Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İmam Əlinin (ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi
İmam Əlinin (ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi
Mübarək Ramazan ayının – təkallahlıların sərvəri Həzrət Əli ibn Əbutalibin (ə) məzlumcasına şəhadətinin ildönümünə təsadüf edən - iyirmi birinci günü İslam İnqilabının Ali Məqamlı Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə o həzrətin matəm mərasimi keçirildi.
Təqvalıların imamı Həzrət Əliyə (ə) matəm mərasimi keçirildi
Təqvalıların imamı Həzrət Əliyə (ə) matəm mərasimi keçirildi
Mübarək Ramazan ayının - təqvalıların imamı Əmirül-möminin Həzrət Əlinin (ə) matəm günlərinə təsadüf edən - iyirminci günü İslam İnqilabının Ali Məqamlı Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o əzəmətli imama matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər parlament üzvləri ilə görüşündə yaxşı qanunvericiliyin zəruri şərtlərini açıqladı
Ali Məqamlı Rəhbər parlament üzvləri ilə görüşündə yaxşı qanunvericiliyin zəruri şərtlərini açıqladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər onuncu parlamentin sədr və üzvləri ilə görüşündə İslami Şura Məclisinin güc, əzəmət və bütün fəaliyyətlər üzərindəki mövqeyinin qorunmasının vacibliyini vurğuladı və parlamentdə yaxşı qanunvericiliyin zəruri şərtlərinin necə olmasını açıqladı.
Ali Məqamlı Rəhbər inqilabçı xarakterin beş mühüm cəhətini açıqladı
Ali Məqamlı Rəhbər inqilabçı xarakterin beş mühüm cəhətini açıqladı
Bu gün (cümə) səhər İmam Xomeyninin (r.ə) ziyarətgahında xalqın müxtəlif təbəqələrindən olan böyük insan izdihamı qarşısında mərhum İmamın (r.ə) inqilabçı ibadətkar mömin şəxsiyyət olduğunu, inkişafın, xalq və sistemin hədəflərinin həyata keçməsinin yeganə yolunun millətin inqilabçı imamının yolunu davam etdirmək olduğunu söyləyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei inqilabçı xarakterin beş mühüm cəhətini açıqladı.
Həzrət Məsumənin (s.ə) ziyarətgahında İmam Xomeyninin (r.ə) vəfatının ildönümü mərasimi
Həzrət Məsumənin (s.ə) ziyarətgahında İmam Xomeyninin (r.ə) vəfatının ildönümü mərasimi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin rəhbərliyi ilə Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahının İmam Xomeyni (r.ə) hərəmində məğrib və işa namazlarından sonra İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) ürək dağlayan vəfatının ildönümü, əbədiyaşar on beş xordad qiyamı və onun böyük şəhidlərinin xatirəsinin anım mərasimi keçirilir.

Seçilmiş ünvanlar