
Xəbərlər


Ali Məqamlı Rəhbər Ayətullah Xoşvəxtə cənazə namazı qıldı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər Tehran Universitetində rəbbani alim, Allaha doğru mənəvi yüksəliş yolunun yolçusu Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəxtin (Allah ona Behişti nəsib etsin!) cənazə mərasimində iştirak etdi.

Ali Məqamlı Rəhbər iranlı güləşçiləri dünya kubokunda qazandıqları qələbə münasibəti ilə təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehranda keçirilən dünya kubokunda İranı təmsil etmiş qəhrəman güləşçilərə, onların məşqçilərinə, komandaların rəsmilərinə bu axşam (cümə günü) ünvanladığı müraciətdə ölkənin sərbəst güləş üzrə milli yığmasını kubokda qazandığı birincilik, Yunan-Roma güləşi üzrə milli yığmanı isə vitse-çempion adı qazanması münasibəti ilə təbrik edir.

Ali Məqamlı Rəhbər Ayətullah Xoşvəxtin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəxtin vəfatı ilə əlaqədar ünvanladığı başsağlığı müraciətində qeyd edir ki, bu rəbbani alimin, Allaha doğru mənəvi yüksəliş yolunun yolçusunun vəfatı o dahi insanın mənəvi məqamına bələd olan şəxslər üçün kədər dolu bir müsibət, bu Tanrı arifinin şagirdləri, onun feyz dolu şəxsiyyətinə mənən bağlı olanlar üçün böyük bir itkidir.

Ali Məqamlı Rəhbər “Əmmar” Xalq Kinofestivalının təşkilatçı rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Əmmar” Xalq Kinofestivalının təşkilatçı rəsmiləri ilə bu gün (çərşənbə axşamı) baş tutan görüşündə qeyd etdi ki, kinofestivalda din və dini bilgilər mövzusuna, həmçinin İslam İnqilabına və inqilabi dəyərlərə diqqət yetirilməsi mübarək bir addımdır. O vurğuladı: “İslami mövzulu incəsənətə və dini kinematoqrafiya yanaşmada uzunmüddətli hədəflər nəzərdə tutulmalı, dəqiq planlama həyata keçirilməli, gələcəyə ümidlə baxılmalı, maksimum effekt əldə etmək üçün incəsənətin imkanlarından münasib şəkildə istifadə olunmalıdır”.

Ali Məqamlı Rəhbər minlərlə azərbaycanlı ilə görüşdü
Bu gün (şənbə günü) səhər minlərlə Təbriz sakini ilə coşğulu bir atmosferdə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çıxışında olduqca mühüm məqamları qeyd etdi. O, Amerika rəsmilərinin müzakirələrlə bağlı məntiqsiz davranış və fikirlərinə toxunaraq İran xalqının və İslam dövlətinin bu sferada tam məntiqli davrandıqlarını izah etdi.

Ali Məqamlı Rəhbər Qum Teoloji Mərkəzinin Müdərrislər Cəmiyyətinə həsr olunmuş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum Teoloji Mərkəzinin Müdərrislər Cəmiyyətinin 50 illik elmi, mədəni və siyasi fəaliyyətini təqdir etmək məqsədilə “Yarım əsrlik iştirak” adı altında keçirilən konfransa ünvanladığı müraciətdə bu mübarək teoloji qurumun 50 il ərzində ixlasla göstərdiyi səyləri layiqincə dəyərləndirməyin vacibliyini vurğuladı.

Ali Məqamlı Rəhbər milli istehsal, İran insanının əməyinin və sərmayəsinin himayəsi ilə bağlı ümumi siyasətləri elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinin icrasına müvafiq olaraq, Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra milli istehsal, İran insanının əməyinin və sərmayəsinin himayəsi ilə bağlı müəyyən olunmuş başlıca siyasətləri elan edərək bildirdi ki, hökumət kabineti bu siyasətlərin mümkün olan tez bir zamanda reallaşmasını sürətləndirməli, bu sahədə əsas təlimatları verməli və tələb olunan hüquqi proseduraların həyata keçirilməsini təmin etməlidir.

Ali Məqamlı Rəhbər İran xalqını təqdir etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər fakültativ fiqh mühazirəsində 22 bəhmən günü möhtəşəm və əzəmətli bir milli qəhrəmanlığa imza atmış İran xalqının gözüaçıqlığını, qəhrəmanlığını, həssas anları dəyərləndirmə bacarığını təqdir edərək xalqın ictimai-siyasi proseslərdə bu cür izdihamlı iştirakını böyük bir hadisə adlandırdı.

