Bu gün mübarək Ramazan ayının birinci günü günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə üç saatdan artıq davam edən Quranla ünsiyyət məclisi təşkil edildi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər onuncu parlamentin sədr və üzvləri ilə görüşündə İslami Şura Məclisinin güc, əzəmət və bütün fəaliyyətlər üzərindəki mövqeyinin qorunmasının vacibliyini vurğuladı və parlamentdə yaxşı qanunvericiliyin zəruri şərtlərinin necə olmasını açıqladı.
Bu gün (cümə) səhər İmam Xomeyninin (r.ə) ziyarətgahında xalqın müxtəlif təbəqələrindən olan böyük insan izdihamı qarşısında mərhum İmamın (r.ə) inqilabçı ibadətkar mömin şəxsiyyət olduğunu, inkişafın, xalq və sistemin hədəflərinin həyata keçməsinin yeganə yolunun millətin inqilabçı imamının yolunu davam etdirmək olduğunu söyləyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei inqilabçı xarakterin beş mühüm cəhətini açıqladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin rəhbərliyi ilə Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahının İmam Xomeyni (r.ə) hərəmində məğrib və işa namazlarından sonra İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) ürək dağlayan vəfatının ildönümü, əbədiyaşar on beş xordad qiyamı və onun böyük şəhidlərinin xatirəsinin anım mərasimi keçirilir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin onuncu mərhələsinin açılış mərasimi ilə bağlı müraciət ünvanladı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və Məclisin beşinci mərhələsinə seçilmiş nümayəndələri ilə görüşündə bu məclisin həqiqətən, böyük bir hadisə olduğunu qeyd edərək onun inqilabi mahiyyətini və xəttini açıqladı.
İslam İnqilabının Ali Məqamlı rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin beşinci mərhələsinin işə başlaması münasibətilə verdiyi bəyanatda xalqın etimad və seçimini qazandıqları üçün məclis üzvlərini təbrik etdi.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşdə İran və Əfqanıstan xalqlarının çoxlu müştərək dini, mədəni və tarixi dəyərlərə, habelə ortaq sərhədlərə malik olduğunu dedi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Hindistanın baş naziri cənab Narendra Damodardas Modi ilə görüşdü.
Bu gün (bazar ertəsi) səhər, üç xordad - qürurverici Beytül-müqəddəs əməliyyatı və Xürrəmşəhrin alınmasının ildönümündə Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimi keçirildi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər Tehranın elmi-dini mərkəzlərinin rəhbər heyəti, müəllim və tələbələri ilə görüşdü.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Polis Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşündə təhlükəsizlik məsələsinin birinci dərəcəli məsələ olduğunu qeyd etdi.
Bu gün (cümə axşamı) İslam dininin əzəmətli Peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsinin ildönümünə təsadüf edir. Günün birinci yarısı dövlət işçiləri, İslam dövlətlərinin səfirləri bir qrup şəhid ailəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Cənubi Koreya Respublikasının prezidenti xanım Park Geun-hye ilə görüşdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Fələstin İslami Cihad Hərəkatının baş katibi Cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşü zamanı regionun mövcud vəziyyətinin ümumi analizini verdi.
“İşçi və zəhmətkeşlər günü” ərəfəsində, bu gün səhər minlərlə işçi və zəhmətkeşlə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cəmiyyətin işçi və zəhmətkeş sinfinin inqilab və sistem qarşısındakı vəfa və sədaqət nümayişini yüksək qiymətləndirdi.
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün günün birinci yarısı İnkişafın İran – İslam Modeli Mərkəzinin Ali Şurasının üzvləri ilə görüşü zamanı bildirdi ki, İslam inqilabının məqsədi “İslam mədəniyyətini reallaşdırmaq”dır.
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra CAR-ın prezidenti Ceykob Zuma ilə görüşü zamanı iqtisadi-siyasi əməkdaşlıqların artırılmasının zəruriliyinə toxunaraq demişdir: “Müstəqil dövlətlər bir-birlərinə daha da yaxın olmalı, bəzi böyük güclərin təxribatçı fəaliyyətlərinə baxmayaraq, öz əməkdaşlıqlarını artırmalıdırlar.”