
Xəbərlər


İslam İnqilabının Ali Rəhbərinin televiziya vasitəsilə canlı çıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) günortadan sonra televiziya vasitəsilə yayımlanan canlı çıxışında böyük İran xalqına müraciət etdi.

İslam İnqilabının Ali Rəhbəri “Qurani-Kərimlə ünsiyyət” mərasimində iştirak etdi
Quranın baharı olan Mübarək Ramaz ayının ilk günü Tehranın müsəllasında “Qurani-Kərimlə ünsiyyət” mərasimi təşkil edildi. İslam İnqilabının Ali Rəhbəri video bağlantı vasitəsilə İmam Xomeyni (r.ə) adına hüseyniyədən bu mərasimə qoşuldu. Qurani-Kərim qariləri işıqlı ayələrdən oxudular.

İslam İnqilabının Rəhbəri Novruz münasibətilə çıxış etdi
İslam İnqilabının Ali Rəhbəri yeni ilin ilk günü televiziya vasitəsilə etdiyi canlı çıxışı zamanı şərəfli İran xalqına müraciət ünvanladı.

Ali Rəhbər bu ili istehsal, dəstəklər və maneələrin aradan qaldırılması ili adlandırdı
İslam İnqilabının Ali Rəhbəri 1400-cü hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı müraciətində bütün həmvətənləri, xüsusilə şəhid və əlillərin əzəmətli ailələrini, o cümlədən Novruz bayramını böyük təntənə ilə keçirən bütün xalqları Novruz bayramı münasibətilə təbrik etdi.

Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Suriyanın İrandakı səfiri ilə görüşdü
Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əliəkbər Vilayəti Suriyanın İrandakı yeni səfiri doktor Şəfiq Dəyub ilə görüşərək Ali Rəhbərin Suriya prezdienti Bəşər Əsədin vəziyyəti ilə maraqlandığını bildirdi və ona Allahdan sağlamlıq dilədiyini çatdırdı.

İslam İnqilabının Rəhbərinin Mübarək Məbəs bayramı münasibətilə teleçıxışı oldu
İslamın əziz Peyğəmbərinin mübarək Məbəs bayramı münasibətilə təbrik çıxışı edən İslam İnqilabının Ali Rəhbəri Allahın bu böyük hədiyyəsinin məqsədlərinin ilahi hakimiyyət, bəşəriyyətin inkişafı, ədalətin bərqərar edilməsi və pak həyatın yaradılması olduğunu dedi.

İslam İnqilabının Ali Rəhbəri Xubriqan Məclisinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) günortadan sonra Xubriqan Məclisinin sədri və xalq tərəfindən seçilmiş üzvləri ilə görüşdə İslamın elm və dəyərlər sisteminin İslam dövlətinin struktur proqram təminatı olduğunu dedi.

İslam İnqilabının Ali Rəhbəri Avropada təhsil alan tələbələrə müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Təşkilatlar Alyansının əlli beşinci qurultayına ünvanladığı müraciətdə “Əsas məsələlərdə həlledici rola görə nişanı”n ölkənin abırlı gənclərinin sinəsinə taxılmasının İslam İnqilabının ən üstün fəxarətlərindən olduğunu dedi.

İslam İnqilabının Ali Rəhbərinin Təbriz əhalisi ilə videokonfrans formatında görüşü oldu
İslam İnqilabının Ali Rəhəbri bu gün (çərşənbə) səhər Təbriz əhalisinin bir qrup nümayəndəsi ilə videokonfrans formatında təşkil edilən görüşü zamanı qeyd etdi ki, 29 bəhmən 1356-cı ilin tarixi və unudulmaz qiyamının bu regionun əhalisinin çoxsaylı qürurverici fəaliyyətlərinin yalnız bir parçasıdır.

İslam İnqilabının Ali Rəhbəri HHQ və HHMQ-nin bir qrup komandanı ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin bir qrup komandanı ilə görüşdə Həmafəranın (İranın şahənşahlıq dövrünün hərbi hava qüvvələri) 19 bəhmən 1357-ci il tarixində İmam Xomeyni (r.ə) ilə etdikləri tarixi beyəti hər kəsdə çaşqınlıq yaradan mühüm hadisələrdən və İnqilabın qələbəsinin əsas amillərindən, habelə amerikalıların hesablamalarının yanlışlığından xəbər verən əlamətlərdən olduğunu dedi: “İnqilabın sürətli hərəkətinin davamlılığının şərti xalqın meydanda olması, fasiləsiz iş və çalışma, xüsusilə məsul şəxslər arasında söz birliyi, ilahi vədə etimad, milli güc komponentlərinin əməldə artırılmasıdır”.

İslam İnqilabının Rəhbərinin bir qrup məddahla vidoegörüşü oldu
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə bu gün səhər bir qrup məddahla videokonfransı olan İslam İnqilabının Rəhbəri Həzrət Siddiqeyi-Tahirənin (s.ə) İslamın qadın, ana və həyat yoldaşı ilə bağlı konsepsiyalarının ən ali təcəssümü olduğunu dedi: “İslama görə, insanın intellektual və mənəvi tərbiyəsinin ən güclü bünövrəsi ailə ocağında qoyulur. Qadının müxtəlif istiqamətlər üzrə həqiqi inkişafına məhz bu ocaqda zəmin yaranır”.

Fəcr ongünlüyü və İslam İnqilabının əzəmətli qələbəsinin 42-ci ildönümü ərəfəsi
Həzrət Ayətullah Xamenei “Fəcr ongünlüyü”nün başlanması və İslam İnqilabının əzəmətli qələbəsinin qarşıdan gələn qırx ikinci ildönümü münasibətilə bu gün (bazar günü) səhər saatlarında İslam İnqilabının böyük qurucusunun ziyarətgahına gedərək namaz qılıb Quran oxudu; İran xalqının şanlı imamının xatirəsini əziz tutdu.

Ali Rəhbər Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsi keçirildi.

Ali Rəhbər Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş şəhadət axşamı mərasimi keçirildi.

Ali Rəhbər Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş matəm mərasimi keçirildi.

Ali Rəhbərin iştirakı ilə Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş mərasim keçirildi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə keçirilən bu məclisdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali Həzrət Fatimeyi-Zəhranın (s.ə) dua, zikir və ibadətdə insanların üstünü olduğunu dedi: “Allah-taalanın lütfü bütün yaranmışlara şamil olur. Lakin Allahın xüsusi lütf və mərhəməti Onun dərgahında yoxsulluğunu və təvazökarlığını daha çox göstərən adamlara aid olur”.

Ali Rəhbər Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə həsr edilmiş birinci matəm gecəsi keçirildi.
Ali Rəhbərlik İdarəsinin Elanı
Ali Rəhbərlik İdarəsi elan edir ki, “Fatimiyyə (s.ə) günləri” adlı matəm məclisi İmam Xomeyni (r.ə) adına hüseyniyədə ümumi şəkildə qeyd edilməyəcək. İslam İnqilabının Rəhbərinin iştirakı ilə təşkil edilən matəm tədbiri televiziya kanalları vasitəsilə yayımlanacaq.
