Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Rəhbəri İraqın prezidenti ilə görüşdü
İslam İnqilabının Rəhbəri İraqın prezidenti ilə görüşdü
Bu gün (şənbə) günortadan sonra İraqın prezidenti cənab Bərhəm Saleh və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə parlament və prezident seçkilərinin uğurla keçirildiyinə, baş nazir və digər uğurlu vəzifə təyinatlarına, habelə sabitlik və stabillik yaradıldığına görə məmnunluq hissi keçirdiyini deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei vurğuladı: “Problemlərə qalib gəlmək və bədxahların planlarına müqavimət göstərməyin yolu İraqda milli birliyi qorumaq, döst və düşməni düzgün tanımaq, həyasız düşmənə müqavimət göstərmək, gənclərə arxalanmaq, mərcəiyyətlə olan əlaqəni qorumaq və gücləndirməkdən keçir”.
İnqilabın Ali Rəhbəri Cakarta-2018 Para-Asiya oyunlarının medalçıları ilə görüşdü
İnqilabın Ali Rəhbəri Cakarta-2018 Para-Asiya oyunlarının medalçıları ilə görüşdü
Bu gün səhər (çərşənbə günü) “Cakarta-2018” Para-Asiya oyunlarında medal qazanmış İran İslam Respublikasının idman komandasının çempionları ilə görüşü zamanı əlil və veteran çempionlara nail olduqları qürurverici qalibiyyətə görə təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu çempionluq sarsılmaz əzmkarlığın və gizli potensiallardan istifadənin göstəricisidir: “Böyük iş gördünüz. Bu qiymətli işinizlə göstərdiniz ki, əgər ölkə və ya insanın daxilində diqqətdən kənarda qalmış potensiallardan istifadə edilsə, böyük uğur və inkişafa zəmin yaranacaqdır”.
İmam Xomeyni (r.ə) adına hüseyniyyədə əza mərasimi keçirildi
İmam Xomeyni (r.ə) adına hüseyniyyədə əza mərasimi keçirildi
Həzrət Hüseynin (ə) Ərbəin mərasimi günü İmam Xomeyni (r.ə) adına hüseyniyyə ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivlərinə ev sahibliyi etdi. Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinə sevgisi olan tələbələr İslam İnqilabının Ali Rəhbəri ilə birgə matəm mərasimi keçirdilər.
İnqilabın Rəhbəri Passiv Müdafiə Təşkilatının rəhbəri və məsul şəxsləri ilə görüşdü
İnqilabın Rəhbəri Passiv Müdafiə Təşkilatının rəhbəri və məsul şəxsləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Passiv Müdafiə Təşkilatının rəhbəri və məsul şəxsləri ilə görüşü zamanı Passiv Müdafiə Təşkilatının düşmənlərin yenilənən təhdidləri qarşısındakı günbəgün artmaqda olan əhəmiyyətindən danışaraq dedi: “Passiv Müdafiə Təşkilatı düşmənlərin mürəkkəb hücum metodlarına qarşı tamamilə ayıq, ciddi, elmli, dəqiq, modern və hərtərəfli fəaliyyət göstərməli, istənilən növ nüfuza qarşı müqavimət göstərməlidir”.
İslam İnqilabının Ali Rəhbəri yüksək elmi istedadı və intellekti olan gənclərlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri yüksək elmi istedadı və intellekti olan gənclərlə görüşdü
Bu gün (çərşənbə günü) səhər ölkənin iki mindən çox yüksək elmi istedada malik olan gənc elitası ilə görüşdə İranın on minlərlə intellektinin səy və fəaliyyətinin ölkənin real və ümidverici mənzərəsindən xəbər verdiyini deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei gənc elitanın gələcəklə bağlı nəzərdə tutulmuş düzgün proqram, İranın elmi inkişafı, bəşəri biliklərin sərhədlərinin genişlənidirlməsi, elita ilə dövlətin qarşılıqlı, ikitərəfli və daha ciddi əlaqlərinin olması, elitanın iş qüvvəsi xəzinəsinin ağılla qorunması və ondan düzgün istifadə eilməsi, milli kimliyin gücləndirilməsi, ölkə elitasının idealizmindəki rolunun zəruri olduğunu dedi.
İnqilabın Rəhbəri İİR-nın əsas inkişaf modelinin təkmilləşdirilməsi üçün çağırış etdi
İnqilabın Rəhbəri İİR-nın əsas inkişaf modelinin təkmilləşdirilməsi üçün çağırış etdi
Ölkənin qarşıdan gələn əlli illik inkişaf ideyaları, mühüm əsasları, arzuolunan istiqamətləri, həmin ideyaların reallaşmasında təsiri olan tədbirləri ehtiva edən İran İslam Respublikasının İnkişaf Modeli hazırlandıqdan sonra İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət qurumlarını, elmi mərkəzləri, mütəxəssis və ekspertləri bu sənədin müxtəlif yönlərini dərindən araşdırmağa və onun təkmilləşdirilməsi və daha da optimallaşdırılması ilə bağlı təkliflər verməyə çağırdı.
İnqilabın Ali Rəhbəri Həcc ziyarətinin təşkilatçıları və cavabdeh şəxsləri ilə görüşdü
İnqilabın Ali Rəhbəri Həcc ziyarətinin təşkilatçıları və cavabdeh şəxsləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günorta Həcc ziyarətinin təşkilaçıları və cavadeh şəxsləri ilə görüşü zamanı bildirdi ki, Allah-taala “müsəlmanların qarşılıqlı əlaqə və münasibətlərinin zəruriliyi” və “İslam ümmətinin qüdrətinin nümayiş etdirilməsi” kimi mühüm siyasi aspekt və mesajlara malik olan Həcc əməlini yerinə yetirmək üçün müsəlmanlara eyni zaman və məkanda toplaşmaq göstərişi vermişdir.
İslam İnqilabının Ali Rəhbəri Türkiyə prezidentini qəbul etdi
İslam İnqilabının Ali Rəhbəri Türkiyə prezidentini qəbul etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Türkiyə prezidenti cənab Rəcəb Təyyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, İsalm dünyasının bu gün ən mühüm ehtiyacı İslam ölkələrinin mümkün qədər çox yaxınlaşması və onlar arasında qarışılıqlı əlaqənin olmasıdır: “İslam ölkələri arasında birlik və əməkdaşlıq regionun problemlərinin həllinə mütləq zəmin yaradacaq.
İslam İnqilabının Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdə qeyd etdi ki, hal-hazırki təhlükəli şəraitdə xalqın və Xubriqan Məclisinin ən mühüm vəzifəsi xalqla hökumət qurumları arasındakı birlik və bağlılığın qorunması və dərinləşdirilməsi istiqamətində iş görmək, məyusluq, ümidsizlik və çarəsizlik hissinin hakim kəsildiyi mühitin yaranmasına imkan verməməkdir.
İslam İnqilabının Ali Rəhbəri prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdü
Bu gün (çərşənbə) səhər prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə Ələvi hökumətinə xas olan ədalət, paklıq, dindarlıq və xalqla birlikdə olmaq xüsusiyyətlərinin məsul şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsi meyarı olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei iqtisadi problemlər, xarici siyasət, daxili vəhdət və birliklə bağlı mühüm məsələlərə toxundu.

Seçilmiş ünvanlar