
Xəbərlər


Ali Məqamlı Rəhbər 1393-cü ilin gəlişi münasibətilə xalqa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hicri-şəmsi təqvimi ilə yeni – 1393-cü ilin gəlişi ilə əlaqədar olaraq, İran xalqına müraciət etdi. Ali Məqamlı Rəhbər öz müraciətində dünyanın müxtəlif yerlərində yaşayan əziz həmvətənlərimizi, xüsusilə də şəhid ailələrini, əlil və veteranları, İslam dini və İran İslam Respublikası yolunda əzab-əziyyətə qatlaşmış insanları yeni il və Novruz bayramı münasibətilə təbrik edərək qarşıdan gələn yeni ili “Xalqın əzmi, rəsmilərin cihad ruhlu fəaliyyəti ilə iqtisadiyyat və mədəniyyət ili” elan etdi.
Ali Məqamlı Rəhbər “Nur yolçuları” adlanan ekskursiya qruplarının təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi günü) səhər ölkədə təşkil olunan “Nur yolçuları” adlı ekskursiya qruplarının təşkilatçıları ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər qeyd etdi ki, Müqəddəs Müdafiə dövründə döyüş əməliyyatlarının getdiyi məntəqələrə ekskursiyaların təşkil edilməsi böyük bir tarixi hadisə olan Müqəddəs Müdafiə savaşının şanlı epizodlarını xalqa və gənc nəslə tanıtdırmaq istiqamətində göstərilən, ilahi və inqilabi dəyərə malik son dərəcə layiqli bir təşəbbüsdür.

Ali Məqamlı Rəhbər dünya çempionatında qazandıqları qələbəyə görə İranın sərbəst güləş üzrə milli yığmasına təşəkkürünü bildirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin sərbəst güləş üzrə milli yığmasına və komandanın məşqçilərinə rəsmi müraciət ünvanlayaraq Amerikada keçirilən dünya çempionatında qazandıqları inamlı qələbəyə görə onlara təşəkkür və qədirdanlığını bildirmişdir.

Ali Məqamlı Rəhbər Şəhid Kavənin atasının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhid komandir Mahmud Kavənin atasının vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər müqavimət iqtisadiyyatının struktur komponentlərini, zərurətlərini və bu iqtisadiyyatın gerçəkləşməsi üçün tələb olunan şərtləri şərh etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müxtəlif strukturların rəsmiləri, iqtisadiyyat sferasının fəalları, elmi, media və nəzarət mərkəzlərinin rəhbərləri ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə müqavimət iqtisadiyyatının siyasətlərinin struktur komponentlərini, bu siyasətlərin işlənib hazırlanması zərurətini yaratmış və bu prosesdə stimul rolunu oynamış amilləri, habelə onların gerçəkləşdirilməsi sahəsində tələb olunan şərtləri və rəsmilərdən olan gözləntiləri şərh etdi.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və məclis üzvləri görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə etdiyi mühüm çıxışı zamanı dünyadakı bəzi reallıqları sadalamaqla yanaşı, hazırkı həssas və mürəkkəb şəraitdə İslam dövlətinin rəsmilərinin öhdəsinə düşən başlıca vəzifələrdən danışdı.

Ali Məqamlı Rəhbər yeni təyinatla bağlı sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əliəsğər Dəstğeybin İmamzadə Şahçıraq kimi tanınan Həzrət Əhməd ibn Musanın (ə) müqəddəs hərəminin qoruyucusu təyin edilməsi barədə sərəncam imzaladı.

Ali Məqamlı Rəhbər Təbii Resurslar Həftəsinin başlaması ilə əlaqədar olaraq ağacəkmə aksiyasına qatıldı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Təbii Resurslar Həftəsi ilə əlaqədar olaraq, bu gün (çərşənbə) – Ağacəkmə günü günorta saatlarında ağacəkmə aksiyasına qatılaraq bir ting əkdi.

Ali Məqamlı Rəhbər hakimiyyətin 3 qolunun başçıları ilə görüşdü
Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin elan edilməsinin ardınca – ötən gün (bazar ertəsi) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hakimiyyətin hər 3 qolunun başçılarının iştirakı ilə iclas keçirdi. İclas zamanı bu siyasətlərin hansı yollarla gerçəkləşdiriləcəyi müzakirə edildi.

Ali Məqamlı Rəhbər sadiq və səbirli mücahid mərhum Hacıheydərinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sadiq və səbirli mücahid mərhum Hacıheydərinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər müqavimət iqtisadiyyatının ümumi siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra müqavimət iqtisadiyyatının Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinə əsaslanan ümumi siyasətlərini elan etdi. Ali Məqamlı Rəhbər sözügedən siyasətlərin açıqlandığı sənəddə aşağıdakıları vurğulayır: “İslam dininə və İslam İnqilabına xas mədəniyyətdən qaynaqlanan yerli elmi modelin tətbiqi düşmənin İran xalqı əleyhinə apardığı məcburi iqtisadi müharibədə uğursuzluğuna və geri çəkilməsinə səbəb olacaq. Eləcə də müqavimət iqtisadiyyatı getdikcə artmaqda olan qlobal böhranlar şəraitində islami iqtisadiyyat sisteminin ilhamverici bir modelə çevrilməsini mümkün edəcək, xalqın və fəal iş adamlarının iqtisadiyyat sferasında qəhrəmanlığın gerçəkləşdirilməsində özünəməxsus rol oynamaları üçün münasib zəmin və fürsət yaradacaq”.
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan ostanının Təbriz və digər şəhərlərinin minlərlə sakini ilə bu gün (bazar ertəsi) səhər keçirdiyi izdihamlı görüşdə 22 bəhmən yürüşündə və İslam İnqilabının 35-ci ildönümü ilə əlaqədar keçirilən irimiqyaslı tədbirlərdə öz milli iqtidarını möhtəşəm və əzəmətli şəkildə nümayiş etdirdiyinə görə böyük İran xalqına sonsuz təşəkkürünü bildirərək qeyd etdi ki, builki yürüşün verdiyi iki önəmli mesaj mübarizlik və vəhdət mesajlarıdır.

Ali Məqamlı Rəhbərin inqilabi ruhlu tələbə təşkilatlarına şifahi müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei inqilabi əhval-ruhiyyəli tələbə təşkilatlarına ünvanladığı şifahi müraciətdə qeyd edir ki, soyuq müharibə arenası Əmmarsayağı gözüaçıqlıq və Malik Əştərsayağı mətinlik tələb edir. O həmçinin soyuq müharibənin gənc zabitlərinə xitabən aşağıdakıları vurğulayır: “İmperializm sistemi ilə mübarizə aparmaq üçün bütün güc və imkanlarınızı səfərbər edin və bu yolda Uca Yaradanın vədlərinə əmin olun”.
Ali Baş Komandan Hərbi Hava Qüvvələrinin komandanları, rəsmiləri və şəxsi heyətdən olan bir qrup hərbçi ilə görüşdü
İslam İnqilabının ALi Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərindən və sıravi heyətindən bir qrupu ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, müstəqillik, işğalçı və müdaxiləçi dövlətlərə qarşı mübarizə kimi prinsiplər İslam İnqilabının əsas dayaqlarından biridir. O dedi: "Amerika rəsmilərinin qeyri-etik bəyanatları hər kəs üçün ibrətverici olmalıdır. İran xalqı son müzakirələri və həmin müzakirələr zamanı amerikalıların səsləndirdiyi fikirləri diqqətlə nəzərdən keçirməlidir".

Ali Məqamlı Rəhbər görkəmli din alimi Ayətullah Seyid Məhəmmədbaqir Müvəhhid Əbtəhinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli din alimi Seyid Məhəmmədbaqir Müvəhhid Əbtəhinin vəfatı ilə əlaqdar olaraq rəsmi başsağlığı müracəti etdi.
Ali Məqamlı Rəhbər Fəcr dekadasının ilk günü İmam Xomeyni (r.ə) hərəmini və "Beheşte-Zəhra" şəhid məzarlığını ziyarət etdi
"Əyyamullah"ın (İslam İnqilabının Fəcr dekadasının) ilk günü - İmam Xomeyninin (r.ə) öz islami vətəninə qayıdışının ildönümündə, bu gün (şənbə günü) səhər mərhum İmam Xomeyninin (r.ə) qəbrini ziyarət edən Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei "Fatihə" oxuyaraq İran islam Respublikasının banisinin xatirəsini ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbər Türkiyənin baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkiyənin baş naziri cənab Rəcəb Teyyib Ərdoğanla bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə iki ölkə arasında hazırda mövcud olan qardaşlıq, sevgi və dostluğun son bir neçə əsr ərzində misilsiz olduğunu qeyd edərək vurğuladı: “Hər iki tərəfin sahib olduğu geniş imkan və potensial ikitərəfli əlaqələrin mümkün qədər çox genişləndirilməsi və dərinləşdirilməsi üçün münbit zəmindir”.
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, İslami Vəhdət Konfransının iştirakçıları və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Böyük İslam Peyğəmbəri Həzrət Mustafanın (s) tarixin axarını dəyişmiş mübarək mövludu, həmçinin İmam Cəfər Sadiqin (ə) bərəkət dolu mövludu ilə əlaqədar olaraq, hökumət rəsmilərindən bir qrupu, İslami Vəhdət Konfransının qonaqları və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər İslam dünyasını sonuncu peyğəmbərin (s) gözləntilərini reallaşdırmağa çağıraraq aşağıdakıları vurğuladı: “Bu gün İslam dünyası üçün ən mühüm məsələ vəhdətdir. Bütün məkrli planlara baxmayaraq, vəhdət, gözüaçıqlıq və islami oyanış sayəsində İslam ümmətinin gələcəyi parlaq və ümidverici olacaq”.
