Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Məsul şəxslər, İslam ölkələrinin səfirləri və müxtəlif təbəqələrdən olan bir qrupun görüşü
Məsul şəxslər, İslam ölkələrinin səfirləri və müxtəlif təbəqələrdən olan bir qrupun görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və xalqın ayrı-ayrı təbəqələrdən olan nümayəndələri ilə görüşdə qeyd etdi ki, İslamın gündən-günə artan izzəti, böyük güclərin zorakılığı və bac-xərac tələblərinə qarşı mübarizə İslam ümmətinin birliyi və bəsrəti ilə şərtlənir.
Beynəlxalq Qüds Günü ərəfəsində telemüraciət
Beynəlxalq Qüds Günü ərəfəsində telemüraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə televiziya vasitəsilə etdiyi müraciətdə əvvəlki illərlə müqayisədə builki Qüds Günü yürüşünün daha böyük əhəmiyyət daşıdığını dedi: “İnşallah, builki yürüş ən yaxşı, ən əzəmətli və ən izzətli Qüds Günü yürüşlərindən biri olacaq”.
Ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə ilə görüş
Ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə, siyasi, sosial, mədəni təşkilatların və tələbə cihad qruplarının fəalları ilə görüşdə məsələlərin qiymətləndirilməsi tənqid edilməsi və tələbə kimliyinin möhkəmləndirilməsi ilə bağlı mühüm tövsiyələr verdi.
Dövlətin məsul şəxsləri və işçilərinin görüşü
Dövlətin məsul şəxsləri və işçilərinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında qüvvələrin rəhbərləri, dövlətin ayrı-ayrı qurumlarının rəhbərləri və məsul işçilərindən bir qrupu ilə görüşdə fərdi və sosial müstəvilərdə özünü unutma və onun nəticələri barəsindəki Ramazan tövsiyələrini verərkən əhalinin maddi vəziyyəti və məişətinin yaxşılaşdırılmasının çox mühüm olduğunu vurğuladı.
Mübarək Ramazan ayının birinci günü “Quranla ünsiyyət” tədbiri
Mübarək Ramazan ayının birinci günü “Quranla ünsiyyət” tədbiri
İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının ilk günü, yəni bu gün günortadan sonra təşkil edilmiş “Quranla ünsiyyət” tədbirində beynəlxalq səviyyədə tanınan Quran qariləri və ustadları qarşısında çıxış edərkən  fərdi, ictimai və milli səviyyədə Quranın şəfaverici təlimlərinə ehtiyac olduğunu vurğulayaraq dedi: “Fəaliyyətləri Quranla bağlı olan insanlar elə davranmalıdırlar ki, Allahın kitabının mənəvi bulaqları qəlblərə və düşüncələrə, nəticədə isə bütün insanların əməl və davranışlarına axsın”.
Böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasiminin keçirilməsi münasibətilə müraciət
Böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasiminin keçirilməsi münasibətilə müraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasimi münasibətilə ünvanladığı müraciətdə müqavimətin bu iki böyük şəhidini hörmətlə yad edərək vurğulamışdır: “Düşmən bilməlidir ki, qəsb, zülm və imperializmə qarşı müqavimət heç vaxt bitməyəcək, məqsədə çatana qədər davam edəcək.
Təhlükəsizlik naziri, nazir müavinləri və şöbə müdirlərinin görüşü
Təhlükəsizlik naziri, nazir müavinləri və şöbə müdirlərinin görüşü
İslam İnqilabının Rəhəbrinin 1 isfənd 1403-cü il (19 fevral 2025) tarixində Təhlükəsizlik naziri, nazir müavinləri və nazirliyin idarə müdirləri ilə görüşdə verdiyi bəyanat bu gün “Təhlükəsizlik sahəsinin şəhidləri və Təhlükəsizlik Nazirliyinin yaradılmasının 40-cı ildönümü" adlı xatirə tədbirinin keçirildiyi yerdə yayımlandı.
Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Qətərin əmiri Şeyx Təmim ibn Həməd ibn Xəlifə Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qonşularla əlaqələrin genişləndirilməsinin İran İslam Respublikasının qəti siyasəti olduğunu vurğulayaraq dedi: "Cənab Pezeşkiyan hökumətinin elan etdiyi siyasətlərdən biri də qonşularla əlaqələrin genişləndirilməsidir. Allahın lütfü ilə bu sahədə yaxşı işlər görülüb, irəliləyişlər də olub. Xarici işlər naziri cənab Əraqçı bu sahədə çox fəaldır".
Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsinin görüşü
Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Təbriz əhalisinin 29 bəhmən 1356-cı il (18 fevral 1978) tarixli böyük üsyanının ildönümü münasibətilə bu şəhərin minlərlə sakini ilə görüşdə iman, dini qeyrət, liderlik və nümunə yaratma keyfiyyətlərinin Azərbaycan və Təbriz əhalisinin davamlı xüsusiyyətlərindən olduğunu dedi.
Ölkənin müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssislərinin görüşü
Ölkənin müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssislərinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssisləri ilə görüşdə müdafiə sahəsindəki nailiyyətlərin innovativ şəkildə davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, bu ilin 22 bəhmən yürüşü xalqın düşmən cəbhəsinin media bombardmanları altındakı böyük milli hərəkatı və xalq qiyamıdır.

Seçilmiş ünvanlar