Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə ilə görüş
Ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə, siyasi, sosial, mədəni təşkilatların və tələbə cihad qruplarının fəalları ilə görüşdə məsələlərin qiymətləndirilməsi tənqid edilməsi və tələbə kimliyinin möhkəmləndirilməsi ilə bağlı mühüm tövsiyələr verdi.
Dövlətin məsul şəxsləri və işçilərinin görüşü
Dövlətin məsul şəxsləri və işçilərinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında qüvvələrin rəhbərləri, dövlətin ayrı-ayrı qurumlarının rəhbərləri və məsul işçilərindən bir qrupu ilə görüşdə fərdi və sosial müstəvilərdə özünü unutma və onun nəticələri barəsindəki Ramazan tövsiyələrini verərkən əhalinin maddi vəziyyəti və məişətinin yaxşılaşdırılmasının çox mühüm olduğunu vurğuladı.
Təhlükəsizlik naziri, nazir müavinləri və şöbə müdirlərinin görüşü
Təhlükəsizlik naziri, nazir müavinləri və şöbə müdirlərinin görüşü
İslam İnqilabının Rəhəbrinin 1 isfənd 1403-cü il (19 fevral 2025) tarixində Təhlükəsizlik naziri, nazir müavinləri və nazirliyin idarə müdirləri ilə görüşdə verdiyi bəyanat bu gün “Təhlükəsizlik sahəsinin şəhidləri və Təhlükəsizlik Nazirliyinin yaradılmasının 40-cı ildönümü" adlı xatirə tədbirinin keçirildiyi yerdə yayımlandı.
Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Qətərin əmiri Şeyx Təmim ibn Həməd ibn Xəlifə Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qonşularla əlaqələrin genişləndirilməsinin İran İslam Respublikasının qəti siyasəti olduğunu vurğulayaraq dedi: "Cənab Pezeşkiyan hökumətinin elan etdiyi siyasətlərdən biri də qonşularla əlaqələrin genişləndirilməsidir. Allahın lütfü ilə bu sahədə yaxşı işlər görülüb, irəliləyişlər də olub. Xarici işlər naziri cənab Əraqçı bu sahədə çox fəaldır".
Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsinin görüşü
Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Təbriz əhalisinin 29 bəhmən 1356-cı il (18 fevral 1978) tarixli böyük üsyanının ildönümü münasibətilə bu şəhərin minlərlə sakini ilə görüşdə iman, dini qeyrət, liderlik və nümunə yaratma keyfiyyətlərinin Azərbaycan və Təbriz əhalisinin davamlı xüsusiyyətlərindən olduğunu dedi.
Ölkənin müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssislərinin görüşü
Ölkənin müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssislərinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər müdafiə sənayesi sahəsinin alimləri, məsul şəxsləri və mütəxəssisləri ilə görüşdə müdafiə sahəsindəki nailiyyətlərin innovativ şəkildə davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, bu ilin 22 bəhmən yürüşü xalqın düşmən cəbhəsinin media bombardmanları altındakı böyük milli hərəkatı və xalq qiyamıdır.
İslam Respublikasının HHQ və HHMQ-nin komandanlarının görüşü
İslam Respublikasının HHQ və HHMQ-nin komandanlarının görüşü
Ali Baş Komandan bu gün səhər Humafəran və Hərbi Hava Qüvvələri mənsublarının 19 bəhmən 1357-ci il tarixində İmam Xomeyni ilə etdikləri tarixi beyətin ildönümü münasibətilə İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdü.
41-ci Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüş
41-ci Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər 41-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak etmiş ustadlar, qarilər, üstün hafizlər və xalqın ayrı-ayrı təbəqələrindən olan insanlarla görüşdə vurğuladı ki, Quran İslam Peyğəmbərinin (s) əbədi möcüzəsidir: "Allaha sözün həqiqi mənasında təvəkkül etmək istənilən mümkünsüz işi gerçəkləşdirir".
Dövlətin məsul şəxsləri, İslam ölkələrinin nümayəndələri və müxtəlif təbəqələrdən olan insanların görüşü
Dövlətin məsul şəxsləri, İslam ölkələrinin nümayəndələri və müxtəlif təbəqələrdən olan insanların görüşü
İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) besətinin (peyğəmbərliyə seçilməsi) ildönümü münasibətilə bu gün səhər üç qüvvənin rəhbərləri, dövlətin məsul şəxslərindən bir qrupu, İslam ölkələrinin səfirləri və müxtəlif təbəqələrdən olan insanlar İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra İraqın baş naziri cənab Məhəmməd Şiya əl-Sudani ilə görüşdə cənab Sudaniyə abadlıq və təhlükəsizlik tədbirləri istiqamətində gördüyü yaxşı işlərə görə təşəkkür etdi: "İraq nə qədər çox abad və təhlükəsiz olarsa, İran İslam Respublikası üçün də faydalı olar".
Şəhid Süleymaninin vəfatının beşinci ildönümündə Hərəmin müdafiəsi və müqavimət şəhidlərinin ailələri ilə görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər general Süleymaninin şəhadətinin beşinci ildönümü münasibətilə generalın ailəsi, Hərəm müdafiəçiləri və müqavimət şəhidlərinin ailələrindən bir qrupu ilə görüşdə Hacı Qasim Süleymaninin bəzi şəxsi keyfiyyətləri və davranışlarından danışdı: “Bu xüsusiyyətlərdən dərs alaraq Süleymaninin məktəbinin əsas məqsədi olan “İslam və Quranın gerçəkləşdirilməsi” yolunda hərəkət etmək lazımdır”.
Minlərlə Əhli-beyt (ə) şair və məddahları ilə görüş
Minlərlə Əhli-beyt (ə) şair və məddahları ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər iki dünya xanımlarının ən üstünü Həzrət Fatimeyi-Zəhranın (ə) mübarək mövludunun ildönümü münasibətilə Əhli-Beyt (ə) şairləri, məddahları və müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə keçirilən görüşdə Həzrət Fatimeyi-Zəhranın (ə) "həqiqət yolunda mübarizə, dayanıqlılıq, şücaət, aşkar və güclü məntiq və arqumentlər" baxımından bütün bəşəriyyət üçün mükəmməl bir nümunə olduğunu dedi.

Seçilmiş ünvanlar