İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə üç qüvvənin rəhbəri, dövlət rəsmilərindən bir qrupu, İslam ölkələrinin səfirləri və “İslam Vəhdəti” konfransının qonaqları ilə keçirdiyi görüşdə bildirdi ki, İslam ümmətinin daxili, regional və qlobal problemlərdən xilas olmasının şərti Həzrət Məhəmmədin (s) təlimlərinə əməl etməkdir: “İslam dünyası izzət və qüdrət istəyirsə, vəhdət və müqaviməti öz sərlövhəsi etməlidir”.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar) Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri və Malik Əştər festivalının seçilmişləri ilə görüşdə düşmənlərin millət və İslam dövləti ilə olan daimi düşmənçiliklərinə işarə edərək vurğuladı ki, bu düşmənçiliklərə qarşı mübarizə Silahlı Qüvvələrin müqaviməti və günbəgün artmaqda olan imkanlarının gücləndirilməsi ilə şərtlənir:
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin 30 mehr 1396-cı il (22 oktaybr 2017) tarixində “Qərbi Azərbaycan əyalətinin 12 min şəhidi” adlı konfransının təşkilatçıları ilə görüşündə verdiyi bəyanatlar bu gün səhər Urmiyada, konfransın keçirildiyi məkanda yayımlandı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Zəkat” illik konfransına göndrdiyi müraciətində bu vacib hökmün yüksək əhəmiyyəti və mövqeyinə işarə edərək zəkat ibadətinin həyata keçirilməsi sahəsində az işlər görüldüyünü tənqid etdi: “İslam Respublikası bu böyük ibadəti öz proqramlarının sərlövhəsi etməlidir”.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bu gün səhər Qum şəhərində 1 xordad 1396-cı il (22 may 2017) tarixində baş tutmuş “Quran və Humanitar Elmlər” adlı konfransın təşkilatçıları ilə elə konfransın təşkil edildiyi məkanda keçirdiyi görüşdə ünvanladığı bəyanatlar yayımlandı.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) Hərbi Dəniz Qüvvələrinin komandirləri və zabitləri ilə görüşündə 7 azər tarixinin Hərbi Dəniz Qüvvələrinin qürur və başıucalıq günü, habelə bu qüvvələrin fədakarlıqlarının təntənəli surətdə qeyd edilməsi üçün simvolik bir gün olduğunu dedi.
Kermanşahda baş vermiş zəlzələ nəticəsində zərər gömüş insanlara yardım göstərmək üçün xalqın Ali Məqamlı Rəhbərlik İdarəsinə birbaşa müraciətlər edərək ödəniş etdiyi nəqd yardımlardan 10 milyard riyalı İslam İnqilabının Ali Rəhbərinin sərəncamına əsasən, ölkənin qərb regionunda baş vermiş zəlzələ nəticəsində ziyan görmüş insanların evlərinin tikilməsinə köməklik göstərilməsi məqsədilə İslam İnqilabının Mənzil Fondunun hesabına köçürüldü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər “Əhli-beyti (ə) sevənlər və təkfirçilər problemi” mövzusunda keçirilmiş konfransın iştirakçıları ilə görüşündə indiki şəraitdə İslam ümməti arasında vəhdət və birliyin bərqərar edilməsinin vacibdən vacib olduğunu dedi.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin “Əllamə Məhəmmədtəqi Cəfərinin fəlsəfi fikirlərinin tədqiqi” adlı konfransın təşkilatçıları ilə 13 noyabr 2017-ci il tarixində baş tutan görüşü zamanı verdiyi bəyanat bu gün səhər konfransın baş tutduğu “Təbrizin Müsəlla Meydanı”nda yayımlandı.
