Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təzyiq, sanksiya və təhdidlərin iradələrdə boşluq yaratmasına imkan vermək olmaz

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şimali Koreya Xalq Demokratik Respublikası Ali Şurasının sədri cənab Kim Yunq Namla bu gün (şənbə günü) səhər baş tutan görüşündə Şimali Koreya və İranın mövqelərinin əksər müstəvilərdə üst-üstə düşdüyünə toxunaraq vurğuladı: “Yüksək hədəflərə aparan yolda ciddi olmaq, təzyiq, sanksiya və təhdidlərin iradələrdə boşluq yaratmasına imkan verməmək lazımdır”.

O, əlavə etdi: “İran İslam Respublikası öz yüksək hədəflərinə aparan yolda tamamilə qətiyyətlidir!”

İki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün zəngin potensialın mövcud olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İran İslam Respublikası və Şimali Koreyanın ortaq düşmənləri var, çünki imperialist dövlətlər müstəqil ölkələrin varlığına dözə bilmirlər”.

Prezident postu tutduğu dövrdə Şimali Koreyaya səfər etdiyini deyən Həzrət Ayətullah Xamenei bu ölkənin mərhum lideri cənab Kim İl Sonqun şəxsiyyətini yüksək dəyərləndirdi.

Görüş zamanı ŞKXDR Ali Şurasının sədri cənab Kim Yunq Nam Şimali Koreyanın lideri cənab Kim Conq Unun salamlarını Ali Məqamlı Rəhbərə çatdıraraq Həzrət Ayətullah Xameneinin prezident postu tutduğu dövrdə Şimali Koreyaya etdiyi səfəri iki ölkə arasındakı əlaqələrdə dönüş nöqtəsi adlandırdı. O dedi: “İran İslam Respublikası ilə əlaqələrin genişləndirilməsi Şimali Koreyanın strateji siyasətlərindən biridir”.

O həmçinin İran İslam Respublikasının müxtəlif sferalarda nail olduğu inkişafı yüksək qiymətləndirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /