Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İşğalçı dövlətlər onlara qarşı müqavimətin qeyri-mümkün olduğu təsəvvürünü yaratmağa çalışırlar

Həzrət Ayətullah Xamenei Qvineya-Bisau Respublikasının prezidenti cənab Manuel Serifu Nyamadju ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə Qoşulmama Hərəkatının üzv ölkələr arasında müxtəlif əməkdaşlıqlar üçün çox gözəl imkan olduğunu bildirdi. O dedi: “Qoşulmama Hərəkatının üzvləri bu hərəkat çərçivəsində geniş əməkdaşlıqlar üçün planlar işləyib hazırlasalar, hegemon dövlətlərin müstəqil ölkələrə təzyiq və sanksiyalar tətbiq etmək səyləri ortadan qalxar”.

Qoşulmama Hərəkatı çərçivəsində geniş əməkdaşlıqlar qurmaq üçün güclü icra mexanizmləri yaratmaq lazım olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İşğalçı dövlətlər onlara qarşı istənilən müqavimətin qeyri-mümkün olduğu təsəvvürünü yaratmağa çalışırlar. Qoşulmama Hərəkatının üzvləri isə bu təsəvvürün əksini sübut edə bilərlər”.

Görüş zamanı Qvineya-Bisau Respublikasının prezidenti cənab Manuel Serifu Nyamadju da ölkəsinin İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğuladı.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /