Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Şərqi Azərbaycanda zəlzələdən zərər çəkmiş bölgələrin əhalisi ilə görüşdü
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycanda zəlzələdən zərər çəkmiş bölgələrin əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Şərqi Azərbaycan vilayətinin zəlzələdən ziyan görmüş bölgələrinə baş çəkərək əhali ilə görüşdü. İnsanların dərdinə şərik olduğunu ifadə edən Ali Məqamlı Rəhbər xəsarətin həcmi, zəlzələ nəticəsində zərər çəkmiş insanlara göstərilən yardım tədbirləri ilə yaxından tanış oldu.
Ali Məqamlı Rəhbər azadələrlə görüşdü
Ali Məqamlı Rəhbər azadələrlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra yüzlərlə vüqarlı azadə ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər yenidən bir neçə gün öncə Şərqi Azərbaycanın bəzi bölgələrində baş vermiş zəlzələ nəticəsində ziyan çəkən insanlarla həmdərd olduğunu ifadə edərək Qüds məsələsini İslam dünyasının əsas problemi adlandırdı.
Ali Məqamlı Rəhbər ölkə universitetlərində dərs deyən professorlarla görüşdü
Ali Məqamlı Rəhbər ölkə universitetlərində dərs deyən professorlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra ölkə universitetlərində fəaliyyət göstərən yüzlərlə professor, tədqiqatçı və elmi işçi ilə görüşdü. Görüş əsnasında Ali Məqamlı Rəhbər dünyanın yeni bir siyasi, iqtisadi və sosial quruluşa keçid, dəyişikliklər mərhələsində olduğunu dedi.
Ali Məqamlı Rəhbər tələbələrlə görüşdü
Ali Məqamlı Rəhbər tələbələrlə görüşdü
Bu gün (çərşənbə axşamı) günortadan sonra ölkə universitetlərinin minə yaxın fəal və seçilən tələbəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə üz-üzə və səmimi bir atmosferdə görüşdü. Təxminən üç saat yarım davam edən görüş zamanı tələbələr Ali Məqamlı Rəhbərlə söhbət edərək universitetlər, elm, mədəniyyət, ictimaiyyət, siyasət və iqtisadiyyatla bağlı müxtəlif məsələlər haqda fikir mübadiləsi apardılar.
Ali Məqamlı Rəhbər şairlərlə görüşdü
Ali Məqamlı Rəhbər şairlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Həsən Müctəbanın (ə) mövludu günündə fars dili və ədəbiyyatı ustadlarından, gənc şairlərdən bir qrupu ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər ölkədə şeir karvanının sürət və uzaqgörənliklə, düzgün istiqamətdə irəlilədiyini qeyd edərək dedi: “Bu hərəkatın davam etdirilməsi ilə sevimli İranımız dünya, xüsusən də region mədəniyyətinə bir daha öz dəyərli töhfəsini verəcək”.
Ali Məqamlı Rəhbər tədqiqatçılar və elmi əsaslı şirkətlərin rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər tədqiqatçılar və elmi əsaslı şirkətlərin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei elm və texnologiya sferasında tədqiqat aparan mütəxəssislər, novator insanlar, habelə elmi əsaslı şirkətlərin, elm və texnologiya parklarının rəsmiləri ilə bu gün günortadan sonra baş tutan görüşündə elmin ölkənin coşub-daşan, tükənmək bilməyən sərmayəsi olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının yeni baş katibini təyin etdi
Ali Məqamlı Rəhbər İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının yeni baş katibini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Mohsen Ərakinin İslam Məzhəblərini Yaxınlaşdırma təşkilatının baş katibi, Höccətül-İslam vəl-muslimin Məhəmmədəli Təsxirinin isə Ali Məqamlı Rəhbərliyin İslam dünyasının işləri üzrə ali müşaviri vəzifəsinə təyin olunmaları ilə bağlı sərəncam imzaladı.
Ədliyyə strukturunun yüksək vəzifəli rəsmiləri ilə görüş
Ədliyyə strukturunun yüksək vəzifəli rəsmiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri, yüksək vəzifəli rəsmiləri və hakimlərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, cəmiyyətdə ədalətli mühakimənin gerçəkləşdirilməsi məqsədilə ədliyyə strukturunun təkmilləşdirilməsi əsas hədəfdir. Bu hədəfə çatmaq üçün vacib olan bəzi məqamları geniş şərh edən Ali Məqamlı Rəhbər hazırkı şəraitdə bütün dövlət strukturları, özəlliklə də üçlü hakimiyyət qüvvələri arasında əməkdaşlığın şəri cəhətdən vacib və lazımlı olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər 29-cu Beynəlxalq Quran Müsabiqəsinin seçilən iştirakçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər 29-cu Beynəlxalq Quran Müsabiqəsinin seçilən iştirakçıları ilə görüşdü
Həzrət Əbulfəzl Abbasın (ə) mübarək mövludu günündə 29-cu Beynəlxalq Quran Müsabiqəsinin seçilən ustadları, qariləri və hafizləri İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək Qurani-Kərimlə nurlu bir ünsiyyət məclisi qurdular, Quranın səmavi ayələrindən tilavət edərək Uca Yaradana həmd-səna etdilər.
Ali Məqamlı Rəhbər əlil və veteranların evlərinə nümayəndə heyətləri göndərdi
Ali Məqamlı Rəhbər əlil və veteranların evlərinə nümayəndə heyətləri göndərdi
Həzrət Əbulfəzl Abbasın (ə) mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar günü ilə əlaqədar olaraq, bu gün (bazar günü) səhər Tehran və Məşhəddə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən ezam olunmuş 6 nümayəndə heyəti bir qrup əlil və veteranı evlərində ziyarət edərək bu insanların rəşadətinə, səbir və dözümünə böyük dəyər verildiyini ifadə etdilər.
Ali Məqamlı Rəhbər dövlət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşdü
Ali Məqamlı Rəhbər dövlət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşdü
Bu gün səhər – əzəmətli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün seçildiyi mübarək Məbəs bayramı günündə dövlət rəsmilərindən, müsəlman ölkələrinin səfir və nümayəndələrindən, şəhid ailələrindən bir qrupu ilə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu gün bəşər cəmiyyəti besətdən doğan saysız-hesabsız nurlar içərisindən 2 şeyə təcili ehtiyac duyur: məfkurələrin oyanışı və mənəvi saflaşma”.
Ali Məqamlı Rəhbər Peyğəmbərin (s) besəti münasibətilə bir qrup məhkumun əfvinə razılıq verdi
Ali Məqamlı Rəhbər Peyğəmbərin (s) besəti münasibətilə bir qrup məhkumun əfvinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin əzəmətli İslam peyğəmbəri (s), peyğəmbərlərin sonuncusu Məhəmməd Mustafanın (s) besəti münasibətilə, ümumi və inqilab məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 871 məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsi ilə bağlı təklifini müsbət cavablandırdı.

Seçilmiş ünvanlar