İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Tehran xəstəxanalarından birində yatan Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvi Kəniyə baş çəkdi.
İslam İnqilabının dahi memarı İmam Xomeyninin (r.ə) vəfatının 25-ci ildönümündə ölkənin dörd bir yanından axışıb gəlmiş Xomeynisevərlər o həzrətin nurlu məqbərəsi yaxınlığında misilsiz bir ehtişam, mübarizlik, qürur və İslam İnqilabının amallarına sevgi nümunəsi təcəssüm etdirdilər, İran xalqının haqq dünyasına qovuşmuş əziz liderinin ideya və amalları ilə bir daha sədaqət əhd-peymanı bağladılar.
Həzrət Zeynülabidin İmam Səccadın (ə) mübarək mövludu günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə Qurani-Kərimin ruhlandırıcı ayələrinin ürəkaçan ətri ilə doldu və 31-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsində iştirak edən yüksək səviyyəli ustad, hafiz və qarilər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin hüzurunda nurani bir Quran məclisi təşkil etdilər.
Bəni-Haşimin qəməri Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Əlil və Veteranlar Günü ilə əlaqədar olaraq, bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin göndərdiyi 4 nümayəndə heyəti Tehranda yaşayan müharibə əlillərindən və veteranlardan bir neçəsini evlərində ziyarət edərək bu insanların səbir, rəşadət və dözümünə sonsuz sayğı ifadə etdilər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Küveytin əmiri cənab Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabah və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə Fars Körfəzi regionunun və bu regionun təhlükəsizliyinin son dərəcə əhəmiyyətli olduğunu qeyd edərək aşağıdakıları vurğuladı: “Regionun təhlükəsizliyi region ölkələrinin hamısı arasında müsbət və sağlam münasibətlərin təmin olunmasından asılıdır”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Hüseyn Məsumi Zərəndinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Bu gün (çərşənbə axşamı) səhər – əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (səllallahu əleyhi və alihi və səlləm) peyğəmbərlik missiyası üçün göndərildiyi mübarək Məbəs bayramının ildönümündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri, xalqın müxtəlif təbəqələrini təmsil edən insanlar, Beynəlxalq Quran Müsabiqəsində iştirak etmək üçün ölkəyə gəlmiş qonaqlar və müsəlman ölkələrinin səfirləri ilə görüş keçirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin sədri və məclis üzvləri ilə bu gün (bazar günü) səhər baş tutan görüşündə qeyd etdi ki, antibəşər niyyətli imperialist cəbhəsi qarşısında duruş gətirməyin yeganə yolu bu cəbhəyə qarşı mübarizə məfkurəsini davam etdirməkdir.
Əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) Məbəs günü, eləcə də Xürrəmşəhrin fəthi və qürurverici “Beytül-müqəddəs” əməliyyatının ildönümündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 72 məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.
Bu gün səhər – 3 xordad Xürrəmşəhrin fəthi və qürurverici “Beytül-müqəddəs” əməliyyatının ildönümü günündə İmam Hüseyn (ə) adına Hərbi Akademiyada Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə məzunların buraxılış mərasimi keçirildi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinə əsasən müəyyən edilmiş “Hökumətin başlıca demoqrafik siyasətləri”ni elan etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei daim xalqın xidmətində olan, ixlaslı ruhani Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Rza Deheştin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin İranın Məktəb Tikən Xeyriyyəçilər Cəmiyyətinin idarə heyətinin üzvləri ilə 15 ordibeheşt 1393-cü il (5 may 2014) tarixli görüşü zamanı etdiyi çıxışın mətni bu gün (şənbə günü) günortadan sonra Tehran ostanının məktəb tikən xeyriyyəçilərinin iştirakı ilə “Səda və Sima” Dövlət Teleradiosunun Beynəlxalq Forumlar Mərkəzində keçirilən ostan üzrə xeyriyyəçilər festivalında oxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Tələbə Təşkilatları Alyansının Hindistan yarımadasında keçirilən 30-cu illik qurultayına ünvanladığı müraciətdə aşağıdakıları vurğulayır: “Düşünmək, elmi biliklərə yiyələnmək, dindarlıq və təmiz əxlaq tələbə və gənclərin gələcəyin quruculuğunda önəmli rolunu qarant altına alan başlıca elementlərdir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yunan-Roma güləşi üzrə Tehranda keçirilən dünya çempionatında qazandıqları qətiyyətli qələbəyə görə İran milli yığmasının idmançılarına rəsmi təbrik müraciəti ünvanladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Ayətullah Meşkininin xatirəsinə həsr olunan konfransın təşkilatçıları ilə 28 fərvərdin 1391-ci ildə (16 aprel 2012-ci il) keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün (cümə axşamı günü) səhər Qumda yerləşən Hədis Evi elmi-mədəni müəssisəsində keçirilən konfransda Ali Rəhbərlik Məqamı Baş İdarəsinin direktoru Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani tərəfindən oxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei böyük din alimi Ayətullah Hacı Seyid Məhəmmədbaqir Şirazinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.
Bu gün – rəcəb ayının 13-ü, müvəhhidlərin mövlası Həzrət Əlinin (ə) mübarək mövlud gününə təsadüf edən bir gündə xalqın müxtəlif təbəqələrini, xüsusilə də İlam ostanının əhalisini təmsil edən minlərlə insan İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pakistanın baş naziri cənab Nəvaz Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (bazar ertəsi) səhər baş tutan görüşündə qeyd etdi ki, İran və Pakistan xalqları arasında gözəl və səmimi əlaqələrin qurulmasına təsir göstərən ən mühüm amil dini və mədəni baxımdan bu iki xalqı birləşdirən çoxsaylı ortaq məqamlardır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin nailiyyətlərini əks etdirən sərgiyə 2 saat müddətində baxış keçirdi.