Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran-Monqolustan əlaqələri əvvəlkindən də artıq genişləndirilməlidir

Həzrət Ayətullah Xamenei Monqolustan Respublikasının prezidenti cənab Saxiaqiyn Elbeqdorja ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə İran və Monqolustanın ortaq tarixi-mədəni keçmişinə, o cümlədən moğolların İranda hakimiyyətdə olduğu dövrə aid tarixi-elmi əsərlərə toxunaraq dedi: “Belə bir tarixi keçmişə malik olan İran-Monqolustan əlaqələri əvvəlkindən də artıq genişləndirilməlidir”.

İran İslam Respublikasının çox yüksək imkan və potensiala malik olduğunu qeyd edən Ali Məqamlı Rəhbər vurğuladı: “İki ölkə arasında iqtisadi, siyasi, mədəni, universitetlərarası və beynəlxalq sferalarda müxtəlif istiqamətli əməkdaşlıqlar qurula bilər”.

Görüş zamanı Monqolustan Respublikasının prezidenti iki ölkə arasındakı ortaq tarixi-mədəni keçmişin ölkələraarası əlaqələrin genişləndirilməsi üçün münasib zəmin olduğunu qeyd edərək dedi: “Monqolustan İran İslam Respublikası ilə iqtisadiyyat, infrastruktur, siyasət, tələbə-müəllim mübadiləsi sahələri də daxil olmaqla geniş spektrdə əlaqələrini inkişaf etdirməyə son dərəcə meyllidir”.

Monqolustan Respublikası prezidenti vurğuladı: “Sizin irəli sürdüyünüz regionda nüvə silahı olmamalıdır fikri ilə biz də razıyıq və nüvə enerjisindən sülhməramlı istifadəni bütün ölkələrin haqqı hesab edirik”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /