
Xəbərlər


Ali Rəhbərin Həzrət Zeynəbin viladəti və Tibb bacısı günü münasibətilə çıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar günü) səhər televiziya vasitəsilə birbaşa yayımlanan çıxışı zamanı bütün tibb bacılarını Həzrət Zeynəbi-Kübranın (s.ə) viladəti və “Tibb bacısı” günü münasibətilə təbrik edərək tibb bacısının xəstənin şəfqət mələyi olduğunu dedi: “Bizim əziz tibb bacıları korona dövründə, şəraitin adi haldakından daha ağır və narahatedici olduğu bir vaxtda böyük bir işə imza ataraq, həqiqətən, heyrət doğuran səhnələr və fəaliyyətlər nümayiş etdirdilər”.

İnqilabın Rəhbəri Şəhid Süleymaninin anım mərasiminin təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Şəhid General Süleymaninin anım mərasiminin təşkilatçıları və şəhidin möhtərəm ailəsi ilə görüşdə Şəhid Süleymaninin İran xaqlı və İslam ümmətinin qəhrəmanı olduğunu dedi: “İraq və İranda milyonlarla insanın müşayiəti ilə Şəhid Süleymani və Şəhid Əbumehdi Mühəndisin dəfn edilməsi amerikalılara endirilmiş birinci sərt sillə idi. Ancaq ondan da sərt sillə proqram təminatı vasitəsilə imperializmin puç heybəti üzərində qələbə və ABŞ-ın regiondan çıxarılması idi. Təbii ki, general Süleymaninin qatilləri və bu qətli göstəriş verənlərdən də intiqam alınmalıdır. Bu intiqam, nə zaman mümkün olsa, mütləq alınmalıdır”.
İslam İnqilabının Rəhbəri Möhsün Fəxrizadənin şəhadəti münasibətilə bəyanat verdi
Həzrət Ayətullah Xamenei nüvə və müdafiə sənayesi üzrə seçilən və yüksək alim olan cənab Möhsün Fəxrizadənin şəhadəti münasibətilə başsağlığı bəyanatı verdi. O, bəyanatda bu cinayəti göstəriş verənlər və onu həyata keçirənlərin qəti şəkildə cəzalandırılması, habelə şəhidin elmi və texnoloji fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğuladı.

İslam İnqilabının Ali Rəhbəri İqtisadi Koordinasiya Ali Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər üç qüvvənin rəhbərləri və İqtisadi Koordinasiya Ali Şurasının digər üzvləri ilə görüşdə ölkə iqtisadiyyatının dörd əsas lazımlı istiqamətini təşkil edən büdcə kəsri probleminin həlli, investisiyanın artırılması, istehsal sıçrayışı, zəif təbəqələrin himayə edilməsi məsələlərinə toxunaraq dedi: “Məsul şəxslərin ciddi və davamlı səyləri ilə elmi həll yollarının icrasının insanların həyatına təsirləri müəyyən edilməlidir”.

Ali Rəhbərin Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud ildönümü münasibətilə teleçıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər televiziya vasitəsilə etdiyi canlı çıxışında əziz İran xalqını və böyük İslam ümmətini sonuncu peyğəmbər Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin mübarək mövlud ildönümü münasibətilə təbrik etdi.

İslam İnqilabının Ali Rəhbəri Korona ilə Milli Mübarizə Qərargahının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər prezident və Korona ilə Milli Mübarizə Qərargahının üzvləri ilə görüşdə göstərdiyi xidmətlərə görə qərargaha təşəkkür etdikdən sonra mühüm tövsiyələr verdi.

İmam Rzanın (ə) şəhadət gününə həsr edilmiş mərasim keçirildi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Əli ibn Musa ər-Rzanın şəhadət gününə həsr edilmiş matəm mərasimi keçirildi.

Peyğəmbərin (s) vəfat ildönümünə həsr edilmiş mərasim keçirildi
Bu gün (cümə) səhər İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə sonuncu peyğəmbər Həzrət Muhəmməd Mustafanın (s) vəfatı və Həzrət İmam Həsən Müctəbanın (s) şəhadət ildönümünə həsr edilmiş matəm mərasimi keçirildi.

Ali Rəhbər Silahlı Qüvvələrin ali hərbi məktəblərinin buraxılış mərasimində iştirak etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər İmam Əli (ə) adına Hərbi Akademiyada təşkil edilən Silahlı Qüvvələrin ali hərbi məktəblərinin müştərək buraxılış mərasiminə videokonfrans formatında qoşuldu.

İmam Xomeyni adına hüseyniyədə Ərbəin mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası və öndəri Həzrət Əbaəbdillah Hüseynin (ə) şəhadətinin qırxgünlüyü münasibətilə matəm mərasimi təşkil edildi.

Ali Məqamlı Rəhbərin Müqəddəs Müdafiə savaşının və müqavimət hərəkatının veteranlarına həsr olunmuş mərasimə videoformatda qatılaraq çıxış etmişdir
Bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə savaşının və müqavimət hərəkatının veteranlarına həsr olunmuş mərasimə videoformatda qatılaraq çıxış etdi. İran xalqının Müqəddəs Müdafiə savaşındakı parlaq və danılmaz qələbəsinə işarə edən Ali Məqamlı Rəhbər dedi: “Bu reallıq İmam Xomeyninin misilsiz liderliyinin və komandanlığının, xalqın müxtəlif təbəqələrinin hərtərəfli iştirakının, İslamın və İnqilabın müdafiəçilərinin bu tarixi qəhrəmanlıq salnaməsində atdığı rasional addımların nəticəsidir.

Ali Rəhbər Fransada Peyğəmbərin (s) təhqir edilməsi məsələsi ilə bağlı bəyanat verdi
Həzrət Ayətullah Xamenei bəyanat verərək Fransa jurnallarından birinin Böyük Peyğəmbərə (s) qarşı son təhqirini qınadı.

Ali Rəhbərin təlim-tərbiyə və təhsil işləri üzrə məsul şəxslərlə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər təhsil naziri, nazirin müavinləri, nazirliyin şöbə müdirləri və rəhbər işçiləri ilə vidoe bağlantı vasitəsilə təşkil edilmiş otuz dördüncü təhsil konfransı tədbirində gigiyenik qaydalara əməl edərək İmam Hüseynə eşq və coşqu ilə matəm saxladığına və böyük mənəvi hərəkat yaratdığına görə xalqa səmimi qəlbdən təşəkkür etdi.

İmam Səccadın (ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əbaəbdillah Hüseynin (ə) Həzrət İmam Səccadın (ə) şəhadət gecəsinə təsadüf edən sonuncu matəm gecəsi keçirildi.

İnqilabın Rəhbərinin iştirakı ilə Şami-qəriban mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Şami-qəriban mərasimi keçirildi.

İnqilabın Rəhbərinin iştirakı ilə Aşura gecəsi mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Aşura gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

İnqilabın Rəhbərinin iştirakı ilə Tasua gecəsi mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Tasua gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

Məhərrəm ayının matəm mərasiminin səkkizinci gecəsi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Məhərrəm ayının səkkizinci gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.
