Hüseyn (ə) adına Hərbi Akademiyada İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə müdavimlərin buraxılış mərasimi keçirildi. İmam Hüseyn (ə) adına Akademiyanın həyətinə daxil olan Ali Baş Komandan ilk olaraq İmam Zamanın (ə.f) şəhid məxfi əsgərlərinin məzarlarını ziyarət edib “Fatihə” oxuyaraq Müqəddəs Müdafiədə şəhid olmuş insanların xatirəsini yad etdi.
Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə dövrünün əlil və veteranlarından bir qrupu ilə görüşdü
Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə dövrünün əlil və veteranlarından bir qrupu ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əlil və veteranlardan bir qrupu ilə görüşü zamanı Müqəddəs Müdafiə illərini incəliklə işlənmiş, gözəl bir tabloya bənzədərək dedi: “İslam İnqilabı ilə başlamış yol davam edəcək! İnsanları Müqəddəs Müdafiə günlərindəki gözəlliklərlə yaxından tanış etmək üçün yüksək sənət meyarlarına cavab verən minlərlə kitab yazılmalıdır ki, döyüşçülərin fədakarlığı ən xırda detalları ilə xalqa açıqlansın”.
Ali Məqamlı Rəhbər ölkənin məddahları ilə görüşdü
Ali Məqamlı Rəhbər ölkənin məddahları ilə görüşdü
İsmət və paklıq xanımı Fatimeyi-Zəhranın (s.ə) anadan olması münasibətilə İmam Xomeyni hüseyniyəsi Peyğəmbər Kövsərinin fəzilət və mənqəbələri ilə doldu.
İslam İnqilabının Rəhbəri Həzrət Fatimənin (s.ə) dünyaya gəldiyi bu tarixi və unudulmaz günü və İmam Xomeyninin (r.ə) doğum günü ilə üst-üstə düşməsinin mənəvi əhəmiyyətini qeyd etdi.
Ali Məqamlı Rəhbər 9-cu çağırış İslami Şura Məclisinə seçkilərinin ikinci mərhələsində iştirak etdi
Ali Məqamlı Rəhbər 9-cu çağırış İslami Şura Məclisinə seçkilərinin ikinci mərhələsində iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər səsvermə mərasiminin ilk dəqiqələrində 9-cu çağırış İslami Şura Məclisinə seçkilərinin 2-ci mərhələsində iştirak etdi. Həzrət Ayətullah Xamenei seçkilərdə nə qədər çox insan iştirak etməsinin məclis nümayəndələrinin etibar və baçarığının göstəricisi olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi ilə əlaqədar keçirilən əza mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi ilə əlaqədar keçirilən əza mərasimində iştirak etdi
Bu gecə (çərşənbə axşamı) məğrib və işa namazlarından sonra İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam Peyğəmbərinin (s) gül balası Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi ilə əlaqədar matəm mərasimi təşkil olundu. Höccətül-İslam vəl-muslimin Seyid Əhməd Xatəminin nitqi, cənab Mahmud Kəriminin mərsiyələri ilə davam edən məclisdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də iştirak etdi.
Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi günü) səhər İraqın baş naziri Nuri Maliki və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər ərəb dünyasında və regionda İraqın qüdrətinin günü-gündən artdığına toxunaraq bunun İran İslam Respublikasını son dərəcə sevindirdiyini bildirdi.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr olunmuş ilk əza gecəsində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr olunmuş ilk əza gecəsində iştirak etdi
Bu ərəfədə İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) vəfatı ilə bağlı matəm günləri yaşanır. Bu münasibətlə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq təcəssümü Xanım Zəhraya (s.ə) həsr olunan ilk əza məclisi təşkil olundu.

Seçilmiş ünvanlar