Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Qum əhalisi ilə görüşdü
Ali Məqamlı Rəhbər Qum əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum şəhərinin mömin və inqilabçı əhalisi ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, Qum camaatının 19 dey qiyamının mübarək və həlledici nəticələri Allahın danılmaz vədlərinin mütləq surətdə gerçəkləşməsinin təzahürüdür.
Ali Məqamlı Rəhbər Ayətullah Tehraninin dəfn mərasimində iştirak edərək mərhuma cənazə namazı qıldı
Ali Məqamlı Rəhbər Ayətullah Tehraninin dəfn mərasimində iştirak edərək mərhuma cənazə namazı qıldı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər ruhani alim, əxlaq müəllimi Ayətullah Hacıağa Müctəba Tehraninin dəfn mərasimində iştirak etdi.
Tehrandakı Şəhid Mütəhhəri adına ali mədrəsədə qədirbilən xalqın, üçlü hakimiyyət qüvvələrinin başçılarının, ölkə və ordu rəsmilərinin iştirakı ilə, emosiyalarla dolu izdihamlı bir atmosferdə keçən mərasim zamanı Ali Məqamlı Rəhbər o aliqədr alimin cənazəsinə meyit namazı qıldı.
Ali Məqamlı Rəhbər Ayətullah Müctəba Tehraninin vəfatı ilə əlaqədar başsağlığı verdi
Ali Məqamlı Rəhbər Ayətullah Müctəba Tehraninin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacıağa Müctəba Tehraninin vəfatı ilə bağlı etdiyi müraciətdə elminə əməl edən o ruhani alim və əxlaq ustadının dünyadan getməsini Tehranın teoloji mərkəzi, ruhani ictimaiyyəti və dini icması üçün böyük itki adlandıraraq baş vermiş müsibətlə əlaqədar mərhumun möhtərəm ailə üzvlərinə başsağlığı dilədi.
Ali Məqamlı Rəhbər Səhiyyə Xeyriyyəçiləri Təşkilatının üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Səhiyyə Xeyriyyəçiləri Təşkilatının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Səhiyyə Xeyriyyəçiləri Təşkilatının üzvləri ilə bu gün (bazar ertəsi günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, sağlamlıq, səhiyyə və müalicə mövzuları ölkənin başlıca prioritetləri, birinci dərəcəli məsələləri sırasına aiddir. O, bu sahədə həyata keçirilmiş ictimai fəaliyyətləri təqdir edərək dedi: “İş görmək meydanına insanların imanı, bacarığı və stimulu çıxanda işlər ikiqat artıq bərəkət kəsb edir, problemlər həll olunur”.
Ali Məqamlı Rəhbər Əllamə Qütbəddin Şiraziyə həsr olunmuş konfransa müraciət etdi
Ali Məqamlı Rəhbər Əllamə Qütbəddin Şiraziyə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əllamə Qütbəddin Şiraziyə həsr olunan beynəlxalq konfransa ünvanladığı müraciətdə ölkədəki elmi çiçəklənmə dövrünü geniş surətdə açıqlamağın, görkəmli şəxsiyyətləri bugünkü gənc nəslə bir örnək kimi tanıtmağın vacib olduğunu vurğulayaraq dedi: “Belə örnəklər olduğu halda, bizim orta əsrlər Avropasının qaranlıq dərinliklərindən kimlərisə tapıb çıxarmağımıza və onları görkəmli şəxsiyyətlər kimi təqdim etməyimizə heç bir lüzum yoxdur”.
Ali Məqamlı Rəhbər “İslam dünyasının universitet müəllimləri və islami oyanış” konfransının iştirakçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər “İslam dünyasının universitet müəllimləri və islami oyanış” konfransının iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “İslam dünyasının universitet müəllimləri və islami oyanış” mövzusuna həsr edilmiş beynəlxalq konfransın iştirakçısı olan yüzlərlə universitet müəllimi, ziyalı və görkəmli elm xadimi ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə islami oyanış mövzusunun əhəmiyyətini açıqlamaqla yanaşı, inqilab etmiş ölkələrdə İslamın, İslam şəriətinin, eləcə də xalqın tutduğu mövqeyi kompleks şəkildə təhlil etdi, bu ölkələrin üzləşə biləcəyi risk və təhlükələrdən danışdı.
Ali Məqamlı Rəhbər Mirzə Kiçik xan Cəngəliyə həsr olunmuş konqresə müraciət ünvanladı
Ali Məqamlı Rəhbər Mirzə Kiçik xan Cəngəliyə həsr olunmuş konqresə müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mirzə Kiçik xan Cəngəlinin xatirəsinə həsr edilmiş konqresə ünvanladığı müraciətdə Mirzə Kiçik xanın hərəkatının yüzdə-yüz dini-ideoloji bir hərəkat olduğunu qeyd edərək vurğuladı: “O, özünə aid hüdudlar içərisində – Gilanda – İslam dövlətinə miniatür bir nümunə yaratmışdı”.
Ali Məqamlı Rəhbər Ordunun Dəniz Qüvvələrinin rəsmiləri və komandanları ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun Dəniz Qüvvələrinin rəsmiləri və komandanları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin rəsmiləri və komandan heyəti ilə bu gün (çərşənbə axşamı) günorta keçirdiyi görüşdə İİR-in qarşıya qoyduğu ali hədəflərə, İslam dövlətinin bu hədəflərin qazanılması yolunda əldə etdiyi ardıcıl nailiyyətlərə toxunaraq dedi: “Dünya və regiondakı vəziyyətə nəzər saldıqda bu proseslərə İslam Respublikasının effektiv təsirini açıq-aydın görmək mümkündür”.
Ali Məqamlı Rəhbər “Salehin” layihəsinin fəalları ilə görüşdü
Ali Məqamlı Rəhbər “Salehin” layihəsinin fəalları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Şəcəre-ye teyyibe-ye salehin” layihəsinin fəalları ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə bəsicin İslam İnqilabının möcüzələrindən biri olduğunu dedi. Ölkənin, xalqın, inqilabın və tarixin bəsicə daim ehtiyac duyduğunu bildirən Ali Məqamlı Rəhbər bu qurumun fəaliyyətinin keyfiyyət baxımından yüksəldilməsini vurğuladı.
Ali Məqamlı Rəhbər 4-cü strateji ideyalar konfransında iştirak etdi
Ali Məqamlı Rəhbər 4-cü strateji ideyalar konfransında iştirak etdi
150-yə yaxın elm xadimi, fikir adamı, universitet və teoloji mərkəz müəllimi, tədqiqatçı və elmi əsər müəllifi ötən gecə (çərşənbə axşamı günü) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə 4-cü strateji ideyalar konfransında bir araya gələrək “azadlıq” mövzusunun müxtəlif aspektləri ətrafında fikir mübadiləsinə başladı.
Ali Məqamlı Rəhbər Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr edilmiş konfransa müraciət ünvanladı
Ali Məqamlı Rəhbər Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr edilmiş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə aşağıdakıları vurğuladı: “O böyük alim yüksək şəxsi keyfiyyətlərə sahib idi. Onlardan ən bariz olanı dini məsələlərdə mətinliyi, dinə əsasən seçdiyi mövqelərin üzərində möhkəm durması idi”.

Seçilmiş ünvanlar