Bu gün (çərşənbə) səhər ölkənin dörd bir tərəfindən gəlmiş minlərlə bəsici ilə görüşündə Bəsicin misilsiz və problemləri həll edən bir fenomen, eyni zamanda mərhum İmamın (r.ə) uğurlarından olduğunu deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İnqilabın hədəflərinin həyata keçirilməsi, İranın inkişafı və başıucalığına çalışmaq, buna şövq və maraq göstərmək mənasını ehtiva edən bəsici ruhiyyəsinin inkişaf etdirilməsinin zəruriliyini vurğuladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İslam İnqilabının Keçikçilər Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasım Süleymaninin “Şəcəreyi-xəbisə” (xəbis ağac) adlandırdığı İşidin hakimiyyətinin sona çatması ilə bağlı ünvanladığı məktubuna cavabında vurğulayıb: “Siz xərçəng yığını olan öldürücü İŞİD-i darmadağın etməklə təkcə region dövlətləri və İslam dünyasına deyil, bütün xalqlara, bəşəriyyətə böyük xidmət göstərdiniz”.
Həzrət Ayətullah Xamenei zəlzələdən ziyan görmüş bölgələrə baxış keçirdikdən sonra əyalət və yerli idarə rəhbərlərinin, habelə hərbi və polis qüvvələrinin komandirlərinin iştirakı ilə təşkil edilmiş iclasda səlahiyyətli şəxslərin Kermanşah əyalətinin zəlzələdən ziyan görmüş əhalisinin qarşısında çox ağır vəzifələr daşıdıqlarını dedi.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər saatlarında zəlzələ baş vermiş bölgələrə baş çəkmək üçün gözlənilmədən Kermanşaha səfər etdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam (çərşənbə axşamı) üç qüvvənin rəyasət heyəti və ölkənin məsul şəxslərindən bir neçəsinin iştirakı ilə təşkil edilmiş iclasda Kermanşahda baş vermiş çox acı zəlzələ faciəsinə görə dərin təəssüf hissi keçirdiyini bildirərək aidiyyəti şəxslərin zəlzələyə məruz qalmış regionlara getməsini yüksək qiymətləndirdi və əhalinin dərdinə şərik çıxmağın zəruriliyini vurğuladı.
Bu gün (bazar ertəsi) səhər Şərqi Azərbaycan və Qum əyalətlərinin səlahiyyətli şəxsləri və mədəni fəalları ilə görüşü zamanı əzəmətli və heyrətamiz Ərbəin yürüşünü yüksək qiymətləndirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei zəvvarların ziyarətinin qəbul olunması ilə bağlı dua və arzularını səsləndirdikdən sonra bu mərasimin təşkilatçılarına təşəkkür və minnətdarlığını bildirdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin qərbində baş vermiş, əziz həmvətənlərimizdən bir qrupunun həyatını itirməsi və yaralanması ilə nəticələnmiş dəhşətli zəlzələ ilə əlaqədar olaraq, İran xalqına, özəlliklə də Kirmanşah ostanının əhalisinə başsağlığı müraciəti etmişdir. Müraciətdə vurğulanır: “Ölkənin bütün dövlət və hərbi qurumları əzm və imkanlarını səfərbər edərək zərərçəkənlərin köməyinə tələsməlidir”.
Həzrət Əba Əbdillah Hüseynin (ə) və onun sadiq səhabələrinin şəhadətinin 40-cı günü İmam Xomeyni (r.ə) adına hüseyniyə qapılarını ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivlərinə açdı. Müxtəlif universitetlərin tələbə və müəllimləri Ali Məqamlı Rəhbərlə birgə əzadarlıq etdilər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fiqh mövzusunda xüsusi mühazirə kursunun dünən (bazar ertəsi) səhər baş tutan növbəti toplantısında möhtəşəm və şövqverici bir hərəkat olan Ərbəin yürüşü ilə bağlı aşağıdakıları qeyd etdi: “Hazırda yürüş etməkdə olan, Ərbəin günü Həzrət Seyyidüş-şühədanın (ə) ziyarətinə yetişib, o həzrətə xitabən həmin günün dərin məzmunlu ziyarət duasını oxuyacaq şəxslərin xoş halına!”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə şagird və tələbə ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə gənc nəsli cəmiyyətin avanqardları adlandıraraq vurğuladı: “Şübhəsiz, bu istedadlı və savadlı nəsil əziz İranımızı maneə və çətinliklərdən keçirərək, arzuladığımız məqama çatdıracaq.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə bu axşam (çərşənbə günü) baş tutan görüşündə iki ölkə arasındakı dərin bağlılığa işarə edərək qarşılıqlı əməkdaşlıqları genişləndirmək lazım olduğunu bildirdi.