Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müstəmləkəçilərin ağalığından qurtulmağın yeganə yolu öz kimliyinə qayıtmaqdır

Bu gün (cümə günü) günortadan sonra Ali Məqamlı Rəhbərlə görüşən müxtəlif dövlət rəsmiləri sırasında Benin Respublikasının prezidenti, Afrika İttifaqının cari dövrdə fəaliyyətdə olan sədri cənab Yayi Boni də var idi.

Cənab Yayi Boni Afrika İttifaqının Qoşulmama Hərəkatına sədrlik edəcək ölkə kimi İran İslam Respublikası ilə ciddi və yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. O, qeyd etdi ki, BMT üzvü olan ölkələrin üçdə ikisini, dünya əhalisinin 53 faizini özündə birləşdirən Qoşulmama Hərəkatı çox mühüm və effektli bir qüvvədir. Afrika ölkələrinin imkan və potensialına toxunan Benin prezidenti dedi: “Afrika İttifaqı və Qoşulmama Hərəkatı birgə əməkdaşlıq edərək beynəlxalq məsələlərdə ciddi rol oynaya bilərlər. Biz düşünürük ki, hal-hazırda Yer kürəsində mövcud olan problemlər və qeyri-sabitlik dünyanın yanlış formada idarə olunmasından, BMT Təhlükəsizlik Şurasının strukturundakı nöqsanlardan, Amerika daxil olmaqla bəzi dövlətlərin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq qurumlarda ağalıq etməsindən qaynaqlanır”.

Benin Respublikasının prezidenti enerji mənbələrindən, o cümlədən nüvə enerjisindən sülhməramlı istifadənin bütün ölkələrin haqqı olduğunu bildirərək dedi: “Afrika İttifaqı olaraq biz Qoşulmama Hərəkatı ilə əməkdaşlıq edərək dünyada sülh və birliyin yaranması istiqamətində addım atmağa tam hazırıq”.

Benin Respublikası prezidentinin çıxışından sonra Ali Məqamlı Rəhbər cənab Yayi Boninin sevinc, ümid və özünəinam əhval-ruhiyyəsinə malik olmasını, dünyadakı vəziyyəti və problemləri düzgün analiz etməsini yüksək dəyərləndirərək dedi: “İran İslam Respublikası bu əhval-ruhiyyənin daşıyıcısı olan hər bir xalqa və şəxsə daim böyük ehtiramla yanaşır”.

Həzrət Ayətullah Xamenei Afrika qitəsinə diqqət ayrılmasını İran İslam Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri adlandıraraq dedi: “Biz Afrika qitəsini dərin və qədim mədəniyyətləri baxımından çox mühüm hesab edirik”.

Afrika qitəsinin Qərb dövlətləri tərəfindən işğala məruz qaldığını və bunun nəticəsindən Afrika ölkələrinə böyük ziyan dəydiyini qeyd edən Ali Məqamlı Rəhbər əlavə  etdi: “Müstəmləkəçilərin ağalığından xilas olmağın yeganə yolu əsl kimliyinə qayıtmaq, öz zati və daxili gücünə arxalanmaqdır”.

Müstəqil ölkələr arasında birlik və əməkdaşlığın vacib olduğunu deyən Ali Məqamlı Rəhbər bu birlik və həmrəyliyə düşmən qüvvələrin məkrli planlarına qarşı sayıq olmağın əhəmiyyətini vurğuladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /