
Xəbərlər


Ali Məqamlı Rəhbər müəllimlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə müəllim və ziyalı ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, elm öyrətmək, düşünməyə alışdırmaq və gözəl əxlaq aşılamaq şərəfli və qürurverici bir peşə olan müəllim peşəsinin 3 əsas elementidir. O, “Təhsil və tərbiyə sistemində dəyişikliklər haqqında sənəd”in icrası üçün operativ fəaliyyət proqramının hazırlanmalı olduğunu vurğuladi.

Ali Məqamlı Rəhbər Ümumdünya Mamalar Günü ilə əlaqədar olaraq, ölkənin Mama-ginekoloqlar Cəmiyyətinin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumdünya Mamalar Günü ilə əlaqədar olaraq, bu gün (bazar ertəsi) günortadan əvvəl İran Mama-ginekoloqlar Cəmiyyətinin rəsmilərindən bir qrupu ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bu peşə sahiblərinin cəmiyyətin sağlamlığının təmin edilməsində, eləcə də bəşər nəslinin davamında olduqca mühüm və dəyərli rola malik olduqlarını qeyd etdi.
Ali Məqamlı Rəhbər MAPNA sənaye kompleksinə baxış keçirərək orada işləyən insanlarla görüşdü
Ölkədə qeyd olunacaq Fəhlə və Zəhmətkeşlər Günü ərəfəsində – bu gün (çərşənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fərdise-Kərəcdə yerləşən MAPNA sənaye kompleksində olaraq şirkətdə çalışan mütəxəssislərin və fəhlə kollektivinin atom, neft, qaz, neft-kimya və dəmiryolu sənayesi sahələrində əldə etdikləri nailiyyətlərə baxış keçirdi.

Ali Məqamlı Rəhbər Sənəndəc şəhərinin sünni əhalisinin imam-cüməsi mamusta Müctəhidinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin üzvü, Sənəndəc şəhərinin sünni əhalisinin imam-cüməsi mamusta Müctəhidinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Ayətullah Mələkutinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Mələkutinin vəfatı ilə bağlı etdiyi rəsmi müraciətdə bu aliqədr alimin dünyadan getməsi ilə əlaqədar olaraq, onun ailə üzvlərinə, tələbələrinə və dostlarına, eləcə də bütün Azərbaycan əhalisinə başsağlığı verir.

Ali Məqamlı Rəhbər Əhli-Beyt (ə) şairləri ilə görüşdü
İki dünyanın seçilmiş xanımı Həzrət Siddiqeyi-Kübranın (s.ə) və onun məhsuldar ömür yaşamış övladı İmam Xomeyninin (r.ə) mübarək mövludları günündə İmam Xomeyni adına hüseyniyə başdan-başa Xanım Fatiməyə (s.ə) xas fəzilət və gözəlliklərin rayihəsi ilə doldu.

Ali Məqamlı Rəhbər Xanım Fatimənin (s.ə) mövludu münasibətilə qadın məhkumlardan bir qrupunun əfvinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin xahişinə əsasən, Həzrət Fatimeyi-Zəhranın (s.ə) bərəkət dolu mövludu münasibətilə, Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən məhkum edilmiş bir qrup qadın məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsinə razılıq verdi.

Ali Məqamlı Rəhbər ziyalı qadınlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ziyalı xanımlarla bu gün (şənbə günü) səhər baş tutan görüşündə qadın və ailə problemi kimi mühüm bir problemin həlli istiqamətində ortaya düzgün bir strategiya qoymaq üçün yüksək səlahiyyətlərə malik bir mərkəzin təsis edilməsinin vacib olduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə iki qonşu ölkə olan İran və Azərbaycan arasındakı tarixi, mədəni və dini bağların ikitərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv amil olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Biz siyasi iradəmizi ortaya qoyub əldə edilmiş razılaşmalara ciddi surətdə əməl etməklə təxribatçı planlara qalib gəlməli, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələri günü-gündən daha da möhkəmləndirməliyik”.

Ali Məqamlı Rəhbər Atom Enerjisi Təşkilatının rəsmiləri və mütəxəssisləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – Milli Nüvə Texnologiyaları Günü səhər Atom Enerjisi Təşkilatının sədri, rəhbər işçiləri və mütəxəssisləri ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, nüvə texnologiyaları sahəsində əldə edilmiş irəliləyişin ölkəyə qazandırdığı ən mühüm nailiyyət milli özünəinamın çox dərin bir formada güclənməsi, digər elm sahələrində irəliləyişlər üçün zəmin yaranmasıdır.

Ali Məqamlı Rəhbər dövlətin başlıca səhiyyə siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinin icrasına müvafiq olaraq, dövlətin Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra müəyyən edilmiş başlıca səhiyyə siyasətlərini elan etdi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsində iştirak etdi
Bu gecə (cümə gecəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərindən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm mərasimi təşkil olundu.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, hakimiyyətin 3 qolunun başçılarının, hökumət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirakı ilə ismət və paklıq mücəssəməsi olan o xanıma həsr edilmiş möhtəşəm əza mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Həzrət Peyğəmbərin (s) gül balası Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Məqamlı Rəhbərin, xalqın müxtəlif təbəqələrindən olan insanların və rəsmilərdən bir qrupunun iştirakı ilə matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş ikinci matəm gecəsində iştirak etdi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş ikinci matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ilk matəm gecəsində iştirak etdi
İslam peyğəmbərinin (s) əziz qızı Həzrət Siddiqeyi-Kübranın (s.ə) şəhadətinin ildönümü ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq təcəssümü olan o xanımın xatirəsinə ilk matəm gecəsi təşkil olundu.
