Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dövlətinin idealları bütün bəşər cəmiyyətini ehtiva edir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İİR Ordusunun yüksək rütbəli zabitləri, habelə Ordunun nailiyyətlərini əks etdirən sərginin təşkilatçıları ilə bu gün (çərşənbə axşamı) keçirdiyi görüşdə bütövlükdə Orduda müşahidə olunan inkişafdan məmnun qaldığını bildirərək qeyd etdi ki, elmlə əməlin çulğaşması qarşıya qoyulan hədəflərin gerçəkləşməsində, işlərin düzgün şəkildə yerinə yetirilməsində ən mühüm amildir. O, Silahlı Qüvvələri bu başlıca, inkişaf etdirici amilə diqqət yetirməyə çağırdı.

Ali Məqamlı Rəhbər İslam təlimlərində elm və əməlin yüksək mövqeyi, bu iki amilə bərabər surətdə önəm verməyin vacibliyi barədə dəfələrlə təkid olunduğunu qeyd edərək dedi: “İllər öncə vurğulandığı kimi, Silahlı Qüvvələrin elm və təhsil mərkəzləri ardıcıl şəkildə inkişaf etməlidir”.

“Özünəinam, təşəbbüskarlıq və novatorluq ruhunun qorunub saxlanması Silahlı Qüvvələrin ardıcıl inkişafına səbəb olacaq” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnsanın bitib-tükənməyən, mürəkkəb xarakterli, hələ bilinməyən istedadlarının hətta kiçicik bir qisminin üzə çıxarılaraq istifadə olunması istənilən mühitdə, o cümlədən hərbi sahədə dəyişiklik yarada bilər. Buna görə də tələbə və müəllimlər çox yüksək perspektivləri hədəfə almalıdırlar”.

Hərbi sahədə mövcud olan qayda-qanunların, o cümlədən nizam-intizamın çox əhəmiyyətli olduğunu deyən Ali Baş Komandan eyni zamanda aşağıdakı fikri də əlavə etdi: “Silahlı Qüvvələrin təhsil mərkəzlərində dinamiklik və uyğunlaşma bacarığı kimi məqamlara da diqqət yetirilməlidir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İslam Respublikasının ideallarına uyğun olan, güclü silahlı qüvvələrin formalaşdırılması ordunun uzun müddət üçün nəzərdə tutduğu hədəfdir. O, əlavə etdi: “İslam dövlətinin idealları geniş əhatəlidir və bütün bəşər cəmiyyətini ehtiva edir. Əlbəttə, biz bu idealların reallaşması üçün hansısa ölkənin və xalqın heysiyyətinə təcavüz etməyi düzgün hesab etmirik, lakin Silahlı Qüvvələr elə bir səviyyəyə çatmalıdırlar ki, heç kəs dəyərli İranımızın və xalqımızın möhkəm səddinə təcavüz etmək iqtidarında olmasın”.

Yeni elm sahələrinə diqqət, texniki avadanlıqların konstruksiyasının davam etdirilməsi, detal istehsalı hərəkatının sürətləndirilməsi, yenilənmə və yeni elmi fenomenlərin yaradılması, təcrübəli müəllimlərdən istifadə, universitetlər və elmi mərkəzlərlə əməkdaşlığın genişləndirilməsi, mənəviyyata ciddi diqqət ayrılması Ali Məqamlı Rəhbərin Ordunun yüksək rütbəli zabitlərinə verdiyi digər tövsiyələr oldu.

Görüşün əvvəlində İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Səyyari çıxış edərək bildirdi ki, sözügedən qüvvələrdə son illər ərzində həyata keçirilmiş tədbirlər sırasında şəxsi heyətin mənəvi ruhunun yüksəldilməsini, texnika və avadanlıqların yenilənməsini, davamlı təhlükəsizliyin təmin olunmasını, dost və qardaş ölkələrlə əməkdaşlığın genişləndirilməsini qeyd etmək olar.

Admiral Səyyari həmçinin bildirdi ki, Hərbi Dəniz Qüvvələrinin qarşıya qoyduğu hədəflər arasında texniki avadanlıqların və müdafiə sənayesi məhsullarının istehsalı sahəsində özünütəminetmə səviyyəsinə çatmaq, raket potensialını gücləndirmək, müdafiə-döyüş intizamını genişləndirmək də yer alır.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /