Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Teoloji mərkəzlərin daxili potensialını canlandırmaq lazımdır


İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin teoloji mərkəzlərini özündə birləşdirən Ali Şuranın üzvləri ilə keçirdiyi görüşdə sözügedən şuranın nüfuzlu alim və ruhanilərin yetişdirilməsində malik olduğu mövqe və rola toxunaraq teoloji mərkəzlərdə həyata keçirilən dəyişikliklərə ciddi yanaşmağın, onların daxili potensialını canlandırmağın, din tələbələrinin əxlaqi, intellektual və dini bilik səviyyəsini yüksəltməyin vacibliyini vurğuladı.

“Teoloji mərkəzlərin işinin əsasını fəqihlərin tərbiyəsi təşkil edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu əsasa diqqət yetirməklə yanaşı, fəlsəfə və sxolastika daxil olmaqla rasional elmlərin öyrədilməsinə və mənimsənilməsinə də səy göstərmək lazımdır”.

Teoloji mərkəzlərdə sadə və təvazökar alimlər yetişdirmə ruhunun hakim olduğunu bildirən Ali Məqamlı Rəhbər bu mərkəzlərin öz fəaliyyətlərini hansı forma və metodlar üzrə həyata keçirməli olduqları barədə fikirlərini qeyd etdi. O, bürokratik administrasiya metodlarının təqlidindən, idarəçilik aparatının genişləndirilməsindən, paralel məzmunlu işlərin aparılmasından və diplombazlıqdan çəkinmə kimi məqamları vurğuladı.

Ali Məqamlı Rəhbər teoloji mərkəzlərdə elm və təhsilin səviyyəsinin yüksəldilməsini diqqətəlayiq zərurət adlandıraraq dedi: “Teoloji Mərkəzlər Ali Şurası bu istiqamətdə proqramlar hazırlamalıdır”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Qum Teoloji Mərkəzi Ali Şurasının sədri Ayətullah Ostadi, ardınca isə cənab Moqtədayi, Qərvi və Hüseyni Buşəhri mərkəz rəhbərliyinin ötən dövrdə gördüyü işlər, Ali Şuranın təsdiq etdiyi qərar və strategiyalar, rəhbərliyin qarşıda gələn dövr üçün nəzərdə tutduğu proqramlar haqda məlumat verdilər.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /