Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Ali Rəhbəri həkim və tibb işçilərinə təşəkkür etdi
İslam İnqilabının Ali Rəhbəri həkim və tibb işçilərinə təşəkkür etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər həkim və tibb işçilərinə ünvanladığı müraciətdə koronavirusla mübarizə aparan Səhiyyə Nazirliyi, nazirliyin əməkdaşları, həkimlər, tibb işçiləri, tibbi heyətlər və ölkənin tibb sahəsinin bütün əməkdaşlarına səmimi qəlbdən təşəkkür etdi: “Bu çox qiymətli zəhmətləriniz həkim və tibb işçilərinin cəmiyyətdəki mövqeyini daha da yüksəldir, daha doğrusu, yüksəltmiş, eyni zamanda da ilahi savab və mükafata səbəb olacaq”.
İnqilabın Ali Rəhbəri “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində xalqa təşəkkür etdi
İnqilabın Ali Rəhbəri “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində xalqa təşəkkür etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində xalqa böyük seçkilər sınağında arzuolunan fəallığı göstərdiyinə, düşmənlərin hərtərəfli təbliğatları və fürsətçiliyini nakam qoyduğuna görə təşəkkür ünvanladı: “Ölkənin ayrı-ayrı sütunlarına zərbə endirmək üçün düşmənin həyata keçirdiyi məkrli plan qarşısında hamımız ayıq müdafiəyə, qarşılıqlı zərbə və hücuma hazır olmalıyıq”.
Ali Rəhbər 1356-cı il 29 bəhmən qiyamının ildönümü münasibətilə Təbriz əhalisi ilə görüşdü
Ali Rəhbər 1356-cı il 29 bəhmən qiyamının ildönümü münasibətilə Təbriz əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Şərqi-Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdə Parlament seçkilərindəki iştirakı xalqın hər tək-tək fərdinin şəri, milli, inqilabi vəzifəsi və mülki hüququ olduğunu bildirərək iki mühüm sütun olan izdihamlı iştirak və yaxşı seçkidən danışdı: “Seçkilər ümumi bir cihad, ilahi nemət və imtahandır. Əgər xalqın maksimum iştirakı ilə müşayiət olunsa, İslam dövlətinin abrı, ölkənin güclənməsi və məkrli planlara qarşı mühafizəsinə və İranın güclənməsinə səbəb olacaq”.
İnqilabın Rəhbəri Hava Hücumundan Müdafiə Qüvvələrinin bir qrup komandanı ilə görüşdü
İnqilabın Rəhbəri Hava Hücumundan Müdafiə Qüvvələrinin bir qrup komandanı ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanları və şəxsi heyətindən bir qrupu ilə görüşdə qeyd etdi ki, 1357-ci il 19 bəhmən (08.02.1979) hadisəsi İmam Xomeyni (r.ə) və mübarizlərin ilahi vədə inamının nəticəsidir: “Əgər Allahın öz vədinə xilaf çıxmayacağı fikri cəmiyyətə hakim olmasa və məsul şəxslər ayıqcasına əməl etsələr, təhdidlər fürsətə çevriləcək və sanksiya ölkənin neft asılılığından xilas amili və bir çox problemlərin həlli ola bilər”.
İslam İnqilabının Ali Rəhbəri Avropada təhsil alan tələbələrə müraciət ünvanladı
İslam İnqilabının Ali Rəhbəri Avropada təhsil alan tələbələrə müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli dördüncü qurultayına ünvanladığı müraciətdə son günlərin mühüm hadisələri, o cümlədən şəhadətlər, hərbi güc göstəriləri, xalqın misilsiz iştirakının tarix yaradan bir hadisənin yüksəlişinin əlamətləri olduğunu dedi: “İslam İnqilabının ikinci addımı bu hadisəni təkmilləşdirməyi bacarmalıdır. Siz tarix yaradan seçilmişlərin sırasında yer ala bilərsiniz”.
İslam İnqilabının Ali Rəhbəri Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşdə vurğuladı ki, İslam Respublikasının yeni sözünü, yəni dini demokratiya modelini dünyaya çatdırmaq üçün həcc fürsətindən istifadə etmək lazımdır: “İran İslam Respublikasının ABŞ-a müqavimət göstərməsi və İran xalqının zorakılığı qəbul etməməsi dünya üçün cəzbedici bir həqiqətdir. Bu cazibədən İslam və İran xalqının həqiqətlərini yaymaq üçün isitfadə etmək lazımdır”.
İnqilabın Rəhbəri Tehranda izdihamla müşayiət olunan, unudulmaz Cümə namazı qıldı
İnqilabın Rəhbəri Tehranda izdihamla müşayiət olunan, unudulmaz Cümə namazı qıldı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tehranda böyük bir izdihamın müşayiəti ilə qıldığı unudulmaz Cümə namazında qeyd etdi ki, müdrik xalqın Hacı Qasım Süleymani və onun mücahid yoldaşlarının dəfn mərasimindəki ecazkar iştirakı və Sepahın amerikalıların Eynül-Əsəd bazasına hücum edərək verdikləri sarsıdıcı cavab təyinedici və dərs götürüləcək iki Allah günü idi: “Xalq öz batinini, yəni şeytan qarşısındakı əzmkarlığını bu iştirak vasitəsilə göstərdi. Bu izzətli yolun davam etdirilməsinin yeganə yolu İranın bütün sahələrdə daha da güclü olmasıdır”.
İnqilabın Ali Rəhbəri Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İnqilabın Ali Rəhbəri Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (bazar günü) Qətərin əmiri Şeyx Təmim ibn Həməd Ali-Sani və onu müşayiət edən nümayəndə heyətinə dedi: “Regionun mövcud şəraiti əvvəlkindən daha çox region ölkələrinin bir-birləri ilə olan əlaqələrini gücləndirməsinə və yadların təlqinlərini qəbul etməmlərinə ehtiyacı var”.
İslam İnqilabının Ali Rəhbəri və minlərlə insanın iştirakı ilə anım mərasimi keşirildi
İslam İnqilabının Ali Rəhbəri və minlərlə insanın iştirakı ilə anım mərasimi keşirildi
İslam İnqilabının Ali Rəhbəri və xalqın müxtəlif təbəqələrdən olan minlərlə nümayəndəsinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə ABŞ-ın terror cinayətinin qurbanı olmuş İslamın böyük və iftixarlı komandanı şəhid general Hacı Qasim Süleymani, böyük mücahid şəhid Əbu Mehdi Əl-Mühəndis və digər şəhidlərin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.

Seçilmiş ünvanlar