Ali Məqamlı Rəhbər Hərbi Hava Qüvvələrinin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hava Qüvvələrinin yüksək rütbəli zabitləri, rəsmiləri və digər heyəti ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə qeyd etdi ki, Amerikanın İrana qarşı cürbəcür təzyiq və təhdidləri 34 ildir davam etdirməsi və paralel olaraq, bu dövlətin rəsmilərinin İslam Respublikası ilə danışıqlara hazır olduqlarını bəyan etmələri Amerikanın heç də xoşniyyətli olmadığını göstərir.

Ali Məqamlı Rəhbər Dr. Həsən Həbibinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dr. Həsən Həbibinin vəfatı ilə əlaqədar ünvanladığı başsağlığı müraciətində onun İran İslam Respublikasına etdiyi xidmətlərin tarixçəsinə toxunaraq mərhum Dr. Həbibinin sadiq, əsl ruhani təbiətli, daim xalqa xidmətə can atan bir mömin olduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbər İmam Xomeyni (r.ə) hərəmini və “Beheşte-Zəhra” şəhid məzarlığını ziyarət etdi
İslam İnqilabının Fəcr dekadası və İmam Xomeyninin (r.ə) İrana tarixi dönüşünün ildönümü ərəfəsində bu gün (çərşənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum imamın müqəddəs hərəmini ziyarət etdi, “Fatihə” oxuyaraq İran İslam Respublikasının banisinin xatirəsini ehtiramla andı.

Ali Məqamlı Rəhbər hökumət nümayəndələri və İslami Vəhdət Konfransında iştirak edən qonaqlarla görüşdü
Rəhmət elçisi, sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və o həzrətin əziz balası İmam Sadiqin (ə) başdan-başa nur saçan mübarək mövludlarına təsadüf edən bir vaxtda – bu gün (çərşənbə axşamı) hökumət nümayəndələri, 26-cı İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlar, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin təmsilçiləri İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi
Sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və İmam Sadiqin (ə) mübarək mövlud günləri, həmçinin İran İslam İnqilabının möhtəşəm qələbəsinin 34-cü ildönümü ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən mühakimə edilmiş 1298 məhkumun cəzasının əfvinə, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Ali Məqamlı Rəhbər əməkdar Quran ustadı Hacı Məhəmmədəli Əvhədinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əməkdar Quran ustadı Hacı Məhəmmədəli Əvhədinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Silahlı Qüvvələrin İnformasiya Toxunulmazlığı İdarəsinin rəsmiləri və əməkdaşları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günorta Silahlı Qüvvələrin İnformasiya Toxunulmazlığı İdarəsinin rəsmiləri və əməkdaşları ilə görüşdü. Görüş zamanı o qeyd etdi ki, səbirli olub Allaha təvəkkül edənlərə, Allahın dininə yardım edənlərə yardım ediləcəyi barədə verilmiş ilahi vəd, mütləq, gerçəkləşəcək.

Ali Məqamlı Rəhbər Avropadakı İslami Tələbə Təşkilatları Assosiasiyasına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropadakı İslami Tələbə Təşkilatları Assosiasiyasının 47-ci illik qurultayına ünvanladığı müraciətdə aşağıdakıları vurğuladı: “İran xalqının dünyanın istənilən yerində olan dəyərli gənc övladları ölkənin idarəçiliyində həlledici rol oynamağa, müəyyən olunmuş perspektivlərə aparan yolda böyük və sürətli addımlar atmağa hazırlaşmalıdırlar”.

Ali Məqamlı Rəhbər Qum əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum şəhərinin mömin və inqilabçı əhalisi ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, Qum camaatının 19 dey qiyamının mübarək və həlledici nəticələri Allahın danılmaz vədlərinin mütləq surətdə gerçəkləşməsinin təzahürüdür.
Ali Məqamlı Rəhbər Ayətullah Tehraninin xatirəsinə matəm mərasimi təşkil etdi
Bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü və iştirakı ilə ruhani alim, əxlaq ustadı Ayətullah Hacıağa Müctəba Tehraninin xatirəsinə anım və matəm mərasimi keçirildi.
